Icma.az
close
up
RU
Avropa ölkələrində Xocalı soyqrımına həsr olunmuş məlumatlandırma aksiyaları keçirilib

Avropa ölkələrində Xocalı soyqrımına həsr olunmuş məlumatlandırma aksiyaları keçirilib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avropanın müxtəlif ölkələrində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş məlumatlandırma aksiyaları keçirilib. Aksiyalar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil edilib. 

Çexiyada fəaliyyət göstərən “Land of Fire”in təşkilatçılığı ilə Praqanın “Respublika” meydanında Xocalı soyqırımına həsr olunmuş məlumatlandırma aksiyası keçirilib. Kampaniya çərçivəsində meydanda Xocalı faciəsi haqqında məlumatları özündə əks etdirən məlumat lövhəsi yerləşdirilib, Çex ictimaiyyəti və şəhərin qonaqları Xocalı soyqırımı haqqında ətraflı məlumatlandırılıb, Azərbaycan həqiqətləri təbliğ olunub.

Digər bir aksiya Avstriyanın paytaxtı Vyana şəhərində baş tutub. Yerli sakinlər və şəhərin qonaqları Xocalı soyqırımı haqqında  məlumatlandırılıb. Azərbaycan Mədəniyyət Mərkəzi və İş Adamları Dərnəyinin təşkilatçılığı, eyni zamanda Vyanada yaşayan soydaşlarımızın fəal iştirakı ilə baş tutan aksiya zamanı şəhərin mərkəzində yerləşən küçə və meydanlarda bukletlər, məlumat vərəqələri paylanılıb. Bununla yanaşı, üzərində soyqırımına dair faktları əks olunan xüsusi avtomobil şəhərin mərkəzi küçə və prospektlərində hərəkət edib.

Sloveniyanın paytaxtı Lyublyana şəhərində Xocalı soyqırımı qurbanları anılıb. Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə şəhərin mərkəzində və dövlət müəssisələrinin yerləşdiyi küçələrdə üzərində "Xocalını unutmayaq!" yazılmış QR kodlu bannerlər nümayiş olunub. Bannerlərdə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş qətliamın tarixin ən dəhşətli və amansız hadisələrindən biri olduğu vurğulanıb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri