Icma.az
close
up
RU
Avropa “yenidənqurma” yolunda...

Avropa “yenidənqurma” yolunda...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Birinci iş hərbi inkişaf planıdır - fon der Leyenin “çıxış yolu”

Avropa ABŞ-dan nə qədər və necə geri qalır?

Martın 2-də baş tutan London sammiti Aİ üçün xüsusi əhəmiyyət kəsb edir. Dünənə qədər proseslərin arxasınca gedən Avropa artıq özünün müstəqil siyasi və hərbi xəttini yaratmağa çalışır. Bunun üçün isə, “köhnə qitə” ilk növbədə özünün hərbi potensialını inkişaf etdirməlidir. Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen London sammitindəki müzakirələr zamanı deyib ki, Ukraynanın təhlükəsizlik zəmanətinə ehtiyacı var. AK rəhbəri Avropanı yenidən silahlandırmaqla bağlı çağırış edib. “Təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik”,- deyə o, bildirib.

Yeni plan...

Sammit zamanı fon der Leyen yaxın günlərdə plan təqdim ediləcəyini bildirib. O, Avropa ölkələrinin liderləri ilə danışıqları “yaxşı və səmimi müzakirə” adlandırıb. Fon der Leyen deyib ki, müdafiə sahəsinə sərmayələri artırmaq vacibdir: “Bu, Avropa Birliyinin təhlükəsizliyi üçündür. Yaşadığımız geostrateji mühitdə biz ən çətin vəziyyətə hazırlaşmalıyıq və buna görə də güclənməliyik”.

Fon der Leyen müdafiə xərclərini artırmaq üçün vergi siyasətində mümkün dəyişiklikdən də danışıb. “Aİ dövlətləri müdafiə xərclərini kəskin şəkildə artırmaq üçün daha çox maliyyəyə ehtiyac duyurlar” dedi. Onun sözlərinə görə, Avropa Komissiyası martın 6-da Brüsseldə keçiriləcək Aİ sammitində müvafiq plan təklif ediləcək.

Real müqayisə -  rəqəmlər hər şeyi deyir...

İndiyə qədər özünün xüsusi müdafiə immuniteti yaradılmayan, NATO-nun çətiri altında qorunan Avropanın birdən-birə təhlükəsizliyinin təmininə tərəf “boylanması” əbəs deyil. Son baş verənlərin fonunda ABŞ-ın Ukrayna ilə bağlı fərqli planlarının olması meydana çıxdı. Başqa sözlə, ABŞ-ın bu məsələdə tutduğu mövqenin müəyyən mənada “sürüşkənliyi” üzə çıxdı. Vaşinqtonun artıq bütün məsələlərə iqtisadi prizmadan baxması sirr deyil - belə olan təqdirdə, Ağ Ev Avropanın təhlükəsizliyi üçün niyə milyardlar xərclədiyinin hesabatını da soruşa bilər.

Bütün mənalarda “fors-major” situasiyalara isə indidən hazırlaşmaq gərəkir. Təbii ki, Avropa kontingenti Rusiya ilə müharibə etmək fikrindən çox uzaqdır - hazırki “addımlar” sadəcə Moskvanı Ukrayna ilə daha güzəştli sülhə meyilləndirməyə hesablanıb. Nəzərə alınmalıdır ki, özünün təhlükəsizliyinin təmini üçün planlar quran Avropanın hərbi potensialı aşağıdır. Bunu real faktlarla da görmək olar. Məsələn, Avropanın iki ölkəsinin müqayisəsində bu faktlara nəzər yetirək:

- Fransa ordusu Avropanın ən böyük və güclü ordularından biridir. Bu ölkə 2024-cü il üçün müdafiə və hərbi xərclərə 50,5 milyard avro vəsait ayrılıb. Bu isə 2023-cü ildə ayrılan müvafiq xərcdən az fərqlidir. Son məlumatlara görə, ölkənin 141 min aktiv əsgəri var. Hava qüvvələri 972 təyyarə və helikopterdən ibarətdir. Dəniz qüvvələri isə 10 döyüş, 15 patrul gəmisi, 1 təyyarədaşıyan gəmi, 9 sualtı qayıq və 11 mina gəmisindən ibarətdir. Fransa həmçinin az da olsa, nüvə gücünə malikdir.

- Almaniya da 2024-cü ildə ordusu üçün 55 milyard avro büdcə ayırıb. Silahlı qüvvələrində 62 min nəfər xidmət edir. Hava qüvvələri 133 döyüş təyyarəsi və 318 helikopterdən ibarətdir. Quru qüvvələri 295 tank və 80 minə yaxın zirehli maşına sahibdir. Dəniz qüvvələri isə 64 gəmidən ibarətdir.

Müqayisə üçün isə Avropanın özünə təhdid bildiyi Rusiyaya nəzər salaq:

- Son illərdə müxtəlif dəyişikliklərə məruz qalsa da, 2024-cü ilin sentyabr ayında Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin 180 min nəfər artırılaraq 1,5 milyon əsgərə çatdırılması barədə fərman imzalayıb. Bu artım Rusiyanı dünyanın ikinci ən böyük ordusuna sahib ölkə edir, yalnız Çindən geri qalır. Hərbi texnika və təchizata gəldikdə isə, Ukrayna ilə davam edən münaqişə nəticəsində Rusiya ordusu əhəmiyyətli texnika itkiləri ilə üzləşib. Bununla belə döyüşə yararlı təyyarələri minə yaxındır.  Eyni zamanda, nüvə potensialına görə də, ilk yerdə qərarlaqşıb. Ən əhəmiyyətlisi isə, bu raketlər bütün Avropanı əhatə edəcək mənzilə sahibdir. Ümumi Qiymətləndirmədə “Global Firepower” indeksinə əsasən, Rusiya hərbi potensialına görə dünyada ikinci yerdə qərarlaşır. Bu reytinq hərbi vahidlərin sayı, logistik imkanlar və maliyyə vəziyyəti kimi 60-dan çox faktoru nəzərə alır.

Və nəhayət ABŞ-ın hərbi xərclərə ayırdığı büdcəyə baxaq:

- ABŞ-ın 2024-cü il üçün hərbi büdcəsi 886 milyard dollar olaraq təsdiqlənib.  2025-ci il üçün isə hərbi büdcə təxminən 895 milyard dollar təşkil edir.

Silah istehsalı aşağıdır...

Beləliklə, Avropanın hərbi potensialının öz rəqibindən və imtina etməyə hazırlaşdığı müttəfiqindən geri qaldığının fakt və rəqəmlərlə şahidi oluruq. Başqa bir meyar isə Avropanın silah ixracı və idxalı ilə bağlıdır. ABŞ-ın “hərbi asılılığından” azad olmaq istəyən Avropanın silah satışından gəliri ikincinin nisbətində yarıdan da aşağıdır. Belə ki, 2023-cü ildəki “gəlirlərə” diqqət yetirsək (2024-cü illə bağlı statistika hələ açıqlanmayıb), dünyanın ən yaxşı 100 silah istehsalçısı siyahısına daxil olan 41 ABŞ şirkəti 317 milyard dollar gəlir əldə edib. Hesabat ilində Avropada yerləşən ilk 100 şirkət sırasına düşmüş (Rusiya istisna olmaqla) 27 şirkətin silah satışından əldə etdiyi ümumi gəlir 133 milyard dollar təşkil edib. Bu, 2022-ci illə müqayisədə cəmisi 0,2 faiz çoxdur. Demək ki, “köhnə qitə” özünün müstəqil təhlükəsizlik arxitekturasını yaratmaq istəyirsə, hazırki hərbi xərclərini ən azı 2 dəfə artırmalı olacaq. Əgər bu gün Avropanın ən böyük 15 NATO üzvü təşkilatın hərbi xərclərinin müəyyən faizini ödəyirsə, müstəqil hərbi struktur formalaşdıracağı təqdirdə bu maliyyə daha da böyüyəcək.

Avropa hərbi kadr islahatına görə də ABŞ-dan və Rusiyadan geri qalır. Rusiyanın hərbi kadr potensialı əsasən daxili təhsil sistemi tərəfindən hazırlanır. Ötən illər ərzində Avropanın təhlükəsizliyinə cavabdeh olan qoşunlarda xidmət edən avropalı zabitlərin əksəriyyəti isə ABŞ-da təhsil alıb. Bu isə qitə üçün bir çox çətinliklər yaradır. Yerli kadr potensialını artırmaq üçün Avropa ilk növbədə özünün “hərbi təhsil” kontentini və proqramını formalaşdırmalıdır. Düzdür, epizodik olaraq bu təmayüllü hərbi məktəblər mövcuddur, amma onların da hazırlıq proqramları ABŞ təcrübəsinə əsaslanır.

İqtisadi böhranın içində...

Nəhayət, iqtisadi faktor... “Köhnə qitə” açıq iqtisadi böhran yaşayır. Avropa üçün strateji sahə sayılan kənd təsərrüfatı sahəsi ağır vəziyyətdədir. Demək olar ki, bütün ölkələrin fermerləri açıq etiraz aksiyaları keçirirlər. Ağır sənaye adı kimi ağır günlər yaşayır - Avropanın aparıcı dövlətləri, xüsusən də Almaniya və Fransa  bu səbəbdən bir çox sənaye müəssisələrini bağlamaq və ya başqa ölkələrə köçürmək qərarı veriblər. Yüngül sənayenin vəziyyəti də yaxşı deyil - şərqdən qərbə doğru daha ucuz yüngül sənaye məhsullarının ixracı bu sahənin də çətin günlər keçirdiyini deməyə əsas verir. Digər sahələrdə də vəziyyət analoji haldadır - artıq üç ildir davam edən Ukrayna-Rusiya müharibəsi fonunda xammal çatışmazlığı yaşayan Avropa özünün “embarqo planı”nın əsirinə çevrilib. Avropada iqtisadi geriləmə ən yüksək faizlərlə müşayiət edilməkdədir. Hərbi gücü artırmaq üçün isə güclü iqtisadiyyat gərəkir. Avropa özünün hərbi potensialını inkişaf etdirmək üçün ilk növbədə güclü iqtisadiyyat qurmalıdır - hərbi asılılıqdan xilas olmaqdan öncə, iqtisadi asılılıqdan yaxa qurtarmalıdır...

P.SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Mart 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see312

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see293

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see246

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see239

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see221

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see208

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see204

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see191

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see190

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see186

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see172

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see171

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see171

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see170

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see169

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see166

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see166

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see165

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see155

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri