Icma.az
close
up
RU
Avropada bir trilyon dollarlıq LAYİHƏ NATO tarixə qovuşur, əvəzində isə... DETALLAR

Avropada bir trilyon dollarlıq LAYİHƏ NATO tarixə qovuşur, əvəzində isə... DETALLAR

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

NATO-ya alternativ Avropa ordusunun yaranması ideyası günü-gündən daha da aktuallaşır. ABŞ-ın NATO-dan çıxmaq barədə bəyanatlarından sonra Avropa dövlətlərinin əksəriyyəti çıxış yolunun ancaq Avropa ordusunun yaradılmasından keçdiyini anlamağa başlayıblar.  
Bu günə qədər “köhnə qitə”nin bir sıra ölkələri artıq həmin istiqamətdə istəklərini bildiriblər. Xüsusilə də, Fransa və Almaniya bu məsələdə xüsusi aktivlik nümayiş etdirirlər.
Son olaraq İspaniya da ABŞ-dakı qeyri-sabitlik fonunda vahid Avropa ordusunun yaradılması çağırışını edib.
Bu barədə bəyanat yayan İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, Yaxın Şərqdəki münaqişə Avropanın strateji muxtariyyəti üçün müəyyənedici məqama çevrilib. Bu əsasda o, qitə ölkələrini asılılıqdan azad olmağa səsləyib.
İspaniya rəsmisi onu da bildirib ki, Aİ ordusunun yaradılması NATO-nun nüfuzunun sarsıdılması anlamına gəlməməlidir.
Onu da qeyd edək ki, Aİ ölkələri 2030-cu ilə qədər müdafiə sahəsinə ümumilikdə 943 milyard dollar vəsait ayırmağı planlaşdırıb.
Avropa ordusunun yaradılması ideyası nə dərəcədə realdır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət  Verdiyev bildirib ki, Avropa ordusunun yaradılması ideyası olduqca çətin bir məsələdir:
“Aİ-yə üzv ölkələrin NATO-ya alternativ ordu yaratmaq ideyası yeni deyil. Bu istiqamətdə uzun illərdir anoloji bəyanatlar səslənir. İndiki vəziyyətdə bunu həyata keçirmək o qədər də asan olmayacaq. Çünki NATO-dan çıxmadan yeni bir alternativ yaratmaq Avropa ölkələrinin müdafiə xərclərinin bir neçə dəfə artması demək olacaq. Yeni hərbi qurumun silahlı qüvvələri, texniki vasitələri, avadanlığı, infrastruktur layihələri böyük xərclər tələb edəcək. Eyni zamanda, eyni hərbi hissənin həm NATO, həm də Avropa ordusuna üzv olması mümkün görünmür”. 
Həmsöhbətimizin sözlərinə görə, onlar bunu gerçəkləşdirmək üçün əvvəlcə ortaya plan qoymalıdır:
“Həmin plan üzv olmaq istəyən ölkələr tərəfindən qəbul edilməlİ, təsdiqlənməlidir. Sonda da büdcə ayrılmalıdır. Bütün bunlar kifayət qədər uzun müddət tələb edir. Ancaq ABŞ-ın NATO-dan çıxması Avropa üçün fərqli model təqdim edə bilər. Yəni ABŞ-sız NATO modeli. Bu model daha asan başa gələ bilər. Proses hələlik həm də müzakirələr müstəvisindədir. Real addımları isə hələlik görmürük”.
Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 May 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri