Icma.az
close
up
RU
Avropada hər 4 reysdən biri elektrik təyyarəsi ilə həyata keçirilə bilər

Avropada hər 4 reysdən biri elektrik təyyarəsi ilə həyata keçirilə bilər

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paris, 12 avqust, AZƏRTAC

Avropada qısaməsafəli uçuşların dörddəbirinin gələcəkdə elektrik təyyarələri ilə həyata keçirilməsi mümkün görünür. Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (AESA) təhlilinə görə, Avropadakı uçuşların 25 faizi 500 kilometrdən az məsafəni əhatə edir. Hazırlanan elektrik təyyarələrinin məhz bu marşrutlarda istifadəsi nəzərdə tutulur. Hibrid modellərin isə 1000 kilometrədək məsafə qət edə biləcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, yeni texnologiya regional aviasiya üçün də imkanlar aça bilər. Fransada Nitsa–Bastiya, Marsel–Bastiya, Marsel–Figari və Monpelye–Ayaksio, eləcə də Bordo–Lion və Nitsa–Klermon-Ferran marşrutları potensial istiqamətlər sırasında göstərilir. Avropada London–Dublin kimi intensiv istifadə olunan reyslərin də elektrik təyyarələrinə uyğunlaşdırılması nəzərdən keçirilir.

Elektrik mühərrikləri və batareyalar sahəsindəki inkişaflar daha böyük və məhsuldar təyyarələrin hazırlanmasına imkan verir. Almaniyanın “Vaeridion”, Niderlandın “Elysian Aircraft” və Fransanın “Aura Aero” şirkətləri artıq bu istiqamətdə layihələr həyata keçirirlər. İlk kommersiya uçuşlarının 2030-cu ildən başlanması gözlənilir.

Elektrik aviasiyasının əsas üstünlüklərindən biri kerosindən asılılığın və yanacaq qiymətlərinin dəyişməsinin təsirinin azaldılmasıdır. Bununla belə, yeni təyyarələrin sertifikatlaşdırılması, sərnişin tutumunun məhdudluğu və uçuş məsafəsinin hələlik az olması texnologiyanın qarşısında ciddi maneələr yaradır.

Bəzi proqnozlara görə, elektrik təyyarələri istismar baxımından gələcəkdə qatarla rəqabət apara bilər. “Transport & Environment”in hesablamalarına əsasən, London–Dublin reysinin qiyməti 200 avrodan bir qədər yüksək ola bilər.

Texnoloji inkişaf və sertifikatlaşdırma prosesləri uğurla davam edərsə, elektrik təyyarələrinin 2030-cu ildən etibarən Avropanın qısaməsafəli hava nəqliyyatında tədricən geniş yer tutacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri