Icma.az
close
up
RU
Avropada Çin yarımkeçirici istehsalçısına qarşı xüsusi tədbirlər görülüb

Avropada Çin yarımkeçirici istehsalçısına qarşı xüsusi tədbirlər görülüb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Niderland hökuməti beynəlxalq ticarət gərginliyinin artması fonunda mikroçip ehtiyatını təmin etmək məqsədilə Çinin yarımkeçirici istehsalçısı “Nexperia” şirkətinə qarşı xüsusi tədbirlər tətbiq edib.

AZƏRTAC xəbər verir ki, CNBC telekanalı bu barədə Niderlandın hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Məlumata görə, bu qərar şirkətin istehsal etdiyi məhsulların fövqəladə vəziyyətdə əlçatan olmasının təmin edilməsinə yönəldilib. Həmçinin Niderland hökuməti “Nexperia” şirkətində “idarəetmə ilə bağlı ciddi çatışmazlıqlara dair kəskin siqnallar” aldığı üçün bu addımı atdığını vurğulayıb. Bu çatışmazlıqların Niderland və Avropa ərazisində vacib texnoloji biliklərin və imkanların davamlılığına təhlükə yaratdığı bildirilib.

Qeyd edək ki, “Nexperia” şirkətinin məhsulları avtomobil sənayesi, məişət texnikası və digər sahələrdə istifadə olunur və bu, onun texnoloji təchizat zəncirlərinin qorunması baxımından vacib əhəmiyyət daşıdığını göstərir. Telekanal Niderland hökumətinin bu addımı Pekinin nadir torpaq elementlərinin və maqnitlərin ixracına tətbiq etdiyi məhdudiyyətlərin sərtləşməsinə cavab olaraq atdığını vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə bu arada Çindən idxal olunan məhsullara tariflərin kəskin artırılması barədə yenidən danışmağa başlayıb. Çin nadir torpaq elementlərinin əsas istehsalçısıdır və bu, Qərbin mikroçip istehsalına da təsir göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri