Icma.az
close
up
RU
Əmək haqqının tərkibinə daxil olan və olmayan ödənişlər Qanun nə deyir?

Əmək haqqının tərkibinə daxil olan və olmayan ödənişlər Qanun nə deyir?

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Banco.az xəbər verir ki, mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Mütəxəssisləri maraqlandıran məsələlərdən biri də Əmək Məcəlləsinə görə əməkhaqqının tərkibinə daxil olan ödənişlərin spesifikası ilə bağlıdır. Bəzi mütəxəssislər əməkhaqqının tərkibinə daxil olan ödənişlər dedikdə Əmək Məcəlləsinin 154-cü maddəsini, digər qrup isə Məcəllənin 157-ci maddəsini əsas götürürlər. Məsələyə aydınlıq gətirmək üçün hər iki maddəyə nəzər yetirək.

Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndində göstərilib ki, əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Bu müddəada ilkin olaraq əməkhaqqının tərkibinə təkcə əlavələr, mükafatlar deyil, digər ödənişlərin də daxil olunduğu görünür. Belə olan halda da bəzi mütəxəssislər iddia edirlər ki, işçilərin ixtisarı zamanı və digər analoji hallarda onlara ödənilən müavinətlər, təminatlar, həmçinin əmək məzuniyyətindən istifadə edilməməsinə görə verilən kompensasiyalar da Məcəllənin 154-cü maddəsinin “...digər ödənclər” ifadəsinə aiddir və əməkhaqqının tərkibinə daxil edilir.

Əmək Məcəlləsinin 157-ci maddəsində isə konkret əməkhaqqının tərkibinə daxil olan ödənişlər qeyd edilib. 157-ci maddənin 3-cü bəndinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Maddənin 4-cü bəndində göstərilib ki, tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir. 5-ci bənddə qeyd edilib ki, əməkhaqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

Məcəllənin 157-ci maddəsinin 6-cı bəndində göstərilib ki, mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, Əmək Məcəlləsinin 157-ci maddəsində əməkhaqqının tərkibinə daxil olan ödənişlərin siyahısında yuxarıda qeyd olunan müavinətlər, kompensasiyalar, təminatlar yoxdur. Nəticə olaraq belə görünür ki, Məcəllənin 154-cü və 157-ci maddələrində uyğunsuzluq vardır. Ancaq bildirim ki, bu maddələrdə heç bir uyğunsuzluq yoxdur. İlkin olaraq 154-cü maddəyə daha dərindən baxmalıyıq:

“ Əməkhaqqı ............ ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur”.

Əmək Məcəlləsinin 154-cü maddəsi konkret əməkhaqqı anlayışının açıqlanmasını bildirir və bu terminin açılışı aşağıdakı kimidir:

- Əməkhaqqı işçi tərəfindən konkret iş vaxtı ərzində, yəni saat, gün, ay ərzində yerinə yetirdiyi əmək funksiyalarına görə işəgötürəndən ona ödənilən ödənişdir.Yəni işçiyə əməkhaqqı ödəmək üçün işçi konkret bir dövrdə işəgötürənə iş, xidmət göstərməlidir. Bu dövr də adətən praktikada saat, gün, ay kimi təsnifatlaşdırılır.

- Əməkhaqqı işəgötürən tərəfindən işçiyə ödənilən gündəlik və ya aylıq məbləğdir.

- Əməkhaqqı işəgötürən tərəfindən işçiyə ödənilən gündəlik və ya aylıq məbləğə edilən əlavələrdən ibarətdir.

- Əməkhaqqı işəgötürən tərəfindən işçiyə ödənilən gündəlik və ya aylıq məbləğə əlavə edilən mükafatlardan ibarətdir.

- Əməkhaqqı işəgötürən tərəfindən işçiyə ödənilən gündəlik və ya aylıq məbləğə əlavə edilən digər ödənclərdən ibarətdir.

Deməli, işçilərin ixtisarı zamanı və digər analoji hallarla onlara ödənilən müavinətlər, təminatlar, həmçinin əmək məzuniyyətindən istifadə edilməməsinə görə verilən kompensasiyalar işçi tərəfindən konkret saat, gün, ay ərzində yerinə yetirilən işə, xidmətə görə ödənilən məbləğlər deyil. Bu ödənişlər işçi tərəfindən saat, gün, ay ərzində yerinə yetirilən işə, xidmətə görə ödənilən ödənişlər yox, digər təminatlardır.

Əmək Məcəlləsinin 157-ci maddəsində isə konkret əməkhaqqının tərkibi açıqlanır. Buraya, yuxarıda qeyd etdiyimiz kimi, tarif (vəzifə) maaşı, əməkhaqqına əlavələr və mükafatlar aiddir.

Misal: İşçi 01.11.2026-cı il tarixdən işdən azad edilir. İşçiyə oktyabr ayına görə 1.000 manat əməkhaqqı, həmçinin işdən ixtisara görə 2.000 manat (məbləğ şərtidir) müavinət, bundan əlavə 500 manat da istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməlidir. Burada əməkhaqqının tərkibinə nə daxildir?

Yuxarıda da açıqladığımız kimi, əməkhaqqı işçi tərəfindən konkret dövr ərzində yerinə yetirilən işə, xidmətə görə ona ödənilən ödəncdir. İşçi konkret dövr ərzində, yəni oktyabr ayında iş, xidmət yerinə yetirib və buna görə də ödənilən məbləğ 1.000 manatdır. Deməli, bu, əməkhaqqı sayılır.

Ancaq ixtisara görə ödənilən 2.000 manat oktyabr ayına görə yerinə yetirilmiş işə, xidmətə görə ödəniş deyil. Bu, ümumi olaraq işçiyə ödənilən təminatdır. Ona görə də əməkhaqqı anlayışına uyğun gəlmir.

Eynilə də əmək məzuniyyətinə görə 500 manat kompensasiya məbləği də oktyabr ayına görə yerinə yetirilmiş işə, xidmətə görə ödəniş deyil, bu, ümumi olaraq işçiyə ödənilən kompensasiyadır və əməkhaqqı anlayışı sayılmır.

Göründüyü kimi, Əmək Məcəlləsinin 154-cü və 157-ci maddələrində heç uyğunsuzluq yoxdur.

vergiler.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://banco.az
archiveBu xəbər 26 Noyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri