Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ermənistan Avropa arzusu ilə Rusiyanı qıcıqlandırır

Ermənistan Avropa arzusu ilə Rusiyanı qıcıqlandırır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) nümayəndə heyəti vizasız rejimin hazırlanması ilə bağlı məsələləri müzakirə etmək üçün Ermənistana səfər edib. Eyni zamanda, ölkə parlamenti İrəvanın Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini qəbul edib. Bəs Brüsselə meyillik nəyə gətirib çıxaracaq?

Hüquqi baxımdan Aİ-yə üzvlük məsələsi hələ gündəmdə olmasa da, Ermənistan artıq bu qurumla daha dərin tərəfdaşlığa doğru irəliləyir. Ölkədəki Avropa meyilli debatlar Aİ-nin və onun dəyərlərinin cəlbediciliyini nümayiş etdirir. İndi İrəvanla Brüssel arasında münasibətlər həmişəkindən daha yaxındır. Avropa Sülh Fondu çərçivəsində viza rejiminin liberallaşdırılması və 10 milyon avro məbləğində dəstək üzrə dialoqun başlanması bunu təsdiqləyir.

Brüssel İrəvana “Ermənistanın dayanıqlığı və inkişafı” proqramı çərçivəsində maliyyə dəstəyi verir. Qurum yardımı 2024–2027-ci illər üçün 270 milyon avroyadək artırıb. Bu proqram dövlətin sosial-iqtisadi sabitliyinin möhkəmləndirilməsinə, ticarətin, nəqliyyat kommunikasiyalarının və enerji təhlükəsizliyinin inkişafına yönəlib. Bundan əlavə, Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi (CEPA) çərçivəsində fəal iş aparılır. Bu, Ermənistanı Aİ standartlarına yaxınlaşdırmalıdır.

Onu da qeyd edək ki, hələ 2024-cü ilin fevralında Brüssel və İrəvan ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə işə başlamaq barədə razılığa gəliblər. 2025-ci il yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə qəbulu prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyərək parlamentə göndərib. Bu yaxınlarda həmin sənəd birinci oxunuşda təsdiqlənib. Bununla bağlı, Ermənistnın baş naziri Nikol Paşinyan bəyan edib ki, qanun layihəsinin qəbulundan sonra İrəvan Brüssellə birlikdə yol xəritəsi hazırlayacaq.

Sənədi parlamentdə təqdim edən hakim partiya “son illərdə Ermənistanla Aİ arasında kifayət qədər intensiv və dinamik münasibətlərin inkişaf etdiyini” vurğulayıb. Buna misal olaraq Aİ-nin “siyasi dəstəyi” göstərilib.

Nikol Paşinyan vurğulayıb ki, qanun layihəsi Aİ-yə dərhal daxil olmaq üçün müraciət kimi qəbul edilməməlidir. Üstəlik, onun sözlərinə görə, yekun qərar yalnız ümumxalq səsverməsi yolu ilə verilə bilər.

Bu arada hökumət başçısı iddia edib ki, Brüssellə əməkdaşlıq artıq “konkret nəticələr verir”. Xüsusilə, viza rejiminin liberallaşdırılması və ölkənin Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ilə bağlı danışıqlara başlanılıb. Onun fikrincə, proqram çərçivəsində texniki və maliyyə yardımının həcmi kiçik olsa da, bu addımın siyasi əhəmiyyəti “son dərəcə yüksəkdir”.

Aİ-yə üzvlüyə təşəbbüs keçmiş prezident Robert Koçaryanın Ermənistan fraksiyası tərəfindən tənqid edilib. Partiya bunun ölkənin həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərində problem yaradacağından ehtiyat edir.

Moskva da İrəvanın Brüssellə yaxınlaşmasından açıq şəkildə narazıdır. Baxmayaraq ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bununla bağlı, “bu, Ermənistanın suveren hüququdur”,– deyib. Eyni zamanda, o, ermənilərə məsləhət görüb ki, Aİ-yə daxil olmaq istəyinin nə dərəcədə qarşılıqlı olduğunu öyrənsinlər. Onun sözlərinə görə, Ermənistanda elə siyasi qüvvələr var ki, Aİ-nin özünün bunda maraqlı olduğuna dair dəqiq anlayış olmadan, bu quruma istiqamətlənmənin ölkənin özü və xalqının maraqları üçün əlavə dividendlər verəcəyini düşünürlər.

D. Peskovun sözlərinə görə, Aİ-yə qəbul prosesinin mürəkkəbliyinə də diqqət yetirmək lazımdır: “Biz bu prosesdə uzun növbəyə salınmış bir çox ölkənin təcrübəsini bilirik”.

O bildirib ki, eyni anda iki fərqli beynəlxalq təşkilatın üzvü olmaq mümkün deyil: “Çətin ki, Ermənistan eyni vaxtda Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqında olsun. İki fərqli təşkilatın üzvü olmaq, hipotetik olaraq, sadəcə, mümkün deyil. Hər qurumun öz gömrük məkanı, mal və xidmətlərin, insanların və kapitalın bir sərbəst hərəkət zonası var, fərqli normalar var”.

Daha doğrusu, Aİ və Aİİ daxilində əməkdaşlığı birləşdirmək mümkün deyil, çünki bunlar digər zonadan olan mallara qarşı öz bazarlarını qoruyan sərbəst ticarət zonalarıdır. Bundan əlavə, əgər İrəvan sərbəst ticarət zonasına daxil olarsa, Aİ-nin tələbi ilə Rusiyaya qarşı sanksiyaları tam şəkildə tətbiq etməli olacaq. Bununla da Ermənistanın Rusiya ilə ticarəti başa çatacaq, həmçinin respublikanın Aİİ-də iştirakı da sonlanacaq.

Peskov qeyd edib ki, Aİİ-yə üzvlük Ermənistan üçün faydalıdır: “Fayda faizlərlə, yüksək artım templəri ilə ölçülür. Bundan əlavə, Aİİ çərçivəsində razılaşdırılmış iş mexanizmləri və inteqrasiya formatları xalqların və ölkələrin rifahı üçün işləməkdə davam edir”.

Ümumiyyətlə, Rusiya bəyanatlardan konkret addımlara keçməyincəyə qədər İrəvanla Moskva arasında münasibətlərdə ciddi dəyişikliklər gözləmək lazım deyil. Moskvanın ciddi addımlar atacağı təqdirdə isə Hayastanın iqtisadiyyatı çökəcək. Qeyd edək ki, Rusiya Ermənistan üçün əsas, bəlkə də ən böyük ticarət tərəfdaşıdır. Bundan əlavə, Ermənistanın digər Aİİ ölkələri ilə ticarət dövriyyəsi respublikanın xarici ticarətinin böyük hissəsini təşkil edir. İrəvan Rusiyanın enerji daşıyıcılarını endirimli qiymətlərlə alır. Aİİ-nin əmək bazarına giriş də unudulmamalıdır. Bu səbəbdən, Ermənistanın Avropaya inteqrasiyasının nəticəsi erməni əhalisinin tam yoxsullaşması ola bilər. Bu durumda erməni məhsulları daha yüksək rüsumlarla üzləşəcək və bütün bunlar ÜDM-in artım tempinin kəskin azalmasına səbəb olacaq.

Aİ bazarı isə Hayastan iqtisadiyyatını xilas edə bilməyəcək. Məsələn, Rusiya hakimiyyəti bazarı erməni mallarına bağlamaq qərarına gəlsə, bu, özünü daha aydın göstərəcək. Tbilisi nümunəsi göstərdi ki, Aİ ilə azad ticarət zonasının mövcudluğu və çox güclü istəklə belə, Avropa bazarında öz yerini tutmaq çox çətindir. Yəni Hayastanın iqtisadiyyatını Avropa relsinə yönəltmək istəyi fiaskoya uğrayacaq.

Beləliklə, Rusiya və Ermənistan artıq uzun müddətdir ki, de-fakto münasibətlərdə böhran yaşayır. İrəvanın Moskvadan Qərbə üz çevirməsi artıq baş verib, lakin bu, Ermənistanın KTMT və ya Aİİ ilə münasibətlərinin tam pozulması demək deyil. Bu da haylara sərf edir. Amma iki vektorlu yanaşmanın – Aİİ-yə üzvlük və Aİ ilə yaxınlaşma prosesinin davam etdirilməsi çətin olacaq. İrəvan nə vaxtsa qərar qəbul etməli olacaq. Əks halda Hayastan ciddi risklərlə üzləşəcək.

***

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca daha çox avropayönümlü bəyanatlar və bəzi hüquqi qərarlar ortaya çıxa bilər. Çünki bu cür ritorika ölkədə yaxşı “satılır” və Nikol Paşinyanın hakim partiyası öz reytinqlərini yaxşılaşdırmaq üçün bundan faydalanmağa çalışacaq. Buna Paşinyan və onun partiyasının böyük ehtiyacı var. Çünki onların reytinqi 2018-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Bu yaxınlarda keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, hazırda seçicilərin yalnız 11,3 faizi Ermənistanın baş nazirinin rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasına səs verməyə hazırdır. Qafqaz Problemləri və Regional Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Nikolay Silayev deyib: “Buna görə də, onun Avropa yoluna dair məsuliyyətsiz bəyanatları yalnız bütün uğursuzluqlara baxmayaraq, hər hansı yolla hakimiyyətdə qalmaq istəyinin təzahürüdür. Məhz buna görə də, Paşinyan 2026-cı il seçkisinə hazırlığa artıq indidən başlayıb”.

Hazırda Ermənistanın yaxın gələcəkdə Aİ-yə daxil olmaq şansı sıfıra bərabərdir. Hələlik Brüssel Türkiyəni, eləcə də keçmiş Yuqoslaviya ölkələrini qəbul etməyi təxirə salıb. Bundan əlavə, Hayastan Aİ-yə üzvlük öhdəliklərini götürməyə qətiyyən hazır deyil. Beləliklə, birliyə qoşulmaq onilliklər çəkə bilər. Brüssellə münasibətlər möhkəmlənməyə davam etsə də, yeni qarşılıqlı öhdəliklərin yaranmasına səbəb olmayacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri