Icma.az
close
up
RU
Dövlət müstəqilliyimizin hüquqi təminatı ŞƏRH

Dövlət müstəqilliyimizin hüquqi təminatı ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlətin varlığını, hüquqi əsaslarını, vətəndaşla dövlət arasındakı münasibətləri və cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edən əsas sənəd – Konstitusiyadır. Azərbaycan Respublikasının Konstitusiyası da müstəqil dövlətçiliyimizin hüquqi təməlini, xalqımızın iradəsini və milli dövlətçilik dəyərlərini özündə əks etdirən fundamental sənəddir.

Hər il 12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Bu tarix 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə bağlıdır. Konstitusiya layihəsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, ümumxalq müzakirəsinə çıxarılmış və xalqın iradəsi ilə qəbul edilmişdir. Əsas Qanun 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Bu baxımdan 12 Noyabr sadəcə hüquqi hadisənin ildönümü deyil. Bu tarix müstəqil Azərbaycanın dövlətçilik yolunda mühüm dönüş nöqtəsini, hüquqi dövlət quruculuğunun əsaslarının formalaşdırılmasını və insan hüquq və azadlıqlarının konstitusion təminat altına alınmasını ifadə edir.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri müstəqil dövlətin hüquqi əsaslarını formalaşdırmaq idi. Bu zərurətdən irəli gələrək yeni Konstitusiyanın hazırlanması istiqamətində mühüm işlər həyata keçirildi. 1995-ci ildə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın ilk Əsas Qanunu oldu. Sənəd dövlət quruluşunun əsaslarını müəyyənləşdirdi, hakimiyyətin təşkili və fəaliyyətinin hüquqi çərçivəsini yaratdı, vətəndaşların əsas hüquq və azadlıqlarını təsbit etdi. Konstitusiyanın preambulasında Azərbaycan xalqının öz müqəddəratını sərbəst müəyyən etmək, milli və mənəvi dəyərlərini qorumaq, hüquqi, dünyəvi və demokratik dövlət qurmaq iradəsi ifadə olunur. Əsas Qanun Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi təsbit edir. Bu prinsiplər müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarını təşkil edir.

12 Noyabr – Konstitusiya Günü mövzusunu xüsusi əhəmiyyətli edən mühüm məqamlardan biri də 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli” elan edildi. Sərəncamda 2025-ci ildə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinin tamam olması və ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi xüsusi vurğulanır. Bu qərarın 12 Noyabr – Konstitusiya Günü ilə əlaqəsi xüsusilə diqqətəlayiqdir. Çünki 2025-ci il həm müstəqil Azərbaycanın Əsas Qanununun qəbul edilməsinin 30-cu ildönümü, həm də Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsindən sonra yeni tarixi mərhələnin başlanğıcı kimi yadda qaldı.

Azərbaycanın son onilliklərdə keçdiyi yol bir daha göstərir ki, dövlətçilik ardıcıl və uzunmüddətli prosesdir. 1995-ci ildə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını qoydu. Sonrakı illərdə dövlət institutları inkişaf etdi, ölkənin iqtisadi və siyasi imkanları genişləndi. 2020-ci il Zəfəri Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi, 2023-cü ildə isə dövlət suverenliyinin tam bərpası Azərbaycanın müasir tarixində yeni mərhələ yaratdı. Bu baxımdan 12 Noyabr – Konstitusiya Günü həm keçmişə nəzər salmaq, həm də gələcəyə baxmaq üçün əlamətdar gündür.

12 Noyabr – Konstitusiya Günü münasibətilə Azərbaycan Respublikasının Konstitusiyasının aliliyinə, dövlətimizin müstəqilliyinə və suverenliyinə daim ehtiram göstərmək hər birimizin vətəndaşlıq borcudur. Qoy Azərbaycan Konstitusiyası dövlətçiliyimizin möhkəm hüquqi dayağı kimi gələcək nəsillərə də yol göstərsin!

Araz Xudadanov

YAP Sabunçu rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri