Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Avropa üçün seçim anı: Ya tərəfdaşlıq, ya dərinləşən böhran

Avropa üçün seçim anı: Ya tərəfdaşlıq, ya dərinləşən böhran

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qlobal geosiyasi sistemin transformasiyası fonunda Avropa İttifaqı ciddi struktur böhranı ilə üz-üzədir. ABŞ, Rusiya və Çin kimi güc mərkəzlərinin paralel təzyiqi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji və təhlükəsizlik şokları, eləcə də Yaxın Şərqdə artan qeyri-sabitlik Avropanın strateji dayanıqlığını zəiflədir. Bu gün Avropa əvvəlki kimi qlobal prosesləri yönləndirən aktor deyil, əksinə, çox zaman hadisələrə reaksiya verən tərəfə çevrilib. İqtisadi artımın zəifləməsi, enerji resurslarının şaxələndirilməsi problemləri və təhlükəsizlik boşluqları bu mənzərəni daha da ağırlaşdırır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Millət vəkili qeyd edib ki, belə bir şəraitdə Avropa üçün əsas məsələ yeni dayaq nöqtələri tapmaqdır: “Məhz burada Cənubi Qafqaz və Mərkəzi Asiya geosiyasi və geoiqtisadi baxımdan kritik əhəmiyyət qazanır. Bu regionlar Avropa üçün həm enerji mənbələri, həm tranzit imkanları, həm də yeni bazarlar deməkdir. Lakin bu potensialın reallaşdırılması yalnız bir ölkə üzərindən mümkündür ki, bu da ancaq Azərbaycandır.
Azərbaycan son illərdə yalnız regional deyil, qlobal miqyasda oyun qaydalarını dəyişən aktora çevrilib. 2020-ci ildən sonra formalaşan yeni geosiyasi reallıqlar Bakının təşəbbüsləri və siyasi iradəsi nəticəsində yaranıb. Bu reallıq təkcə təhlükəsizlik müstəvisində deyil, həm də iqtisadi və nəqliyyat sahələrində özünü göstərir. Azərbaycanın yaratdığı sabitlik və təhlükəsizlik mühiti olmadan regionda heç bir beynəlxalq layihənin reallaşması mümkün olmazdı.
Bu kontekstdə Orta Dəhliz xüsusi strateji əhəmiyyət daşıyır. Bu dəhliz artıq alternativ yox, əsas marşrut kimi qəbul edilir. Rusiya üzərindən keçən şimal marşrutunun riskləri və İran istiqamətindəki qeyri-müəyyənlik fonunda Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz, sürətli və siyasi baxımdan dayanıqlı xəttə çevrilib. Bu isə o deməkdir ki, Bakı qlobal ticarət zəncirinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycansız bu sistemin işləməsi real deyil”.
T. Mirkişili əlavə edib ki, bu strateji reallıq Avropanın aparıcı siyasi fiqurları tərəfindən də getdikcə daha açıq şəkildə etiraf olunur: “Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri zamanı səsləndirdiyi fikirlər göstərir ki, Avropa Komissiyası səviyyəsində Azərbaycanla münasibətlərin strateji xarakter daşıdığı artıq qəbul edilir. Onun vurğuladığı kimi, Azərbaycan Avropa üçün vacib tərəfdaşdır və bu tərəfdaşlıq enerji ilə yanaşı, rəqəmsal transformasiya, təhlükəsizlik və nəqliyyat kimi sahələri də əhatə edir.
İlham Əliyev isə bu əməkdaşlığın konkret nəticələrini ortaya qoyaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu faktlarla əsaslandırır. Azərbaycan qazının artıq Avropanın daha geniş coğrafiyasına – o cümlədən Almaniya və Avstriyaya çatdırılması göstərir ki, Bakı etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini möhkəmləndirib. Bu isə Avropa üçün yalnız iqtisadi deyil, həm də siyasi təhlükəsizlik məsələsidir.

Eyni tendensiya Ciorgia Meloninin Bakıya səfərində də açıq şəkildə özünü göstərdi. Onun “enerji və bağlantılar eyni medalın iki üzüdür” fikri əslində Avropanın yeni strateji yanaşmasının konturlarını müəyyənləşdirir. Meloni Azərbaycanın Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu gücləndirməsinin vacibliyini vurğulayaraq, Roma ilə Bakı arasında əməkdaşlığın yalnız ikitərəfli deyil, daha geniş Avrasiya məkanını əhatə etdiyini bildirdi.
Bu yanaşma onu göstərir ki, Avropada artıq praqmatik düşüncə güclənməkdədir. Lakin problem ondadır ki, bu praqmatik yanaşma bütün Avropa institutları üçün xarakterik deyil. Avropa Parlamenti və AŞPA kimi qurumların Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe bu strateji əməkdaşlığa ziddiyyət yaradır. Bu isə Avropanın daxilində siyasi parçalanmanın və koordinasiya problemlərinin göstəricisidir.
Əslində bu ziddiyyət Avropanın əsas strateji səhvini ortaya qoyur. Belə ki, geosiyasi reallıqları qəbul etmək əvəzinə, ideoloji və selektiv yanaşmalarla hərəkət etmək bu günkü gündə  qoca qitə üçün  təkcə yanlış hərəkət deyil, eyni zamnda maraqlarına da  uyğun olmayan siyasət yürütməklə özlərini dalana sürükləyirlər. Halbuki mövcud vəziyyətdə Avropa üçün ən rasional yol Azərbaycanla münasibətləri daha da dərinləşdirməkdir. Çünki Azərbaycan yalnız enerji təminatçısı deyil, həm də regional sabitliyin təminatçısı və qlobal logistika sisteminin əsas halqasıdır.

Bununla yanaşı, Bakı regionda sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış edir. Ermənistanla münasibətlərin normallaşdırılması, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və iqtisadi əlaqələrin qurulması yeni regional təhlükəsizlik modelinin formalaşmasına xidmət edir. Bu isə Avropanın maraqları ilə tam üst-üstə düşür.
Nəticə etibarilə, qlobal böhran şəraitində Avropa üçün çıxış yolu uzaqda deyil, bu, artıq formalaşmış reallıqların içindədir. Bu reallığın mərkəzində isə Azərbaycan dayanır. Bakı bu gün yalnız coğrafi məkan deyil, həm də enerji, təhlükəsizlik və nəqliyyatın kəsişdiyi strateji platformadır.

Avropa üçün seçim sadədir, amma eyni zamanda taleyüklüdür: ya Azərbaycanla bərabərhüquqlu və praqmatik əməkdaşlıq quraraq yeni geosiyasi reallıqdan faydalanmaq, ya da bu reallığı görməzlikdən gələrək daha dərin böhranlarla üzləşmək. Mövcud dinamika isə göstərir ki, gec-tez bu seçim qaçılmaz olacaq”.

 Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 May 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri