Icma.az
close
up
RU
Avropa ölkələri uzun illər hərbi xərclərə vəsait ayırmayıb, indi bu ölkələrin suverenliyi təhdid olunur

Avropa ölkələri uzun illər hərbi xərclərə vəsait ayırmayıb, indi bu ölkələrin suverenliyi təhdid olunur

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

NATO ölkələri ABŞ prezidenti Donald Trampın ordunun ÜDM-in 5 faizini xərcləməsi tələbini yumşaldacaq şəkildə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq üçün saziş hazırlamağa başlayıblar. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. "Hərbi alyansdakı müzakirəçilər Şimali Atlantika Müqaviləsi Təşkilatının iyun ayında Haaqada keçiriləcək sammiti ərəfəsində 2032-ci ilə qədər müdafiə və müdafiə xərclərinə ÜDM-in 5 faizinə nail olmaq istiqamətində irəliləyiş əldə edirlər", - hesabatda deyilir. NATO xarici işlər nazirləri bu təşəbbüsü çərşənbə və cümə axşamı Antalyada keçiriləcək toplantıda müzakirə edəcəklər. Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte alyans ölkələrinin hərbi xərclərini ÜDM-in 5 faizinə çatdırmağın yolunu tapmışdı. Onun planı müdafiə xərclərini ÜDM-in 2 faizindən 3,5 faizinə, digər “təhlükəsizlik” xərclərini ÜDM-in 1,5 faizinə çatdırmaq idi.

Politoloq Məhəmməd Əsədullzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Qərb bloku çox ciddi şəkildə deqradasiyaya uğradı və NATO-nun işlək bir mexanizminin zəif olduğu ortaya çıxdı.

Məhəmməd Əsədullazadə

“Hələ Donald Tramp birincilik prezidenti dövründə NATO ölkələrinin ümumi daxili məhsulun iki faizinin artırılmasını tələb edirdi. Amma Avropa ölkələri buna laqeyd yanaşdı. Göründüyü kimi, Rusiyanın Ukraynaya hücumu NATO-nu ciddi şəkildə səfərbərliyə sövq etmədi. Ramştayn platforması təsis olunduğu da yetərli olmadı. Bir növ NATO ölkələrinin silahlı qüvvələrinin dəgüclü şəkildə döyüş qabiliyyətinə malik olmaması üzə çıxdı.

Artıq yeni dünya nizamı formalaşır. Artıq Rusiya təhlükəsi və digər təhlükələrə qarşı NATO ölkələri ÜDM-nin 5 faiz artırılması və 2032-ci ilə qədər NATO -nun daha da güclü şəkildə inkişaf etdirilməsi istiqamətində planlar hazırlanır”-deyən Məhəmməd Əsədullazadə qeyd edib ki, iyun ayında Haaqada keçirilən sammitdə bu məsələlər geniş şəkildə müzakirə olunacaq və konkret qərarlar qəbul ediləcək.

“NATO ölkələri 5 faiz olmasa belə, 3-4 faiz ümumi daxili məhsuldan ayıracaqlar. Bu, NATO silahlı qüvvələrinin güclənməsi və alyans ölkələrinin müdafiəsi, xarici təhdidlər qarşısında birlikdə bir güc nümayiş etdirməsinə gətirib çıxaracaq. Hazırda NATO çox zəif vəziyyətdədir. NATO yalnız Türkiyə və ABŞ-dan ibarət güclü orduya malikdir, yəni zəiflik nümayiş etdirəcəklər. Avropa ölkələri, xüsusilə Almaniya, Fransa, Polşa, Pribaltika ölkələri NATO-nun güclənməsinə məcburdurlar, öz daxili imkanlarından vəsait ayırırlar. Təbii ki, bu, əlavə sosial problemlərə də gətirib çıxara bilər. Çünki Avropa ölkələri uzun illər hərbi xərclərə vəsait ayırmayıb. Almaniya, Fransa və digər NATO ölkələri daha çox sosial problemlərin həllinə və iqtisadiyyata vəsaitlər ayırıb. Bu gün təhlükəsizlik çağırışları artdığına görə demək olar ki, bu ölkələrin təhlükəsizlik suverenliyi təhdid olunur. Ona görə də bu istiqamətdə addımlar atılacaq”-deyən politoloq bildirib ki, bu ölkələrin müstəqilliklərini itirəcəyini düşünmür.

“Daha çox burada müdafiə və kollektiv təhlükəsizliyə əsas diqqət ayrılacaq. Təbii ki,  NATO ölkələrinin müdafiəsinə və suverenliyinin qorunmasına gətirib çıxaracaq”-deyə Məhəmməd Əsədullazadə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 May 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri