Avropa Yenidənqurma və İnkişaf Bankına yeni vitse prezident təyin edilib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) yeni vitse-prezident seçilib.
"APA-Economics" bu barədə EBRD-yə istinadən xəbər verir. Məlumata görə, Fatoumata Bouare Bankın yeni vitse-prezidenti, baş risk inzibatçısı vəzifəsinə təyin edib. Yeni vəzifəsində xanım Bouare Risk İdarəetməsi, Ətraf Mühit və Davamlılıq, Biznes Dayanıqlığı və Satınalma Siyasəti və Məsləhət departamentlərinə rəhbərlik edəcək, həmçinin Bankın İcraiyyə Komitəsinin üzvü olacaq. O, yeni vəzifəsinin icrasına bu il mayın 1-dən etibarən başlayacaq.
Qeyd edilib ki, xanım Bouare son yeddi ildə Niderlandın sahibkarlığın inkişafına dəstək verən bankı FMO-da çalışaraq risk departamentlərini gücləndirib, rəqəmsallaşma və təsir hesabatlılığında yeniliklərə imza atıb və əhəmiyyətli artım dövründə maliyyə sabitliyini təmin edib. Bundan əvvəl, xanım Bouare Bank of Africa-da Risk İdarəetmə Direktoru kimi fəaliyyət göstərib və bankın qrup səviyyəsində, eləcə də onun 18 filialında risklərin idarə edilməsinə nəzarət edib.
Xatırladaq ki, Fatoumata Bouare EBRD-nin ən yeni üzv ölkəsi olan Kotdiuvarın vətəndaşıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 25 Fevral 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















