Icma.az
close
up
RU
TIR böhranının arxasında hansı qüvvələr dayanır? AÇIQLAMA

TIR böhranının arxasında hansı qüvvələr dayanır? AÇIQLAMA

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hibrid təhlükələr artır

Gürcüstanla aramızı vurmaq istəyənlərə fürsət verməməliyik

Azərbaycandan gedən TIR-ların Tbilisi və Batumi gömrüyündən buraxılmaması xəbərləri yayılır. Təkcə yükdaşımalar deyil, vətəndaşların gömrük postundan buraxılmasında da problem yaranıb. Bəzi məlumatlara görə, Gürcüstan tərəfi keçiddə gecikmələri yolların qarla örtülməsiylə izah edir. Lakin vəziyyətin kimlərsə tərəfindən məqsədli şəkildə gərginləşdirilməsinə cəhd edildiyi də bildirilir.

Yol-nəqliyyat, logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Şərq”ə açıqlamasında bildirdi ki, bu məsələ sosial şəbəkələrdə yayılıb və dövlət orqanları problemi operativ həll ediblər. Həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyi də:

- Belə halların təkrarlanmaması üçün aidiyyəti dövlət strukturları mütəmadi əlaqədədirlər. Çox diqqətli olmaq lazımdır. Azərbaycanla Gürcüstan arasında strateji əməkdaşlıq var və hər iki tərəf bundan faydalanır. Həmçinin də Avropa qitəsinin enerji təhlükəsizliyi təmin olunur. Logistik olaraq da çox vacib bir bağlantıdır. Xəzərlə Qara dənizi əlaqələndirən, Transqafqaz dəmir yolu, Bakı-Tbilisi-Qars kimi layihələr bu gün qitəni əlaqələndirən yeganə sanksiya altına düşməyən ölkələrdən keçən bir əlaqədir. Ona görə də burada iki dövlət arasındakı münasibətlərin soyumasında müxtəlif tərəflərdən maraqlı qüvvələr ola bilər. Biz buna fürsət verməməliyik. Emosiyalara qapılmadan vəziyyəti rasional qiymətləndirib mane olan nə varsa önünü almalıyıq. Hazırda Azərbaycanla Gürcüstan arasında bir neçə layihə icra olunur, bir neçəsinin icrası planlaşdırılır. “Yaşıl enerji” koridoru ilə bağlı həmçinin Gürcüstan bu ilin sonuna qədər Şərq-Qərb dəhlizi üzrə dəmir yolunda sürəti artırır. 2026-cı ildən etibarən Gürcüstanda yük qatarları daha sürətli hərəkət edəcək. Bu artım Kveşeti–Xaraqauli–Zestafoni dəmir yolu sahəsinin açılması, marşrutun modernləşdirilməsi və rəqəmsallaşdırılması sayəsində mümkün olacaq. Yeni xətt tranzit müddətini 24 saatdan 12 saata endirəcək. Bu növ həllər Orta Dəhlizin əhəmiyyətini artırır. Azərbaycan Avropa qitəsinə qaz təchiz edən ölkədir. Qaz kəmərləri, Cənub qaz dəhlizi də Gürcüstan ərazisindən keçir. Qaz nəqlinin 2 dəfə artırılması hədəf qoyulub. Azərbaycan bu marşrutların şaxələnməsi və bundan ümumən Cənubi Qafqazın faydalanması üçün işlər görür. Gürcüstan mediasında kənar təsirlər nəticəsində Zəngəzur dəhlizi ilə bağlı yanlış fikirlər formalaşır, Gürcüstan cəmiyyətində də həmçinin. Biz bu fikirlərin, bu cür yanaşmanın ziyanlı olduğunu həm Gürcüstan tərəfinə çatdırmalıyıq, həm öz ölkəmizdə, daxili auditoriyaya. Əsas məsələ budur ki, aramızı vurmaq istəyənlərə fürsət verməməliyik. Hazırda bölgədə ciddi hərəkətlilik müşahidə olunur. Hibrid təhlükələr mövcuddur. Amma əminik ki, Azərbaycan dövlət strukturları problemi həll edəcək iradəyə sahibdirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri