“Sabah”ın müdafiəçisi Cənubi Afrika millisində ciddi rəqabətlə üzləşib
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Sabah” futbol komandasının müdafiəçisi Aden Makkartinin Cənubi Afrika Respublikasının milli komandasına qayıtmaq şansları ölkəsinin mətbuatında müzakirə olunur.
İdman.Biz xəbər verir ki, Cənubi Afrikanın IOL nəşri milli komandanın baş məşqçisi Pitso Mosimanenin mərkəz müdafiəçisi mövqeyində getdikcə artan rəqabətlə üzləşdiyini yazıb.
Məqalədə “Kayzer Çifs”in 24 yaşlı müdafiəçisi Raşvin Dortlinin 18 aylıq zədə fasiləsindən sonra meydana qayıtmasının millidə rəqabəti daha da artırdığı vurğulanıb. Geri dönüşü 2027-ci ilin yanvarına planlaşdırılan futbolçu gözləniləndən tez sağalaraq dörd qarşılaşmada meydana çıxıb və təxminən 400 dəqiqə oynayıb.
Nəşr milli komandaya namizədlər arasında Aden Makkartinin də xüsusi yer tutduğunu qeyd edib. “Kayzer Çifs”in heyətində uğurlu mövsüm keçirərək 33 qarşılaşmada iştirak edən müdafiəçi daha sonra Azərbaycana üz tutub və “Sabah”a transfer olunub.
Makkarti avrokuboklardakı çıxışı ilə diqqət çəkib. Xüsusilə UEFA Çempionlar Liqasında Almaniyanın Dortmund “Borussiya”sına qarşı qol vurması onun beynəlxalq səviyyədə özünü göstərməsi baxımından əhəmiyyətli hesab olunur.
“Sabah”ın müdafiəçisi noyabrda Keniya ilə keçirilən seçmə mərhələ oyunları üçün Cənubi Afrika millisinin genişləndirilmiş heyətinə dəvət alsa da, 27 futbolçudan ibarət yekun siyahıya düşməyib. Mosimane Makkartinin yaxşı formada olduğunu etiraf edərək bu qərarını zədədən sonra sıraya qayıdan Mbekezeli Mbokaziyə fürsət vermək istəyi ilə əlaqələndirib.
Hazırda ABŞ-nin “Çikaqo Fayr” komandasında çıxış edən Mbokazinin DÇ-2026-da qazandığı təcrübə onun milli komandadakı mövqeyini daha da möhkəmləndirib.
Şotlandiyanın “Reyncers” komandasında müntəzəm olaraq əsas heyətdə çıxış edən Olvetu Maxanya və Almaniyanın “Hannover 96” komandasının müdafiəçisi İme Okon da Mosimanenin seçimləri arasındadır.
Nəşrin fikrincə, yanvar ayı yaxınlaşdıqca Mosimane qarşısında duran əsas vəzifə yalnız iki etibarlı mərkəz müdafiəçisi müəyyənləşdirmək deyil, həm də Cənubi Afrika futbolunun yeni nəslini formalaşdıracaq oyunçuları seçməkdir.
Baxış sayı:76
Bu xəbər 30 Noyabr 2026 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















