Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Avropa Parlamenti, həddini aşma Türkə sataşma! Hülusi Kılıçın yazısı

Avropa Parlamenti, həddini aşma Türkə sataşma! Hülusi Kılıçın yazısı

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Parlamentinin Can Azərbaycan əleyhinə qəbul etdiyi qərarları qətiyyətlə qınayıram. Bu qərarlar yalnız bir ünvanı haqq edir – zibil qutusunu. Çünki söhbət açıq-aşkar Azərbaycanın daxili işlərinə müdaxilədən gedir. Avropa Parlamentinə belə bir səlahiyyəti heç kim verməyib və verə də bilməz. Qəbul edilən sənədlər əsassızdır, qərəzlidir və arxa planında erməni lobbisinin sifarişləri, əvvəlcədən ödənilmiş siyasi hesablar dayanır.

Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əlaqələri dayandırmaq qərarı tam yerində, vaxtında və prinsipial addımdır. Bu qərar Azərbaycanın dünya qarşısındakı müstəqil və qürurlu mövqeyini açıq şəkildə nümayiş etdirir. Azərbaycan heç bir xarici qurumun idarə etdiyi, yönləndirdiyi ölkə deyil. Bu, güclü lideri olan, yüksək döyüş qabiliyyətli ordusu ilə seçilən və dövlətinin arxasında səfərbər olmuş vətəndaşları ilə bütöv bir millətin ölkəsidir.

Can Azərbaycan bu gün regionun aparıcı güclərindən biridir – bu reallığı hər kəs qəbul etməlidir. Azərbaycanı sevməyənlər və ona qarşı qərəzli mövqe tutanlar 44 günlük Vətən müharibəsində yazılmış qəhrəmanlıq salnaməsini diqqətlə oxusunlar. O zaman daha yaxşı anlayarlar ki, bu dövlət nəyə qadirdir.

Bu məqamda haqlı sual yaranır: Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi ilə Azərbaycanın ərazi bütövlüyü təsdiqləndiyi halda, torpaqlarımız 30 il işğal altında qalarkən Avropa Parlamenti harada idi? Hansı qərarı qəbul etdi? Heç birini! Bu susqunluq Avropanın məşhur “ikili standart” siyasətinin açıq və danılmaz sübutudur.

Bu gün qəbul edilən qərarlar isə yalan üzərində qurulub, açıq-aşkar islamofob və türkofob yanaşmanın məhsuludur. Avropa Parlamenti eyni ritorikanı Türkiyəyə qarşı da davam etdirir, tez-tez “qondarma erməni soyqırımı” ilə bağlı qərarlar qəbul edir. Lakin bu sənədlərin nə hüquqi, nə də siyasi baxımdan heç bir çəkisi yoxdur. Onlar yalnız siyasi sifarişlərin kağız üzərində əksidir.

Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması ərəfəsində, eyni zamanda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi fonunda bu cür qərarların qəbul edilməsi təsadüfi deyil. Bu, regionda sülh istəməyən qüvvələrin məqsədli və qərəzli addımlarıdır. Xalq arasında deyildiyi kimi, bu, “bişməkdə olan aşa su qatmaq” cəhdidir. Açıq görünür ki, sülh perspektivi erməni lobbisini ciddi narahat edir. Çünki bu proses onların illərlə qurduqları sistemin, gəlir mənbələrinin sıradan çıxması deməkdir.

Qərb ölkələrində dəbdəbəli həyat yaşayan, lakin Ermənistanda yaşamağa belə maraq göstərməyən erməni diasporunun bu fəaliyyəti ilk növbədə elə erməni xalqının özünə zərbə vurur. Nə qədər müqavimət göstərsələr də, proses dayanmayacaq – Azərbaycan-Ermənistan sülh sazişi imzalanacaq, Türkiyə-Ermənistan münasibətləri normallaşacaq. Bizim atalar sözümüz var: “Qorxunun əcələ faydası yoxdur.” Erməni lobbisi bunu gec-tez anlayacaq.

Nəticə aydındır: Avropa Parlamenti, həddini aşma! Sənin siyasi “sicilin” təmiz deyil və biz bunu yaxşı bilirik. Erməni lobbisi, erməni xalqına zərər verməkdən əl çək! Bu gün qazandığın gəlir sabah yox olacaq – başqa sahələrlə məşğul ol və saxta gündəmlərlə regionu zəhərləməyə çalışma.

Azərbaycanı və Türkiyəni hədəfə alan bu cür addımlar əslində əks effekt verir – iki qardaş ölkə arasındakı münasibətləri daha da möhkəmləndirir, Türk dünyasının birliyini daha da gücləndirir.

Nə mutlu türkəm deyənə!

Hulusi Kılıç,
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri
İMZA İB Türkiyə nümayəndəsi
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 May 2026 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri