Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Avropada böhran: çıxış yolu Bakı və Ankaradır

Avropada böhran: çıxış yolu Bakı və Ankaradır

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

"Avropa 2025-ci ilə çox ciddi enerji problemi ilə daxil olur. Rusiyanın “Qazprom” şirkəti yanvarın 1-dən etibarən Ukrayna marşrutu ilə qaz ixracını dayandırdı. Tərəflər arasında tranzit müqaviləsinin müddəti bitdiyindən və Kiyev müqaviləni uzatmaqdan imtina etdiyindən “Qoca qitə” ölkələri faktiki, qış mövsümünə qazsız girdilər. Uzun illər ərzində Rusiya ilə enerji sahəsində səmərəli əməkdaşlıq edən və bu ölkədən qaz asılılığını 40 faiz həddinə çatdıran avropalılar Rusiya-Ukrayna müharibəsinin fəsadları üzündən fərqli çıxış yolları axtarmaq məcburiyyətində qalıblar".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Əlibala Məhərrəmzadə deyib.

O hesab edir ki, hələlik iki mümkün ssenari ətrafında müzakirə gedir: "Ya Moskva ilə Ukrayna məsələsində anlaşaraq qaz ixracının davamına nail olmaq, ya da Amerika Birləşmiş Ştatlarının enerji rezervlərinə müraciət etmək. Hər iki variant Avropa İttifaqının bir geosiyasi mərkəz kimi iflası demək olacaq. Odur ki, Qərb strateqləri alternativ variantlar axtarışındadır. Lakin problemi dərinləşdirən həm də yeni və effektiv yollar tapmaq üçün vaxtın azlığıdır. Hazırda bütün Avropa xalqları qış mövsümünün ən sərt çağlarını yaşayır və qaz idxalının dayanması onların hökumətlərini fakt qarşısında qoyur. Almaniya, İtaliya və digər Mərkəzi Avropa ölkələri enerji təchizatı ilə bağlı yeni strategiyalar hazırlamağa başlayıblar. Çünki, ənənəvi marşrutların qapadılması dünya bazarlarında enerji qiymətlərinin daha da artmasına və uzunmüddətli qeyri-sabitliyə gətirib çıxaracaq. Avropaya qaz təchizatının azalması tək enerji deyil, sənaye və məişət sektoru üçün də ciddi fəsadlar vəd edir. İndiki vəziyyətdə mümkün çıxış yolları kimi isə bunlar nəzərdən keçirilir.

- Amerika variantı. Avropa ölkələri qaz təchizatı üçün ABŞ-dan LNG idxalı və ya digər enerji mənbələrini araşdırmaq məcburiyyətində qalacaqlar. Ukrayna tranzit yolunun bağlanması Rusiya ilə Avropa arasındakı münasibətləri daha da gərginləşdirəcəyindən amerikalılar etibarlı enerji təchizatçısı missiyasını əldə edəcəklərinə əsla şübhə etmirlər.

- Türkiyə variantı. Son illər ərzində Türkiyə enerji dəhlizi kimi strateji rolunu gücləndirməkdədir. TANAP və “Türk axını” layihələri qardaş ölkəni həm Cənubi, həm də Mərkəzi Avropa ölkələrinə qaz təchizatında əsas oyunçulardan biri statusuna daşıyır. Türk rəsmiləri də öz açıqlamalarında Avropa üçün etibarlı tranzit rolunu oynamağa hazır olduqlarını bildirirlər. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və yeni kəmər layihələri ilə Türkiyə Avropa üçün əhəmiyyətli enerji mərkəzinə çevrilə bilər.

Hazırda Rusiya tərəfi Qərb dövlətlərinə təbii qaz tədarükünü qismən Türkiyə və Bolqarıstan vasitəsilə, “Balkan Axını” və Trans-Balkan Boru Kəmərindən istifadə edərək yönləndirə bilər. “Balkan Axını” sayəsində Macarıstan, Slovakiya və Avstriya, Trans-Balkan Boru Kəməri hesabına isə Moldova və Rumıniya Rusiya qazını əldə edəcək. Ancaq Türkiyə vasitəsilə yönləndirilən ümumi qaz həcmi ildə 4-5 milyard kubmetr olacaq ki, bu da Ukrayna xətti ilə həyata keçirilən tranzitin təxminən üçdə birinə bərabərdir. Müqayisə üçün deyək ki, 2024-cü ildə Ukrayna marşrutu üzrə Avropaya təxminən 15 milyard kubmetr qaz tədarük edilmişdi.

- Nəhayət, Azərbaycan variantı. Enerji xəritəsində baş verən dəyişikliklər Azərbaycan üçün də böyük perspektivlər açır. Ölkəmizin coğrafi mövqeyi və Xəzər regionundan Avropaya qaz tranziti bir enerji mənbəyindən asılılığı aradan qaldırmağa çalışan “Qoca qitə” üçün həyati önəm daşıyır. Prezident İlham Əliyevin uğurlu enerji siyasəti Azərbaycanı Qərbin ən etibarlı enerji mənbələrindən birinə çevirib və Avropa Komissiyası dövlət başçımızdan Avropa bazarına çıxarılan qazın həcmini artırmağı xahiş edir.  

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın strateji-enerji çəkisinin artdığını şərtləndirən bəzi nüanslara diqqət yetirək. Hər şeydən öncə, Qərb bazarı hazırda ölkəmiz üçün uzunmüddətli qaz ixracı siyasətinin əsasını təşkil edir. 2024-cü ildə   
Azərbaycana məxsus “mavi yanacaq” Sloveniya və Xorvatiyaya ixrac olunmağa başladı. Şimali Makedoniya ilə müvafiq anlaşma memorandumu imzalandı, dekabrın əvvəllərində isə “Həmrəylik Halqası” təşəbbüsü çərçivəsində Slovakiyanın enerji şirkəti təbii qazın pilot tədarükünə start verdi. Beləliklə, Azərbaycan diversifikasiya marşrutları sayəsində hazırda 10 ölkəyə qaz ixrac edir. Ötən il həmin ixracın 50 faizi Avropa bazarlarının payına düşdü. 

-2021-ci ildə Azərbaycanın Avropaya enerji tədarükü 8 milyard kubmetr idisə;
-2024-cü ildə bu rəqəm təxminən 13 milyard kubmetrə bərabər oldu;
-2021-ci ildə ümumi qaz ixracı 18 milyard kubmetr təşkil etdiyi halda;
-2024-cü ildə həmin rəqəm 25 milyard kubmetri ötdü.

Göründüyü kimi, artıq 3 ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsi Azərbaycanı Qərb üçün etibarlı enerji tərəfdaşına çevirib və qəti şəkildə demək olar ki, ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. 

Bu müstəsnalığın praktik uğurlarına gəldikdə isə, ilk növbədə, Azərbaycan qaz ixracı hesabına beynəlxalq ticarət əlaqələrindəki çəkisini artırır, enerji bazarındakı mövqeyini möhkəmləndirir və respublikamıza maliyyə axını həcminin yüksəlməsinə nail olur. Eyni zamanda, qaz resurslarının yeni dövlətlərə tədarükü tək Azərbaycanda deyil, ixrac olunan ölkələrdə də enerji infrastrukturunun təkmilləşdirilməsi tələbatını doğurur ki, onların bir çoxunda – məsələn, Albaniyanın enerji sisteminin qurulmasında Azərbaycan yaxından iştirak edir.

Prezident İlham Əliyevin qətiyyətli strategiyası enerji platformasında Azərbaycanın maraqlarının ən yüksək səviyyədə təmininə imkan verir. Ölkəmiz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir və qarşı tərəfdən də analoji addımları gözləyir. Məsələn, rəsmi Bakı Avropaya təbii qazın ixracını artırmaqdan ötrü enerji kəmərlərinə əlavə investisiyalar yatırır. Son rəqəmlərə görə, 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 2024-cü ilin sentyabrına qədər “Qoca qitə”yə daşınan qazın həcmi 40 milyard kubmetri ötür. 2026-cı ilin əvvəllərinə kimi TAP-ın nəqletmə gücü ildə 1,2 milyard kubmetrə çatdırılacaq. 

Azərbaycanın energetik gücü yalnız resurslarla məhdudlaşmır, bu gün ölkəmizin çəkisi tranzit vasitəçisi kimi də artmaqdadır. Məsələn, Ukrayna marşrutu bağlandıqdan sonra Slovakiya belə bir planı müzakirə edir: Azərbaycanın SOCAR şirkəri qazı “Qazprom”dan alır və daha sonra onu Cənub Qaz Dəhlizi vasitəsilə Slovakiya, Macarıstan və digər avropalı alıcılara çatdırır. Doğrudur, bu planın reallaşması çətin görünür, çünki məsələ yalnız Avropa İttifaqı və Rusiya arasında tam anlaşma əldə ediləcəyi təqdirdə pozitiv həllini tapa bilər. Lakin hər bir halda, böyük enerji layihələrində Azərbaycanın adının əsas aktorlar sırasında çəkilməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemindəki əvəzedilməz roluna bir daha aydınlıq gətirir. 

Rusiyalı ekspertlər əminliklə bildirirlər ki, Ukrayna vasitəsilə Avropaya qaz ixracının dayandırılması ABŞ-nin xüsusi planıdır və Rusiya qazından asılı olan ölkələri tədricən amerikan hegemonluğunun çətiri altına salmaq məqsədi daşıyır. Onlardan biri – Avropanın iqtisadi nəhəngi sayılan Almaniya artıq bunu öz üzərində hiss edir. Belə ki, “Şimal axını” və “Şimal axını-2” layihələrinin yarımçıq qalması səbəbindən Berlin Amerika qazını almağa məhkum edilib ki, həm qiymətlərin yüksək olması, həm də enerji resurslarının daşınmasındakı çətinliklər alman iqtisadiyyatına sağalmaz zərbələr vuracaq. Bu kimi ağır şərtlər şübhəsiz, Avropa dövlətlərini daha optimal enerji partnyorları axtarmaq məcburiyyətində qoyur ki, hazırda bu partnyorlar sırasında ən uduşlu yerdə məhz Azərbaycan və Türkiyə durur".

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Yanvar 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri