Icma.az
close
up
RU
Avropada həbs dalğası: Məhkəmənin hədəfində olan SİYASƏTÇİLƏR

Avropada həbs dalğası: Məhkəmənin hədəfində olan SİYASƏTÇİLƏR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Martın 31-də Paris məhkəməsi Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Peni dörd il həbs cəzasına məhkum edob. Son seçkilərdə Fransa Prezidenti Emmanuel Makronun əsas rəqibi olan Le Pen iki il şərti həbsdə olacaq və elektron qolbağ taxacaq.

O, beş il müddətinə seçkili vəzifələrə namizəd ola bilməyəcək. Bununla da xanım liderin növbəti prezident seçkilərində namizəd olmaq imkanlarının qarşısı alınıb.

Modern.az bildirir ki, bu qərar Avropada siyasətçilərinə qarşı nə ilk, nə də son məhməkə işidir.

Silvio Berluskoni: cinayət ittihamları və siyasətə dönüş

2012-ci ilin oktyabrında Milan məhkəməsi İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini dörd il həbs cəzasına məhkum edib. O, televiziya filmlərinin hüquqlarının alqı-satqısında maliyyə maxinasiyaları və vergidən yayınmaq üçün "kölgə fondları" yaratmaqda ittiham olunurdu. 2013-cü ildə Berluskoniyə yetkinlik yaşına çatmayan fahişələrlə əlaqədə olmaq ittihamı ilə daha yeddi il həbs və dövlət vəzifələrindən ömürlük məhrumetmə cəzası verildi. Lakin bir il sonra bu hökm ləğv edildi və onun cəzası ictimai işlərlə əvəz olundu – o, Milanda Alzheimer xəstələri ilə işləməyə başladı. 2018-ci ildə isə Berluskoninin siyasi fəaliyyətinə qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırıldı. Sabiq İtaliya lideri 2023-cü ildə dünyasını dəyişib.

Puçdemon: separatizmdən sürgünə

2017-ci ilin oktyabrında Kataloniya lideri Karles Puçdemonun təşəbbüsü ilə regionun İspaniyadan müstəqilliyi elan edilib. Noyabr ayında İspaniya Baş Prokurorluğu onu referendumu təşkil etməkdə və üsyana təhrikdə ittiham edib. Puçdemon Belçikaya qaçdı. 2019-cu ilin oktyabrında Madrid məhkəməsi referendumun təşkilatçılarını 9-13 il arası həbs cəzasına məhkum etdi. Puçdemon Belçikada prokurorluğa təslim oldu, lakin 2020-ci ildə Avropa Parlamentinə seçilməsi ona toxunulmazlıq qazandırdı. 2021-ci ilin sentyabrında o, İtaliyada həbs olunsa da, bir gün sonra məhkəmə qərarı ilə azadlığa buraxıldı. 2024-cü ilin avqustunda Puçdemon Barselonada tərəfdarları qarşısında çıxış etdikdən sonra yenidən Belçikaya qaçdı və hələ də orada yaşayır.

Sarkozi: siyasi oyunların qurbanı?

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi də məhkəmə çəkişmələrindən kənarda qalmayıb. 2021-ci ilin martında Paris məhkəməsi ona bir il həbs və iki il şərti cəza verib. Sarkozi qanunsuz olaraq məxfi telefon dinləmə məlumatlarını əldə etməyə çalışmaqda təqsirli bilinirdi. 2021-ci ilin sentyabrında o, prezidentlik kampaniyasında qanunsuz maliyyə axını (Bygmalion işi) ilə bağlı daha bir il həbs cəzası aldı. 2024-cü ildə apellyasiya məhkəməsi bu cəzanı altı aya qədər azaltdı. 2025-ci ilin yanvarında isə Sarkozi ilə Liviya lideri Müəmmar Qəddafi arasında 2005-ci ildə imzalanmış korrupsiya razılaşması ilə bağlı yeni məhkəmə prosesi başladı. O dövrdə iddia olunur ki, Qəddafi Sarkozinin seçki qərargahına 50 milyon avro vəsait ötürmüşdü.

Milorad Dodik: Konstitusiya ilə mübarizə

Serb Respublikasının prezidenti Milorad Dodik 2023-cü ilin iyulunda yeni bir qanun qəbul etdi – bu qanuna əsasən, Bosniya və Herseqovinada Dayton Sülh Müqaviləsinə nəzarət edən ali nümayəndə Kristian Şmidtin qərarları rəsmi sənədlərdə dərc edilməyəcəkdi. Şmidt dərhal Dodikin qərarını ləğv etdi və konstitusiya pozuntusu ilə bağlı cəza tədbirləri tətbiq etdi. Dodik isə Şmidtin ləğv etdiyi qanunu yenidən qüvvəyə mindirdi. 2025-ci ilin fevralında Bosniya Konstitusiya Məhkəməsi onu dövlət çevrilişinə cəhddə təqsirli bilərək beş il həbs və on il müddətinə siyasi fəaliyyət qadağası ilə cəzalandırdı. Mart ayında isə "Interpol" onu beynəlxalq axtarışa verdi.

Göründüyü kimi, Avropada siyasətçilər hüquqi sistemin hədəfindədir. Bəzi hallarda məhkəmə qərarları illər sonra ləğv olunur, siyasətçilər yenidən güc mərkəzlərinə qayıdır. Bu, Avropada hüquq sisteminin obyektivliyinə dair ciddi suallar yaradır.

Modern Təhlil və Araşdırma Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Aprel 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see332

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see279

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see270

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see263

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see224

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see222

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see218

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see215

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see201

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see201

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see191

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see188

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see186

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see186

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see184

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see184

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see181

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see173

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see172

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri