Icma.az
close
up
RU
Avropa TƏŞVİŞDƏ Ukraynadan sonra bu ölkələr də savaşa CƏLB OLUNUR QORXUNC SSENARİ

Avropa TƏŞVİŞDƏ Ukraynadan sonra bu ölkələr də savaşa CƏLB OLUNUR QORXUNC SSENARİ

Bizim media saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Putinə müharibəni dayandırmaq üçün verdiyi iki həftəlik növbəti möhlət başa çatmaq üzrədir. Buna baxmayaraq, Rusiya sülhdən boyun qaçıraraq, müharibənin davam etməsində maraqlıdır. Bunu baş qərargah rəisi general Valeri Gerasimovun verdiyi bəyanat da təsdiqləyir. Belə ki, o dünən müharibəni davam etdirəcəklərinin anonsunu verib.
Yaranmış vəziyyətdə Avropada da müharibə çağırışları yüksəlir. Bir sıra Qərb siyasiləri, analitikləri bildirir ki, Ukraynadan sonra Rusiya dayanmayacaq və onun növbəti hədəfi Avropa olacaq. Bu əsasda Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələr özlərinin hərbi güclərini artıqmaq barədə düşünməyə başlayıblar. NATO ölkələri öz hərbi büdcələrini ümumi daxili məhsulun 5 faizinə qaldırmaq qərarına gəliblər.
Yaranmış vəziyyətdə Ukrayna müharibəsi Avropaya da sıçraya bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, hazırda müharibənin digər dövlətlərin ərazisinə keçməsi ehtimalı az olsa da, Rusiyanın Ukraynaya hərbi təzyiqləri daha da güclənəcək:  
“Trampın Putinə verdiyi möhlət bitir. O, indiyə kimi Putinə bir neçə dəfə möhlət verib. Amma buna baxmayaraq, nəticə yoxdur. Odur ki, verdiyi növbəti möhlətin vaxtının bitməsinə fikir vermək lazım deyil.
Avropaya gəldikdə, onlar müharibə etmək istəmirlər. “Köhnə dünya” müharibəyə hazır deyil. Ona görə də diz çökərək, Trampdan xahiş edirlər ki, Avropadan himayəsini əsirgəməsin. Avropa Ukraynanı dəstəkləyir. Bu da anlaşılandır. Çünki Ukrayna öz əsgərlərinin canı hesabına Avropanın təhlükəsizliyini təmin edir. Bu səbəbdən də Kiyevə hərbi-maliyyə dəstəyini təmin edirlər. Amma özlərinin müharibə aparmaq fikri, qabiliyyəti yoxdur.  Burada çıxan nəticə isə odur ki, Rusiya Ukraynaya hərbi təzyiqi daha da güclənəcək”.
Ekspert qeyd edir ki, Rusiya müharibənin davam etməsində maraqlıdır:
“Moskva bununla ümid edir ki, haçansa Ukraynanın müqavimət gücü tükənəcək və Kiyev Rusiyanın tələblərini qəbul etməli olacaq. Ona görə də Rusiya müharibənin davam etməsində maraqlıdır. Baş Qərargah rəisi general Gerasimov da açıq şəkildə bildirib ki, Rusiya müharibəni dayandırmayacaq. Cəbhə xəttinin uzunluğu 1300 km-dir. Ukrayna isə ərazisinin 20 faizini itirib.
Ukrayna əhalisi müharibədən bezib.
Artıq onlar vuruşmaq istəmirlər. ABŞ isə faktiki olaraq Ukraynanı satıb. Belə bir şəraitdə Ukraynanın vəziyyəti daha da ağırlaşacaq. Onların duruş gətirməsi çətinləşir. Belədə isə Ukrayna dövləti süquta uğraya bilər”.  
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Sentyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri