Icma.az
close
up
RU
Avropa siyasətçiləri: Müdafiə məqsədlərinə daha çox investisiya qoymağın vaxtı çatıb

Avropa siyasətçiləri: Müdafiə məqsədlərinə daha çox investisiya qoymağın vaxtı çatıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Budapeşt, 20 fevral, AZƏRTAC

Avropa İttifaqında müdafiəyə sərmayəni artırmaq məsələsində getdikcə artan əhvali-ruhiyyə formalaşır. Bu, Avropa media orqanlarının monitorinqinin göstərdiyi kimi, Avropanın təhlükəsizliyinə dair dünənki Paris danışıqlarından sonra xüsusilə nəzərə çarpır.

AZƏRTAC xəbər verir ki, bir çox siyasətçilər hesab edirlər ki, Aİ ölkələri ciddi qəbul olunmaq istəyirlərsə, iqtisadi və hərbi cəhətdən daha da gücü olmalıdır. Xüsusən də Almaniya kansleri Olaf Şolts və Çexiyanın Baş naziri Petr Fiala kimi bir sıra siyasətçilər görüşdən sonra bunu bəyan ediblər.

Xatırladaq ki, bu həftənin əvvəlində Fransa prezidenti Emmanuel Makron görüş keçirib, lakin həmin vaxt onun formatı məhdud olub və yalnız bir neçə Avropa liderinə dəvət göndərilib. Çərşənbə günü o, Kanada da daxil olmaqla digər Aİ və NATO ölkələrini dəvət edərək başqa bir görüş çağırıb. Bir çox liderlər videoformatda müzakirəyə qatılıb.

Görüşün yekunu ondan ibarətdir ki, hamı yeni reallıqda Avropanın daha güclü olması qənaətinə gəlib. Aİ ölkələrinin öz müdafiəsinə daha çox maliyyə vəsaiti ayırması ilə bağlı konsensus var. Təhlükəsizlik və müdafiəyə gəldikdə, dövlətlər həm ayrı-ayrı ölkələr səviyyəsində, həm də Avropa səviyyəsində büdcələrini artırmalıdır.

Bir çox siyasətçilər hesab edir ki, Aİ ölkələri pul və silahları masaya qoymalıdır və yalnız bundan sonra dünya onları ciddi qəbul edəcək.

Onların fikrincə, okeanın o tayından gələn son bəyanatlar fonunda Avropanın mövqeyini gücləndirmək də vacibdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see178

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see166

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri