Icma.az
close
up
RU
Avropada artan hərbiləşmə Rusiyanı qıcıqlandırır

Avropada artan hərbiləşmə Rusiyanı qıcıqlandırır

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Avropa Birliyi Macarıstanın etirazlarına baxmayaraq Ukraynaya 90 milyard avro həcmində kredit ayırdı. Bu məbləğ Kiyevin ayaqda qalması üçün həyatı əhəmiyyət kəsb edir. Çünki müharibə 4 ildən artıqdır davam edir və gedişat prosesin yaxın vaxtlarda yekunlaşması ehtimalını azaldır. Belə olduğu təqdirdə Ukrayna tərəfi hərbi xərclərlə paralel sosial xərcləri də qarşılamalıdır ki, ölkə daxilində siyasi balans pozulmasın. Məbləğ kifayət qədər böyükdür. Rəsmi Kiyev bir sıra strateji əhəmiyyətli hərbi layihələri, xüsusilə, ballistik və qanadlı raket texnologiyalarını ayrılan vəsaitlə finans edə bilər.
Hazırda Ukrayna hərbi sənayesi minimal imkanlara baxmayaraq olduqca uğurlu işlərə imza atırlar. Bir neçə gün əvvəl Rusiyanın təxminən 1500 km dərinliklərində yerləşən raket istehsalı zavoduna Flamenqo qanadlı raketləri ilə endirilən zərbələr gəlinən nöqtənin real mənzərəsidir. Xatırlamaq yerinə düşər ki, müharibənin ilk vaxtlarında Kiyev bu tip əməliyyatları həyata keçirmək üçün ABŞ-dan ATACMS kimi ballistik raketlər almağın yolların axtarırdı. İndi isə bu imkan məhz yerli sənayenin gücünə təmin olunur. Təbii ki, görünən uğurları davam etdirmək lazımdır və maliyyə vəsaiti burada kilid rola malikdir.
Ukraynanın ayaqda qalması və Rusiyanı zəiflətməsi Kremli potensial təhdid kimi qəbul edən ölkələr üçün vacibdir. Bu səbəbdən Avropa Birliyi maksimum çalışır ki, Rusiya Ukrayna ərazisində ilişib qalsın və onlarda öz növbəsində Birləşmiş Ştatların təhlükəsizlik çətini daxili imkanlarla əvəz edə bilsinlər. Yəni, Kiyev bacardığı qədər Qoca qitəyə vaxt qazandırsın.
Artıq Avropa ölkələri silahlanma istiqamətində ciddi addımlar atırlar. Xüsusilə, Almaniya bu prosesdə fərqlənir. Berlin qarşıdakı 10 il ərzində ordunu modernləşdirmək və yeni texnologiyalarla təchiz etmək üçün 1 trilyon vəsait xərcləyəcək. Bununla paralel Polşa tərəfi də öz imkanlarını maksimum genişləndirir.
Avropada artan hərbiləşmə heç şübhəsiz ki, Rusiyanı qıcıqlandırır. Rusiya rəsmiləri mövcud tendensiya fonunda tez-tez nüvə kartını gündəmə gətirir. Çünki başqa bir alternativ yoxdur. Birləşmiş Ştatların sanksiyaları Rusiya iqtisadiyyatını iflic vəziyyətə salıb. Bununla paralel Elon Muskın Rusiya üçün özünün starlink peyklərini söndürməsi işğalçı ordunun işini xeyli çətinləşdirib. Öz növbəsində Ukrayna ordusu yaranmış vəziyyəti məharətlə fürsətə çevirir və ruslara sarsıdıcı zərbələr endirirlər.
Təbii ki, mövcud situasiya Rusiyanı məcbur edir ki, Birləşmiş Ştatlarla masaya əyləşsin və sərvətlərini onların üzünə açsın. Düzdür bu məsələ hər hansı bir rəsmiyyət qazanmayıb. Lakin dinamika məhz bu istiqamətə doğru yuvarlanır.
Pərviz Mirizadə, siyasi şərhçi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Fevral 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri