Avropada istixana qazı emissiyaları artır
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ ölkələri 2024-cü ilin son rübündə 897 milyon ton istixana qazı buraxıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) bu gün Avropadakı istixana qazı emissiyaları ilə bağlı bülleten yayımlayıb.
Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin dördüncü rübündə 897 milyon ton karbon dioksidə bərabər istixana qazı emissiyası həyata keçirib.
Buna əsasən, 2024-cü ilin son rübündə istixana qazı emissiyası illik müqayisədə 2,2% artıb.
Bu dövrdə Aİ-yə üzv 21 ölkədə istixana qazı emissiyası illik əsasda artım göstərib. Ən çox artım müşahidə olunan ölkələr Litva (10,8%), Sloveniya (9,4%) və Yunanıstan (8,1%) olub.
İllik müqayisədə istixana qazı emissiyasının ən çox azaldığı ölkələr isə Şimali Avropa ölkələri olub. Estoniyada emissiyalar 11,3%, Finlandiyada 6,1% və İsveçdə 2,3% azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 15 May 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















