Icma.az
close
up
RU
Avropa Parlamentinin sistemli və qərəzli kompaniyası

Avropa Parlamentinin sistemli və qərəzli kompaniyası

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bu dəfə hədəfdə Gürcüstandır

Son vaxtlarda Avropanın müxtəlif təsisatları, bütövlükdə Avropa İttifaqı (Aİ) ilə Gürcüstan hakimiyyəti arasında ziddiyyətli proseslər izlənilir. Belə ki, Brüsseldən rəsmi Tbilisinin ünvanına gələn ittiham dolu qınayıcı bəyanatların ardı-arası kəsilmir. Xorda Azərbaycanda da mənfi mənada məşhur olan Avropa Parlamentinin (AP) səsi daha ucadan eşidilir.

Qurum bu günlərdə qonşu Gürcüstanla bağlı yeni hesabat qəbul edib. Xarici İşlər Komitəsinin təqdim etdiyi illik hesabatı Avropa Parlamentinin 53 üzvü dəstəkləyib, 14-ü isə əleyhinə səs verib. Layihə hesabatına verilən izahlı açıqlamada qeyd edilir ki, bu, Gürcüstanın Avropa İttifaqına namizəd ölkəsi kimi Avropa Komissiyasının hazırladığı ikinci hesabatdır.

Rəsmi Tbilisi nədə ittiham olunur?

Müxtəlif Avropa təsisatlarının Gürcüstanla bağlı silsilə qətnamələr, hesabatlar qəbul etmələri və bəyanatlar səsləndirmələri onu deməyə əsas verir ki, Brüssel qonşu ölkəyə qarşı sistemli və çox ziyanlı kompaniyaya başlayıb. Bu kompaniyada Avropa siyasətçilərinin Gürcüstanda hakimiyyətlə xalq arasında bölücülük yaratmaq səyləri qırmızı xətt kimi keçir. Yəni bütövlükdə ölkə, cəmiyyət hədəfə alınmır, “Gürcü Arzusu -Demokratik Gürcüstan” iqtidarı isə, necə deyərlər, ağ yuyulub qara sərilir. Bu, güc mərkəzləri tərəfindən ayrı-ayrı ölkələrdə sınaqdan çıxarılan “milli gücün parçalanması” taktikasının klassik nümunəsidir. Biz bu taktikadan istifadə edilməklə yaxın keçmişdə ayrı-ayrı ölkələrdə rəngli inqilablara rəvac verilməsinin şahidi olmuşuq. Lakin dünya şahiddir ki, rəngli inqilabların baş verdiyi heç bir ölkədə xoşbətlik yaşanmayıb, əksinə xalq uzunmüddətli qarşıdurmalara sürüklənib. Elə zamnında Gürcüstanın özündə də oxşar ssenari ilə hadisələr baş verib, “Qızılgül inqilabı” adı ilə hakimiyyət dəyişikliyinə gedilib. Nəticə isə faciəli olub - qonşu ölkə qısamüddətli müharibədə ərazi itkilərinə məruz qalıb.

Belə görünür ki, Avropa təsisatları Gürcüstanda yenidən hakimiyyətlə cəmiyyət arasında dibi görünməyən uçurum yaratmaq istəyir. Bunu bəhs olunan hesabatın məzmunundan də aydın şəkildə görmək mümkündür.

Sənəddə əsas diqqətin Gürcüstanda demokratiya, qanunun aliliyi və Avropaya inteqrasiya sahəsində mövcud vəziyyətə yönəldiyi bildirilir. Hesabat layihəsində Avropa Parlamenti “demokratik geriləmə, artan repressiyalar, düşmən ritorika, dezinformasiya və təhdidlər fonunda Avropa və demokratik Gürcüstan uğrunda mübarizəni davam etdirən” gürcü xalqı ilə tam həmrəylik ifadə edir. Sənəddə qeyd olunur ki, “Gürcü Arzusu” hakimiyyəti ölkənin Avropaya inteqrasiya kursunu faktiki olaraq dəyişib. Vurğulanır ki, Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Bidzina İvanişvili, eləcə də “Gürcü Arzusu”nun əsas liderləri, hakimlər, prokurorlar və digər vəzifəli şəxslərə qarşı tətbiq olunan hədəfli fərdi sanksiyalar cəzasızlıqla mübarizədə mühüm alətdir. Həmçinin qeyd edilir ki, Aİ səviyyəsində yekdillik olmasa da, getdikcə daha çox üzv dövlət Gürcüstan rəsmilərinə qarşı fərdi sanksiyalar tətbiq edir və digər ölkələr də buna qoşulmağa çağırılır. Bundan əlavə, sənəddə ATƏT çərçivəsində 24 ölkənin təşəbbüsü ilə “Moskva mexanizmi”nin işə salınması alqışlanır. Bu mexanizm Gürcüstanda öhdəliklərin yerinə yetirilməsini qiymətləndirmək üçün ölkəyə  ekspert missiyasının göndərilməsinə imkan verir.

Hesabatda həmçinin Avropa Komissiyasının Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün Aİ ilə vizasız rejimin dayandırılması ilə bağlı təklifi qeyd olunur. Bildirilir ki, bəzi üzv ölkələrin - xüsusilə Macarıstan və Slovakiyanın mövqeyi səbəbindən müəyyən məhdudiyyətlərin tətbiqi mümkün olmayıb. Sənəddə xəbərdarlıq edilir ki, Gürcüstan hakimiyyətinin mövcud siyasəti davam edərsə, gələcəkdə bütün vətəndaşlar üçün vizasız rejimin dayandırılması riski yarana bilər və bunun məsuliyyəti hakimiyyətin üzərinə düşəcək.

Aİ-yə üzvlük vədi milli dövlətlərə qarşı təzyiq aləti kimi

Gürcüstanın nümunəsində bir daha təsdiqlənir ki, Brüssel Aİ-yə üzvlük vədini milli dövlətlərə qarşı təzyiq aləti qismində istifadə etməyə çalışır. Xatırladaq ki, yaxın keçmişədək Avropa İttifaqı-Gürcüstan münasibətləri qonşu ölkəyə quruma üzvlüyə namizəd status verilməsinədək irəliləımişdi. Lakin Brüsselin yanaşmasına görə, Gürcüstan hakimiyyətinin milli və siyasi iradəsi status öhdəlikləri ilə bir növ çərçivəyə salınırdı.

“Gürcü” Arzusu” iqtidarı keçmişin acı təcrübəsinə əsaslanmaqla bu xətti qəbul etmədi. Hakimiyyət Avropaya inteqrasiya siyasətinə sadiq qaldığını bildirməklə yanaşı, milli maraqların, xalqın tarixi ənənələrinin qorunmasını, xarici təsirin azaldılmasını hədəfləyən bir neçə mühüm qanunun qəbul edilməsinə nail oldu. Bununla da Gürcüstan hakimiyyəti ilə Aİ arasında çatlar yarandı və bu çatlar getdikcə dərinləşir.

Təzyiq və şantaj qəbuledilməzdir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin deputatlarını ölkəyə qarşı təzyiq və şantajda ittiham edib. Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, Avropa Parlamentində Gürcüstanla bağlı səsləndirilən bəzi çağırışlar ölkəyə qarşı təzyiq xarakteri daşıyır: “Avropa Parlamentinin deputatları Gürcüstanda azad mediaya hücum edir, vizasız rejimin mümkün dayandırılması məsələsini gündəmə gətirirlər. Bu, gürcü xalqına qarşı şantaj və rüsvayçılıqdır. Avropa Parlamentində Gürcüstanla bağlı qəbul edilən hesabatda “İmedi”, “Rustavi 2” və “PosTV” telekanallarına sanksiya tətbiqi və Gürcüstan vətəndaşları üçün vizasız rejimin mümkün dayandırılması məsələsi də yer alıb. Avropa Parlamenti yaxın zamanda Gürcüstanla bağlı yeni qətnamə qəbul etməyə hazırlaşır”, - deyə Baş nazir vurğulayıb.

Kobaxidze həmçinin Avropa bürokratiyasını ölkədə xaos yaratmaq cəhdində ittiham edib

“Bu hesabat Gürcüstan cəmiyyətində radikal hissləri qütbləşdirmək və təşviq etmək üçün yeni bir cəhddir”. Bu fikirlər isə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı mətbuat açıqlamasında yer alıb. Açıqlamada  bildirilir ki, hesabatda faktlar qəsdən təhrif edilir, absurd ittihamlar irəli sürülür və dezinformasiya yaymaq üçün məlumatları manipulyasiya etmək metodlarından istifadə olunur.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 May 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri