Icma.az
close
up
RU
Avropa silahlanma yarışında: Almaniya Rusiya gərginliyi dərinləşir

Avropa silahlanma yarışında: Almaniya Rusiya gərginliyi dərinləşir

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizlik düşüncəsində ciddi dəyişikliklərə səbəb olub. Bu dəyişikliklərin ən diqqətçəkəni Almaniyanın uzun illərdən sonra ordusunu rekord səviyyədə gücləndirməyə qərar verməsidir.

Berlinin strategiyası təkcə müdafiə qabiliyyətini artırmaq məqsədi daşımır, həm də Avropanın gələcək güc bölgüsünü formalaşdırır. Almaniyanın bu addımı qitədə təhlükəsizlik arxitekturasını yenidən qurur, NATO daxilində rolu dəyişdirir və Rusiya ilə münasibətlərə yeni gərginlik xətti əlavə edir.

Bakıvaxtı.az mövzunun aktuallığını nəzərə alaraq politoloq Züriyə Qarayeva ilə Almaniyanın hərbi planlarının Avropa və dünya siyasətinə təsirini müzakirə etdik.

Onun sözlərinə görə, Almaniyanın bu addımı Avropanın müdafiə sistemində tarixi dönüş nöqtəsidir. Berlin artıq yalnız iqtisadi güc kimi yox, həm də təhlükəsizlik mühitini formalaşdıran əsas aktor kimi çıxış edir. Müsahibimiz hesab edir ki, bu proses NATO-dakı yük bölgüsünü daha balanslı hala gətirəcək və Avropa ABŞ-dən daha az asılı olacaq:

“Almaniyanın modernizasiyası həm də Avropa İttifaqının öz müdafiə qabiliyyətini gücləndirməsinə təkan verir. Bu vəziyyət qitədə yeni liderlik modelinə yol açır və Avropa təhlükəsizlik siyasətində iki sütun, Paris və Berlin formalaşır. Nəticədə Avropanın təhlükəsizlik arxitekturası daha koordinasiyalı və çevik hala gələcək”.

Almaniyanın hərbi büdcəsinin artırılmasının Rusiya-Avropa münasibətlərinə təsirinə gəlincə, Z.Qarayeva qeyd edib ki, Rusiya Almaniyanın sürətli silahlanmasını strateji risk kimi qiymətləndirir. Tarixi yaddaş bu məsələdə Moskvanın reaksiyasını daha emosional və sərt edir. Politoloqa görə, Almaniyanın güclənməsi rus hərbi doktrinasında Qərbə yönəlik təhdid algısını daha da kəskinləşdirə bilər. Bu isə sərhədlərdə hərbi aktivliyin artmasına və yeni qarşıdurma xəttinin yaranmasına səbəb olur. Eyni zamanda Moskva Avropa ilə münasibətlərində daha təcrid olunmuş mövqeyə düşə bilər. Bu proses uzunmüddətli perspektivdə Rusiya-Avropa əlaqələrinin daha soyuq və gərgin mərhələyə keçməsinə gətirib çıxaracaq.

Züriyə Qarayeva: Avropanın silahlanması ABŞ-yə strateji baxımdan yeni manevr imkanları yaradır

“Avropada genişlənən silahlanma dalğası qlobal güc balansına hansı dəyişiklikləri gətirə bilər” sualına cavab verən Z.Qarayevanın sözlərinə görə, Avropanın silahlanması ABŞ-yə strateji baxımdan yeni manevr imkanları yaradır. Politoloq bildirib ki, Vaşinqton Avropadakı təhlükəsizlik yükünün bir hissəsini təhvil verərək diqqətini Çinlə rəqabətə yönəldə bilər:

“Bu proses qlobal miqyasda yeni güc mərkəzlərinin formalaşmasını sürətləndirir. Eyni zamanda Avropa ölkələri müdafiə sənayesinə daha çox sərmayə qoyduqca qitə yeni hərbi texnologiyalarda mühüm oyunçuya çevrilir. Bu isə dünya siyasətində qərarların çoxmərkəzli formada qəbul olunmasına yol açır. Nəticədə qlobal təhlükəsizlik sistemi daha rəqabətli və daha az proqnozlaşdırılan hala gələcək”.

Həmsöhbətimiz deyib ki, Almaniyanın güclənməsi Avropa İttifaqının təhlükəsizlik prioritetlərini yenidən müəyyənləşdirəcək və bu, Cənubi Qafqaza da dolayı təsir göstərəcək. Dediyinə görə, Azərbaycan üçün əsas məsələ Avropanın enerji təhlükəsizliyi siyasətinin daha da aktuallaşmasıdır:

“Berlin regionla əlaqələri genişləndirərkən Bakı üçün yeni diplomatik və iqtisadi imkanlar yarana bilər. Eyni zamanda silahlanma trendi qlobal rəqabəti artırdığı üçün regionda balans siyasəti daha diqqətlə aparılmalıdır. Azərbaycan həm NATO-nun, həm də Avropa İttifaqının yeni strateji yanaşmalarını diqqətdə saxlamalı olacaq. Bu proseslər ölkənin xarici siyasətində daha çevik, çoxvektorlu və praqmatik mövqeni tələb edir”.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:435
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Noyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri