Avropada hərbçilərin Ukraynaya göndərilməsi gizli şəkildə müzakirə olunur
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir neçə Avropa ölkəsi münaqişə başa çatdıqdan sonra öz hərbçilərini Ukrayna ərazisinə göndərmək imkanını gizli şəkildə müzakirə edir.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” Estoniyanın müdafiə naziri Hanno Pevkura istinadən məlumat yayıb.
O, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirələrin çox erkən mərhələdə olduğunu bildirib. Nazirin sözlərinə görə, münaqişə başa çatdıqdan sonra “Avropa üçün orada olmaq da problem olmayacaq”.
Xatırladaq ki, bir sıra KİV-lərin qiymətləndirməsinə görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok 2024-cü il dekabrın 3-də Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə döyüş əməliyyatları dayandırıldığı təqdirdə Ukraynaya almaniyalı sülhməramlıların göndərilməsi ehtimalını istisna etməyib. Onun sözlərinə görə, alyansa üzvlük şəklində təhlükəsizlik zəmanətləri ilə yanaşı, atəşkəsə riayət olunmasını təmin etmək üçün beynəlxalq iştirakı nəzərdən keçirmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 15 Fevral 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















