Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üzüzə qalıb?

Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üzüzə qalıb?

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-da yenidən prezident seçilmiş Donald Tramp: "Mən müharibə etməyə gəlməmişəm, müharibələri dayandırmağa gəlmişəm" deyir. Ancaq o, öz səlahiyyətlərinin icrasına hələ gələn il yanvarın 20-də başlayacaq. İki aya yaxın vaxt var. Bu vaxtdan isə hərə öz məqsədləri üçün istifadə edir.

Hələ ki Tramp, sadəcə, yeni seçilmiş prezidentdir. Cozef Bayden isə tam səlahiyyətli prezident olaraq iki aya yaxın ölkəni idarə edəcək. Deməli, dünyadakı müharibələr hələ ən yaxşı halda iki-üç ay davam edəcək.

Co Bayden tələsir, Avropa liderləri tələsir. Təkcə Amerika deyil, Avropa İttifaqı da, Böyük Britaniya da, Çin də, hətta ABŞ-ın ən yaxın şimal və cənub qonşuları - Kanada və Meksika da Trampın yeni dövrünə hazırlaşır. Yeri gəlmişkən, artıq Trampın ətrafından gözlənildiyi kimi, Çin, eləcə də, Kanada və Meksika sürpriz xəbərdarlıqlar aldı: rüsumlar artırılacaq.

Rusiya hər nə qədər Donald Trampın seçilməsini gözləsə də, yenə də post Bayden dövrünə dair proqnozlarda ehtiyatlıdır. MDB üzvü olan dövlətlərin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərləri müşavirəsinin 20-ci iclasında çıxış edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Donald Trampın ABŞ xarici siyasətində köklü dəyişikliklər edəcəyinə inanmadığını bildirib. O deyib ki, Rusiya da Ukraynadakı hərbi əməliyyatları dayandırmaq fikrində deyil. Narışkinin sözlərinə görə, Ukraynada müharibəyə gətirib çıxarmış səbəblər aradan qalxmayınca, "xüsusi hərbi əməliyyat" davam edəcək.

Trampın səlahiyyət müddəti başlayana qədər Rusiya Ukraynada daha çox ərazi tutmağa çalışır. Rusiya gələcək danışıqlarda özü üçün daha sərfəli şərtlər yaratmağa cəhd edir. Son bir həftədə Rusiyanın Ukraynada tutduğu ərazilər bütün oktyabr ayında tutduğu qədərdir. Rusiya, Sergey Narışkinin sözlərinə görə, "dondurulmuş münaqişə" variantına razı olmayacaq. Hətta Qərb analitikləri hesab edir ki, Rusiyada Ukraynanın üç yerə bölünməsi haqda plan var. Həmin plana görə, Krım Respublikası, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri Rusiyanın ərazisi olacaq. Kiyev, Sumı, Odessa və Nikolayevdə Rusiyapərəst hakimiyyət formalaşacaq. Qalan ərazi barədə isə Rumıniya, Macarıstan və sair ölkələrlə danışıqlar aparılacaq. Bu, faktik olaraq Ukrayna dövlətçiliyinə son qoymaq planıdır.

Belə görünür ki, həm döyüş meydanında daha intensiv hücum əməliyyatları keçirərək yeni ərazilər zəbt etməklə, həm də gələcək danışıqlar masasına maksimalist, daha doğrusu, güzəştsiz plan təklif etməklə Rusiya öz əlini gücləndirir. Həm ABŞ-da, həm Avropa İttifaqında, o cümlədən, Aİ-nin aparıcı ölkəsi olan Almaniyada hakimiyyətlərin keçidi dövrünün yaşanması, eləcə də, Qərbin Ukraynadakı müharibədən mental yorğunluğu şəraitində Moskva maksimum planın həyata keçirilməsinə cəhd göstərə bilər.

Bu, Ukraynanın müstəqil dövlətçiliyinə son qoyulması ehtimalını yaradıb. Bundan, xüsusilə, Avropa İttifaqı çox narahatlıq keçirir. Doğrudur, Avropanın İtaliya kimi ölkəsi nisbi neytrallıq nümayiş etdirir; heç bir halda Ukraynaya qoşun göndərməyəcəyini deyir. Ukraynanın Macarıstan, Slovakiya kimi qonşuları da Rusiyaya qarşı loyal mövqe nümayiş etdirirlər. Rumıniyadakı prezident seçkilərinin birinci turunda Kelin Corceskunun qalib gəlməsi onu deməyə əsas verir ki, bu ölkədə də Rusiyameylli hakimiyyət formalaşa bilər (təbii ki, hər şey prezidentlik yarışının ikinci turundan qabaq keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq). Əgər Rusiya Ukraynanı məğlub etmək və bölüşdürmək planını reallaşdırmağa yaxın olsa, Ujqorodun Macarıstana, Çernovtsının Rumıniyaya, hətta Lvovun Polşaya verilməsi müzakirə oluna bilər.

Mərkəzi və Qərbi Avropa dövlətləri, xüsusilə, Almaniya, Böyük Britaniya, Fransa bu ehtimaldan çox narahatdırlar. Onlar Rusiyanın uğur qazanacağı halda Şərqi və Cənubi Avropanın bəzi ölkələrinin necə mövqe tutacağını əvvəlcədən kəsdirə bilmirlər. Brüsseldə də bu narahatlıq var ki, Moskvanın Ukraynada ehtimal olunan qələbəsi NATO-nun şərq və qərb cinahları arasında kəskin fikir ayrılığına, hətta parçalanmaya səbəb ola bilər. Hazırda da NATO üzvü olan ölkələr arasında fikir ayrılıqları var. NATO-nun əsas ölkələrindən biri olan Türkiyə həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Rusiyanın Ukrayna ərazilərini işğal etməsini qınayır, eyni zamanda həm Rusiya, həm Ukrayna ilə bərabər məsafədə dayanır, onların arasında vasitəçilik missiyasını da təklif edir. Türkiyə həmçinin NATO üzrə müttəfiqlərini Ukraynanı silahlandıraraq, müharibəni daha da qızışdırmaqda günahlandırır. Bu, münaqişənin əvvəlindən Türkiyənin mövqeyidir. Sonradan Macarıstan da Türkiyə ilə həmfikir oldu. Sovakiya, hətta İtaliya da bu mövqeyə meylləndi.

Mümkündür ki, dekabrda Rumıniyada formalaşacaq yeni hakimiyyət də Türkiyənin mövqeyinə gəlsin və ya oxşar bir xətt seçsin. Bütün bu səbəblərdən NATO-nun baş katibi Mark Rütte Ankaraya gəldi, ölkə prezidenti, xarici işlər və müdafiə nazirləri ilə danışıqlar apardı. Türkiyə yaranmış vəziyyətdə bir yandan, NATO-Rusiya münasibətlərində, həm Rusiya-Ukrayna diplomatik trekində, həm də Şimali Atlantika Alyansının öz daxilindəki cinahlar arasında açar dövlət mövqeyinə gəlib çatıb.

Avropa bir yandan Trampın hakimiyyətə gəlişindən, bir yandan da Rusiyanın Ukraynada irəliləməsindən çox təlaş keçirir, hadisələrin sonrakı inkişafını proqnozlaşdırmaqda çətinlik çəkir. Ukraynanın "Oreşnik" raketi ilə vurulmasından sonra Qoca Kontinent müharibənin yeni fazaya keçdiyini gördü və açıq-açkar qorxuya düşdü. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qitələrarası ballistik raket atması həm ABŞ-ın Bayden administrasiyasına, həm də Avropa hökumətlərinə xəbərdarlıq oldu. Bu, bir növ ultimativ tonda: "Konflikti qitələrarası müharibəyə çevirərəm" mesajı verdi. Rusiya Şimali Koreyanı açıq şəkildə Ukrayna ilə müharibəyə cəlb etməklə, əslində Avroatlantika ilə Avrasiya arasında müharibənin anonsunu vermişdi. Avropada yaxşı anlayırlar ki, Şimali Koreya bu addımı Çinin razılığı olmadan atmazdı. Hər nə qədər Pekin bu durumdan narahat görünsə də, bu, məsələnin məhz görünən tərəfidir; Çin Asiya-Sakit okean bölgəsində sabitliyi pozmaq istəyən aktorlara Ukraynada Şimali Koreya əsgəri birlikləri vasitəsilə öz yerini göstərir. Eləcə də, Şimali və Cənubi Koreya arasında gərgin fonu artırmaqla.

Hadisələrin belə inkişafı Avropa İttifaqını, eləcə də, Böyük Britaniyanı preventiv qərarlar verməyə sövq edir. Həmçinin Bayden administrasiyası da bu durumdan narahatdır.

Böyük Britaniyanın müdafiə naziri Con Hili Almaniya, İtaliya, Polşa və Fransa müdafiə nazirləri ilə danışıqların yekunlarını şərh edərək deyib: "Ukraynada müharibə kritik mərhələyə keçib və Avropanın öz təhlükəsizliyini və kollektiv müdafiəni təmin etmək üçün daha çox iş görmək vaxtı gəlib çatıb..."

Belə anlamaq olar ki, Avropa artıq Ukraynanın qalib gəlməsindən çox, özünü müharibədən sığortalamaq və özünü qorumaq haqqında düşünür. Nazir: "NATO-nun şərq sərhədlərini gücləndiririk, hava hücumundan müdafiə vasitələrinin və uzaqmənzilli raketlərin istehsalını artırırıq" deyib.

Buna görə də Avropa dövlətləri Yaxın Şərqdəki müharibənin dərhal dayandırılmasına çalışır. Bunu Co Bayden də istəyir. Çünki Rusiyanın təzyiqi artdıqca, həm Rusiyaya qarşı Ukraynaya, həm də Yaxın Şərqdə İsrailə dəstək vermək çətinləşir. ABŞ, Böyük Britaniya, eləcə də, Almaniya, Polşa, Fransa və bütövlükdə NATO öz gücünü və resurslarını Avropanı təhdid edən Rusiya təhlükəsinə qarşı birləşdirmək fikrinə gəlib. Əks halda ABŞ-ın və aparıcı Avropa dövlətlərinin razılığı olmadan Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarmazdı. Eynilə Bayden administrasiyası da İsrailə təzyiqləri artırıb ki, Qəzza bölgəsində, Livanda, Suriyada hərbi əməliyyatları dayandırsın və bütün qüvvələr Rusiyaya qarşı yönəldilə bilsin. O səbəblə, həm Böyük Britaniya, həm Almaniya Netanyahunu həbs etməyə hazır olduqlarını bildirdilər. Ancaq bütün Avropa ölkələri bu qərarı yerinə yetirməyə hazır görünmürlər. Ona görə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel G7 ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib ki, bütün Avropalılar İsrailin baş naziri Benyamin Netanyahunun həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderini yerinə yetirməlidirlər. O deyib: "Mənim xoşuma gəlsə də, gəlməsə də, BCM-in orderi alternativ deyil. Bu, öhdəlikdir".

Borrel deyib ki, Avropa dövlətləri Rusiya prezidenti Vladimir Putin haqqında orderi dəstəkləyib, Netanyahu haqqında orderi rədd etsə, bu, ikili standart olar. "Avropa İttifaqı ikili standartlara görə onsuz da çox tənqid olunur",-deyə Borrel bildirib.

Beləliklə, Avropa Rusiyanın hücumunu gözləyir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın dediyi kimi, artıq Rusiya-Ukrayna müharibəsinin genişlənməsi, real Dünya Müharibəsi, hətta nüvə müharibəsi təhlükəsi yaranıb.

Rusiya özü də proseslərin hansı məcraya yönəldiyinin fərqindədir; Ukraynada irəliləməsi və Avropa İttifaqına təhlükə yaratması fonunda Qərbin preventiv addımlar atacağını, hibrid müharibə variantıarına gedə biləcəyini də proqnozlaşdırır. Ona görə də Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərləri ilə iclas keçirərək, yaranmış mürəkkəb və təhlükəli əməliyyat şəraiti haqqında məlumatları bölüşüblər.

Sergey Narışkin deyib ki, "kollektiv Qərb" Ukrayna konfliktində "fiaskoya uğrayır, buna görə də Rusiya Federasiyasının ətrafında "postsovet məkanında xaos və yeni mübaribə ocaqları yaratmağı" planlaşdırır. Buna misal olaraq, o, Gürcüstanda çevriliş cəhdini də misal gətirib. Bu məqsədlə həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasını keçirib. Ermənistan yenə də bu sammitə qatılmayıb. Üstəlik Ermənistanın sürətlə silahlanması rəsmi İrəvanın Qərbin planlarında yer ala biləcəyini, qlobal güclərin qarşıdurması şəraitində Azərbaycana qarşı revanşist hərəkətlərə əl atacağını göstərir. Bu günlərdə Azərbaycanın müdafiə naziri məhz buna görə müşavirə keçirdi və Silahlı Qüvvələrə Ermənistanla sərhədboyu bölgələrdə döyüş hazırlığını artırmağı tapşırdı. Rusiyanın da Cənubi Qafqazda zəif nöqtəsi Ermənistan ola bilər. Eyni zamanda Moskva özünün və Mərkəzi Asiyadakı müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün cənub cinahında həmlə etdi. Rusiya prezidenti Putin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu Əfqanıstana göndərərək, Kabuldan təhlükəsizlik zəmanəti aldı. Əvəzində rəsmi Moskva "Taliban" hərəkatının Rusiyada qadağan olunması haqqında qərarını ləğv etdi.

Bir sözlə, dünyada qlobal güclər üz-üzə gəlir. Gözlənilən təhlükə reallaşmağa yaxındır; müharibə Rusiya-Ukrayna coğrafiyasından çıxır və bütün dünyanı təhdid edir. Buna səbəb isə həm Qərbin, həm də Rusiyanın yanlış siyasəti olub. Dünya Donald Tramp üzərindən bu savaşı durdura biləcəkmi?! Hələlik məlum deyil; yalnız ehtimal etmək olar.

Bahəddin Həzi,

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2024 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri