Icma.az
close
up
RU
Avropada irqçilik: Son illərdə hücumlar və ayrı seçkilik artır

Avropada irqçilik: Son illərdə hücumlar və ayrı seçkilik artır

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Dünyada miqrant və müsəlman əleyhinə siyasətlərin və irqçi münasibətlərin artması fonunda Avropada da son dövrlərdə irqçi hücumlar və ayrı-seçkilik halları geniş yayılıb.

Qaynarinfo xəbər verir ki, 21 mart - Beynəlxalq İrqi Ayrı-seçkiliklə Mübarizə Günü münasibətilə son illərdə Avropada baş verən irqçi hücumlar və diskriminasiya halları araşdırılıb.

Fransa və Böyük Britaniyada irqçi hücumların sayı artarkən, Niderland və Bosniya və Herseqovinada siyasətçilərin separatçı çıxışları böhran yaradıb.

Fransada dini ayrı-seçkilik cinayətləri artır

Fransa Daxili İşlər Nazirliyinin statistika xidməti SSMSI-nin hesabatına görə, 2024-cü ildə ölkədə 16 min irqçi, miqrant əleyhinə və dinə qarşı cinayət qeydə alınıb. Bunlardan 9400-ü ağır və orta ağır kateqoriyalı cinayətlərə aid edilib. Bu rəqəmlər 2023-cü illə müqayisədə 11% artım göstərir.

Zərərçəkənlərin əksəriyyətinin 25-54 yaş arasında olan kişilər və əsasən Afrika mənşəli şəxslər olduğu bildirilib. Parisdə irqçi cinayətlərin ölkənin digər yerləri ilə müqayisədə 3-4 qat daha çox olduğu qeyd edilib.

Fransada müsəlmanlara qarşı hücumlar da artıb. Ötən il bir müsəlman əlil qadın alış-veriş mərkəzinin qarşısında döyülüb, məscidlərin divarlarına irqçi ifadələr yazılıb.


Britaniyada 1029 nəfər irqçi hücuma məruz qaldı

Böyük Britaniyada polis 2021-2022-ci illərdə son on ilin ən yüksək irqçi hücum şikayətini qeydə alıb. Bu müddətdə ümumilikdə 109 843 irqçi nifrət cinayəti ilə bağlı polisə müraciət edilib.

Mart 2023 - mart 2024 tarixlərində ölkədə baş verən nifrət cinayətlərinin 70%-ni irqçi hücumlar təşkil edib. Ümumilikdə 140 561 nifrət cinayəti qeydə alınıb ki, bunların 98 799-u irqçi hücumlar olub.

Böyük Britaniya Milli Statistika İdarəsinə görə, bu müddətdə irqçi hücuma məruz qalanların 6%-i yaralanıb, 15%-i isə fiziki hücuma məruz qalsa da, ciddi xəsarət almayıb. Hadisələrin 31%-də asiyalılar, 31%-də ağdərililər, 24%-də isə qaradərililər hədəf olub.

2023-cü ilin iyulunda başlayıb avqustun ilk həftəsində sona çatan ifrat sağçı zorakılıq dalğasında müxtəlif etnik mənşəli müsəlmanlar hücuma məruz qalıb.

Müsəlmanlara qarşı nifrət cinayətlərini izləyən Tell MAMA təşkilatına görə, ötən il ifrat sağçı qruplar müsəlman olduğuna inandıqları cənubi asiyalıları, ərəbləri, qaradərililəri, eləcə də hicab taxan qadınları, saqqallı kişiləri və yerli müsəlman geyimlərində olan insanları hədəfə alıblar.

Təxminən 1029 nəfər yalnız müsəlman olduqları görünüşünə görə hücuma məruz qalıb. Onlardan 53%-i hicab taxdığını, 30%-i saqqallı olduğunu, 3%-i isə niqab geyindiyini bildirib.

Müsəlman qadınlar daha çox cinsiyyətçi və irqçi hücumların hədəfi olub, müsəlman kişilər isə bundan əlavə təcavüzlə ittiham edilib. Bu ittihamların əsasən pakistanlılara yönəldiyi qeyd olunub.


Niderland: Avropada ayrı-seçkiliyin ən çox hiss olunduğu ölkə

Niderlandda ifrat sağçı PVV partiyasının lideri Hert Vildersin seçkilərdə ən yüksək səs toplamasından sonra qurulan dördtərəfli koalisiya hökumətində irqçilik ittihamları ölkədə son illərdə artan ayrı-seçkiliyi üzə çıxarıb.

Niderlandın Yardımlar və Gömrükdən Məsul Dövlət naziri Nora Aşahbar 7 noyabr 2024-cü ildə Ajax-Makkabi Təl-Əviv futbol matçından sonra hökumət iclaslarında istifadə olunan "irqçi ifadələr" səbəbilə istefa verib.

Niderland Statistika İdarəsinin (CBS) məlumatına görə, 2023-cü ildə ölkədə hər 10 nəfərdən biri ayrı-seçkiliyə məruz qaldığını bildirib. Bu, 2021-ci ilin göstəriciləri ilə bənzərlik təşkil edir. Ən çox şikayət olunan diskriminasiya səbəbləri isə irqi mənsubiyyət, dəri rəngi və milliyyət olub.

Avropa Komissiyasının məlumatına görə, etnik mənşəyə əsaslanan ayrı-seçkiliyin ən çox hiss edildiyi Avropa ölkəsi Niderlanddır. Burada əhalinin 82%-i irqçilikdən şikayətçidir.

Niderlandın son illərdə yaşadığı ən böyük ayrı-seçkilik qalmaqallarından biri isə "Uşaq baxımı yardımı skandalı" olub. CBS-in araşdırmalarına görə, Vergi Xidməti tərəfindən edilən səhvlər səbəbilə 2015-2022-ci illər arasında 2090 uşaq ailələrindən ayrılmaq məcburiyyətində qalıb.

Yanlış hesablamalar səbəbilə "sənəd saxtakarlığı" ilə günahlandırılan bir çox ailənin uşaq baxımı yardımları dayandırılıb və onlardan yüksək məbləğdə geri ödəniş tələb olunub. Bu, ailələrin ciddi maliyyə böhranı yaşamasına və uşaqlarının əlindən alınmasına səbəb olub.

Ayrı-seçkiliyin ortaya çıxmasından sonra 2021-ci ilin yanvar ayında hökumət istefa vermiş və zərərçəkmiş ailələrə təzminat ödənilməsi qərara alınmışdı.


Bosniya və Herseqovina: Serblər arasında separatçılıq artır

Bosniya və Herseqovina son zamanlar separatçı çıxışlarla gündəmdədir.

Ölkənin iki qurumundan biri olan Serb Respublikası rəhbəri Milorad Dodik ayrılma fikirlərini açıq şəkildə dilə gətirərək ölkəni dərin siyasi böhrana sürükləyib.

Dodik Bosniya və Herseqovinanın dövlət qurumlarını tanımadığını bəyan edərək, separatçı idarəçiliyi möhkəmləndirmək üçün yeni strukturlar yaratmağa başlayıb.

Bundan əlavə, 1992-1995-ci illərdəki müharibədən sonra Sırp entitetində müsəlmanlara qarşı təzyiqlər davam edir.

Bölgədə məscidlərə hücumlar edildiyi, müsəlmanlara qarşı nifrət dolu ifadələrin səsləndirildiyi bildirilir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Mart 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri