BTS ilin ən yaxşı mahnıları siyahısına düşdü Qrupun yeddi aylıq uğuru davam edir
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreyanın məşhur "BTS" qrupu daha bir beynəlxalq uğura imza atıb. Kollektivin "Swim" mahnısı "Apple Music"in 2026-cı ilin ən yaxşı mahnıları siyahısına daxil edilib.
Kulis.az xəbər verir ki, qrup bu siyahıda təmsil olunan yeganə K-pop kollektividir.
"Swim" qrupun beşinci studiya albomu olan "Arirang"ın aparıcı mahnısıdır. "Apple Music" tərəfindən hazırlanan siyahıya müxtəlif janrları əhatə edən 100 musiqi əsəri daxil edilib. Seçimlər yalnız dinlənmə sayına deyil, redaktorların həmin mahnıların ilin musiqi mənzərəsinə təsirinə dair qiymətləndirməsinə əsaslanıb.
Platforma "BTS"in dönüşünü 2026-cı ilin K-pop dünyasında ən çox gözlənilən hadisələrindən biri kimi xarakterizə edib. Qeyd edək ki, kollektiv uzun fasilədən sonra musiqi fəaliyyətinə qayıdaraq yenidən beynəlxalq musiqi bazarında ön sıralara yüksəlib.
"Arirang" albomu "Billboard 200" siyahısında 33-cü həftədir yer alır və noyabrın 14-nə aid reytinqdə 62-ci pillədədir. Albom ilk dəfə apreldə siyahının zirvəsinə yüksəlmiş və üç həftə ardıcıl liderliyini qorumuşdu. "Swim" isə "Billboard Global 200" siyahısında 28-ci yerə qədər qalxıb.
Qrupun dünya turnesi də davam edir. Noyabrın 19-da Tayvanın Kaohsiunq şəhərində Asiya mərhələsinə başlayacaq kollektiv daha sonra Banqkok, Kuala-Lumpur, Sinqapur və Cakartada konsert verəcək.
“Sən məni öldürdün, Aydın” - Vaqif İbrahimoğlu hansı yazının vəfatından sonra dərc olunmasını istəmişdi? “Alatoranlıq” filminin serialı çəkiləcək Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 12 Noyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















