Avropa Parlamentinin yeni qətnaməsi Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri tələb edir
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bu gün Avropa Parlamentinin Ukrayna üzrə qəbul etdiyi qətnamədə gələcək sülh sazişinin Ukraynaya NATO-nun Vaşinqton müqaviləsinin 5-ci maddəsi səviyyəsində təhlükəsizlik zəmanətləri təqdim etməsini, aqressiya və hərbi cinayətlərə görə təqsirkarları məsuliyyətə cəlb edilməsini, həmçinin Rusiyanı Ukraynaya vurduğu bütün ziyanı kompensasiya etməyə məcbur edilməsini tələb edir.
APA xəbər verir ki, bu barədə "Evropeyskaya Pravda" məlumat yayıb.
Qətnamədə qeyd olunur ki, hər bir sülh razılaşması Ukraynanın suverenliyinə və ərazi bütövlüyünü müdafiə etmək imkanına xələl gətirməməli, həmçinin Ukraynanın öz siyasi və təhlükəsizlik ittifaqlarını Rusiyanın hər hansı veto tələbi olmadan sərbəst müəyyən etmək hüququnu təmin etməlidir.
Sənəddə bildirilib ki, davamlı sülh razılaşmasından əvvəl tam atəşkəs təmin olunmalıdır və Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri Aİ tərəfindən heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq.
Avropa Parlamenti üzv dövlətləri dondurulmuş Rusiya aktivləri hesabına “reparasiya krediti” mexanizmini tez bir zamanda qəbul etməyə çağırıb. Qətnaməyə əsasən, Aİ-nin Rusiyaya qarşı sanksiyaları yalnız Ukrayna ilə sülh sazişi tam şəkildə razılaşdırıldıqdan və icra olunduqdan sonra aradan qaldırıla bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Noyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















