Icma.az
close
up
RU
Avropada ƏDV fırıldaqçılığı: 520 milyon avroluq aktivlərə həbs qoyulub AZƏRTAC

Avropada ƏDV fırıldaqçılığı: 520 milyon avroluq aktivlərə həbs qoyulub AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Roma, 15 noyabr, AZƏRTAC

Avropa İttifaqına üzv bəzi ölkələrdə vergi fırıldaqçılığı və çirkli pulların yuyulmasına qarşı birgə əməliyyat həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Prokurorluğunun (EPPO) Milan və Palermo ofislərinin İtaliya maliyyə polisi ilə birgə apardığı “Moby Dick” adlı istintaq çərçivəsində İtaliya və İspaniya, Lüksemburq, Çexiya, Slovakiya, Xorvatiya, Bolqarıstan və Kipr kimi ölkələrdə 160 təhqiqat aparılıb. Ümumilikdə 200 fiziki şəxs və 400-dən çox şirkət araşdırılıb.

Məlum olub ki, 2020-2023-cü illər ərzində 1,3 milyard avroluq saxta hesab-faktura hazırlanıb. Ümumilikdə 520 milyon avro dəyərində aktivlərə həbs qoyulub. Təkcə İtaliyada 129 bank hesabı dondurulub, 192 daşınmaz əmlak, 44 lüks avtomobil və yaxta müsadirə edilib.

Saxlanılan 47 nəfərdən 34-ü həbs olunub, 9-u ev dustaqlığına buraxılıb, 4-ü barəsində digər tədbirlər görülüb. Həbs olunanlar arasında 4 Çexiya vətəndaşı, eləcə də Niderland, İspaniya və Bolqarıstan vətəndaşı var.

İtaliyanın Baş naziri Ciorcia Meloni bir sıra Avropa İttifaqı dövlətlərində yayılmış böyük ƏDV fırıldaqçılığına qarşı həyata keçirilən əməliyyata görə İtaliya maliyyə polisinə təşəkkürünü bildirib. Hökumət başçısı bildirib ki, bu uğur İtaliya maliyyə polisinin fədakarlığını və hökumətin əsas prioritetlərindən olan vergidən yayınma ilə mübarizədə qəti öhdəliyini təsdiqləyir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 05:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see122

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri