Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Təqaüd sistemində yenilik...

Təqaüd sistemində yenilik...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Hökumətin yeni qaydaları bu sahədə əlçatanlığın artırılmasını təmin edəcək

Nazirlər Kabineti (NK) “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişikliklər edib. Dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək. Qulluq stajına görə, təyin edilən əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əməkhaqqı isə (dövlət məvacibi yenidən hesablanmaqla təmin olunacaq.

Güzəştli şərtlərlə pensiya alan şəxslərin sırası genişlənəcək

Yeni dəyişikliklərin əsas mahiyyəti daha tez pensiyaya çıxanların siyahısında dəqiqləşdirilmələr aparılmaqla, güzəşt hüququna malik şəxslərin bu siyahıya əlavə edilməsini nəzərdə tutur. Belə ki, qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, qələviləşdirmə sahələrində nəzarətçilər əlavə olunmaqla mühəndislər, o cümlədən elektrik mühəndislər ilə yanaşı, metallurqlar güzəştli siyahıya daxil ediliblər. Əvvəlki qanunvericilikdə onlar üçün bu güzəşt imkanları nəzərdə tutulmamışdı və “Əmək pensiyaları” haqqında qanunun müvafiq maddələri onlar üçün güzəşti təsbit etsə də, qaydalardakı nizamsızlıqlar bu imkanların onlara şamil edilməsini əngəlləyirdi.

“Əmək pensiyaları” haqqında qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan siyahıda azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.  Bu hüququn reallaşması üçün həmin vətəndaşlarımızın işlədiyi müəssisə üzrə işəgötürən tərəfindən arayışa təqdim edilməsi zəruri hesab edilir. Reallıq isə bundan ibarətdir ki, bir çox hallarda həmin müəssisələrin fəaliyyətini dayandırması səbəbindən arayışların alınmasında çətinliklər meydana çıxır, nəticədə, vətəndaşlar öz pensiya hüquqlarından istifadə etməkdə çətinliklərlə üzləşirdilər. Yeni dəyişikliklər isə bu halları və maneləri tamamilə aradan qaldırmış olur. Belə ki, tələb edilən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğunolma prosedurlarına cavab verməsi kifayət edir. Yəni, NK-nın təsdiqlədiyi sözügedən siyahının tələbləri artıq arayışla bağlı aktı təsdiredici sənəd kimi qanuniləşdirir. Nəticədə, bu hüquqi mexanizm əsasında vətəndaşın müvafiq iş dövrü güzəştli iş stajına daxil edilməklə, onun erkən pensiya hüququ qazanması təsbit olunacaq. Bu proseslərin qanuniləşdirilməsi elektron resursda da öz həllini tapacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) inteqrə olunduğu elektron bazadakı “Əmək və Məşğulluq” altsistemində güzəştli sahəyə aid iş stajının hesablanması bölməsində qeyd edilən güzəşt hüququ əks etdiriləcək.

Bəzi kateqoriyalar üzrə də pensiya məbləğləri artacaq

Bir məqamı da qeyd edək ki, NK-nın bir müddət əvvəl təsdiq etdiyi “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərlə bağlı qərarına əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi prosedurları və qərarlarda göstərilən məlumatların toplanması rəqəmsal platformada təsnifləşdiriləcək. Əmək pensiyalarına dair bütün əməliyyatlar kargüzarlıqdan tamamilə uzaqlaşdırılmaqla, tam rəqəmsal keçidə inteqrasiya olunaraq  Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə ediləcək.

Pensiya prosesləri üzrə elektronlaşdırmanın genişlənməsi sayəsində ailədə pensiya alan şəxslərdən birinin qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq digər ailə üzvünə pensiya təyinatını ötürməsi, dəyişdirməsi, habelə təqaüd növünün dəyişdirilməsi, eləcə də pensiyaya çıxmaq istəyənlər üçün zəruri imkanlardan faydalanması da mümkün olacaq. Bu təyinat dəyişiklikləri isə bir çox hallarda əmək pensiyalarının yenidən hesablanması mexanizmi əsasında bəzi kateqoriayalar üzrə ümumi pensiya məbləğlərinin də artırılmasına imkan verəcək.

2026-cı ildə orta aylıq pensiyanın 590 manata çatacağı gözlənilir

Bundan başqa, yeni dəyişikliklərə əsasən, qulluq əlavəsi alan və işləməkdə davam edən şəxslərin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı daha yüksək olarsa, vətəndaşa həmin yüksək məbləğ təyin olunacaq. Bu isə həmin şəxslərin pensiya məbləğində artımları təmin edəcək.

Yeri gəlmişkən, dəyişikliklərdən sonra güzəşt hüququnu əldə edən şəxslərin pensiyalarının indeksasiyası gələn ilin yanvar ayında digər əmək pensiyaçılarında olduğu qaydada indeksasiya edilərək artırılacaq. Onların orta aylıq pensiyası da ölkə üzrə əmək pensiyasının orta məbləğinə uyğun olacaq. 2026-cı ildə orta aylıq pensiyanın məbləğinə gəlincə, hökumətin proqnozlarına görə, bu rəqəm təxminən 590 manata bərabər gözlənilir. Yaşa görə orta aylıq pensiyanın məbləği isə 629 manat həddində fərz edilir.

Beləliklə, əmək qanunvericiliyinə edilən yeni qaydalar daha tez pensiyaya çıxmaqla bağlı proseduraların daha da sadələşdirilməsinə səbəb olmaqla, əlçatanlığın artırılmasını təmin edəcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1445

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see714

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see503

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see488

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see477

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see456

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see419

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see405

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see355

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see327

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see309

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see305

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see304

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see295

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see293

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see280

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see280

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see278

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see255
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri