Dövlət sektorunda 29 min azalma, özəl sektorda 11,8 min artım...
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Bu ilin oktyabr ayının 1-ə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 790,8 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 836,8 min nəfəri dövlət sektorunda, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, bu ilin əvvəlində muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bu ilin ilk 9 ayında muzdla çalışan işçilərin sayı 17,2 min nəfər azalıb. Bu ilin ilk 9 ayında dövlət sektorunda işləyənlərin sayı 29 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 11,8 min nəfər artıb.
Qeyd edək ki, son 10 ildə (2016-2026-ci illər) Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı belə olub:
1 yanvar 2016 – 1 495,8 min nəfər;
1 yanvar 2017 – 1 514,0 min nəfər;
1 yanvar 2018 – 1 521,3 min nəfər;
1 yanvar 2019 – 1 548,9 min nəfər;
1 yanvar 2020 – 1 641,0 min nəfər;
1 yanvar 2021 – 1 691,8 min nəfər;
1 yanvar 2022 – 1 705,1 min nəfər;
1 yanvar 2023 – 1 733,9 min nəfər;
1 yanvar 2024 – 1 741,8 min nəfər;
1 yanvar 2025 – 1 778,5 min nəfər;
1 yanvar 2026 – 1 808 min nəfər;
1 aprel 2026 – 1 797,6 min nəfər;
1 may 2026 – 1 792,3 min nəfər;
1 iyul 2026 – 1 787,4 min nəfər;
1 avqust 2026 – 1 781,1 min nəfər;
1 sentyabr 2026 – 1 776,8 min nəfər;
1 oktyabr 2026 – 1 790,8 min nəfər.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Dövlət sektorunda 29 min azalma, özəldə artım Azərbaycanda iş yerləri necə dəyişir?
12 Noyabr 2026 16:02
İşçilərin sayı dövlət sektorunda azalıb, özəl sektorda artıb
14 May 2025 14:11
“İstər özəl sektorda, istər dövlət sektorunda xərçəng bir biznesə çevrilib”
26 Avqust 2025 13:56
Azərbaycanda təqribən 500 min qadın dövlət, 350 min qadın isə özəl sektorda çalışır
27 Fevral 2025 12:05
Dövlət sektorunda muzdla işləyənlərin sayı azalıb, özəl sektorda isə bu say artıb
12 Dekabr 2024 13:21
Baxış sayı:123
Bu xəbər 12 Noyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















