Rusiya Odesaya kütləvi hava hücumu edib, üçü uşaq olmaqla yaralılar var
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, Odesa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın sözlərinə görə, gecə düşmən hücumunda beş nəfər - iki böyük və üç uşaq - yaralanıb.
O əlavə edib ki, Rusiya hava hücumu Odesaya infrastruktura və yaşayış binalarına ziyan vurub. Xüsusilə, şəhərin iki rayonunda çoxmərtəbəli binalara ziyan dəyib. Bir binanın mənzilində yanğını baş verib.
Lısakın sözlərinə görə, yaralılar arasında ağır vəziyyətdə olan 42 yaşlı kişi, 7 aylıq körpə, 14 yaşlı oğlan və orta ağır vəziyyətdə olan 8 yaşlı qız var. Bütün yaralılar tibb müəssisələrinə aparılıb və onlara lazımi yardım göstərilir.
"Şəhərin bəzi yerləri hazırda elektrik enerjisisizdir. Bəzi vacib infrastruktur obyektlərində bərpa işləri davam edir, buna görə də bəzi sakinlər müvəqqəti olaraq su və istiliksiz qalırlar.
Kommunal xidmətlər və təcili yardım qrupları hücuma məruz qalmış ərazilərdə işləyir. Sakinlər, o cümlədən kompensasiya üçün sənədlərin doldurulması ilə bağlı kömək və məsləhət ala bilərlər", - deyə rəsmi bildirib.
Müvafiq xidmətlər ərazilərdə işləyir. Binaların yoxlanılması davam edir.
Ukrayna mətbuatının verdiyi məlumatda bildirilir ki, 31 dekabr gecəsi Rusiya ordusu Odesa və Odesa bölgəsinə hücum dronları ilə hücum etməyə başlayıb. Şəhərdə yanğınlar baş verib və zərbə nəticəsində şəhərin bir hissəsi elektrik, su və istiliksiz qalıb.
Həmçinin şəhərin iki rayonunda çoxmərtəbəli binaların vurulduğu və yaralananlar arasında uşaqların olduğu bildirilib. Odesa Regional Dövlət Administrasiyası işğalçıların mülki və enerji infrastrukturunu hədəf aldığını bildirib. Bölgədəki bir şəhərdə hücum nəticəsində logistika şirkətinin anbarları yanıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 31 Dekabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















