Avropada ötən ay təbii qaz istehlakı azalıb, ABŞ da isə artıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Bu ilin mart ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 4,4% azalaraq 30,4 mlrd. kubmetr olub.
Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, azalma əsasən yaşayış sektorunda istilik tələbatının azalması ilə bağlı olub ki, bu da regionun böyük hissəsində daha mülayim hava şəraiti ilə izah olunur, baxmayaraq ki, qitə üzrə hava şəraiti fərqli olub.
Bildirilir ki, eyni dövrdə ABŞ-da təbii qaz istehlakı illik müqayisədə 0,5% artaraq 77,4 mlrd. kubmetr səviyyəsində olub.
“Bu, elektrik enerjisi istehsalı sektorunda daha yüksək tələbatı əks etdirir”, - hesabatda qeyd olunur.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 27 Aprel 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















