Icma.az
close
up
RU
Avropada elektromobil satışları bu səbəbdən artdı

Avropada elektromobil satışları bu səbəbdən artdı

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqı (Aİ) ölkələrində cari ilin ilk yarısında elektromobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) statistikasında qeyd olunub.
Belə ki, Yaxın Şərqdə ABŞ/İsrail–İran müharibəsindən sonra Hörmüz boğazının bağlanması nəticəsində qlobal enerji təchizatında yaranan problemlər davam edir.
Bu dövrdə 1 milyon 220 min 890 elektromobil satılıb. Elektromobillər ümumi avtomobil satışlarının 20,7 faizini təşkil edib.
İyun ayında isə elektromobil satışları ötən ilin eyni ayı ilə müqayisədə 60,7 faiz artaraq 270 min 557-yə çatıb.
Tam elektrikli, hibrid və "plug-in hibrid" modellərin ümumi avtomobil satışlarındakı payı isə 68,9 faizə yüksəlib.
Yanvar–iyun aylarında benzin mühərrikli avtomobillərin satışı illik müqayisədə 17,2 faiz azalıb.
Benzinlə işləyən avtomobillərin satışı bütün əsas bazarlarda geriləyib. Ən böyük azalma Danimarkada qeydə alınıb – 61,7 faiz. Onu 48,6 faizlə Niderland, 38 faizlə Finlandiya və 34,2 faizlə Fransa izləyib.
Ümumi satışlar 5,9 milyona çatıb
Aİ ölkələrində yeni avtomobil satışları iyun ayında 2025-ci ilin eyni ayı ilə müqayisədə 13,6 faiz artaraq 1 milyon 147 min 962 ədəd olub.
Satılan yeni avtomobillərin 35,2 faizi hibrid, 23,6 faizi elektrikli, 21,3 faizi benzinli, 10,1 faizi plug-in hibrid, 6,7 faizi dizel, 3,1 faizi isə digər yanacaq növləri ilə işləyən avtomobillər olub.
Cari ilin yanvar–iyun aylarında isə ümumi satışlar ötən ilin analoji dövrü ilə müqayisədə 5,7 faiz artaraq 5 milyon 896 min 683 ədədə çatıb.
Bu dövrdə Aİ ölkələrində satılan yeni avtomobillərin 37,3 faizi hibrid, 22,2 faizi benzinli, 20,7 faizi elektrikli, 9,8 faizi plug-in hibrid, 7,5 faizi dizel, 2,6 faizi isə digər yanacaq növləri ilə işləyən avtomobillər olub.
Aİ-də ən çox satılan marka "Volkswagen" olub
Markalar üzrə satışlara nəzər saldıqda, Aİ-də ən çox satılan marka 10,4 faizlik bazar payı və 614 min 801 avtomobillə Volkswagen olub.
Onu 396 min 495 satış və 6,7 faizlik bazar payı ilə Skoda, 381 min 849 satış və 6,5 faizlik bazar payı ilə Toyota izləyib.
 

"Renault" 351 min 610 satışla dördüncü, "BMW" 338 min 559 satışla beşinci, "Peugeot" isə 299 min 399 satışla altıncı yerdə qərarlaşıb. Sonrakı yerlərdə "Mercedes" (286 min 445), "Audi" (284 min 194), "Dacia" (262 min 511) və "Kia" (218 min 279) qərarlaşıb.


Ötən ilin yanvar–iyun aylarında Aİ ölkələrində 70 min 849 ədəd olan "Tesla" satışları isə bu ilin eyni dövründə 75,4 faiz artaraq 124 min 242-yə yüksəlib. Şirkətin Aİ bazarındakı payı da bu dövrdə 1,3 faizdən 2,1 faizə çatıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 İyul 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri