Icma.az
close
up
RU
Avropada sosial partlayış: Etirazların arxasında kim dayanır?

Avropada sosial partlayış: Etirazların arxasında kim dayanır?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropanın bir sıra ölkələrində, Fransa, İtaliya, Albaniya və Belçikada etiraz aksiyalarının keçirilməsi qitədə sosial narazılığın və siyasi gərginliyin artması ilə bağlı müzakirələri gücləndirib. Yaşayış xərcləri, iqtisadi çətinliklər, hökumətlərin siyasətindən narazılıq və müxtəlif sosial tələblər fonunda başlayan aksiyaların hansı miqyas alacağı diqqət mərkəzindədir. Bəzi ölkələrdə etirazçıların siyasi tələbləri ön plana çıxarması isə mövcud hökumətlərin gələcəyi ilə bağlı suallar yaradır.

Bəs Avropada etiraz dalğası genişlənərək hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi? Baş verənlər sırf sosial narazılığın nəticəsidir, yoxsa bu proseslərdən siyasi məqsədlər üçün istifadə edən daxili və xarici qüvvələr də var?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Avropa məkanında sabitlik və əmin-amanlıq dövrü tədricən sona çatmağa başlayır:

"Çünki Avropa ölkələri qarşısında artıq yeni problemlər yaranır. Hazırda bir sıra Avropa dövlətlərində baş verən kütləvi etiraz aksiyalarının əsas səbəbləri daha çox sosial-iqtisadi böhranla bağlıdır. Uzun illər Avropa ölkələri öz əhalisinin sosial rifahını qoruyub saxlaya bilirdi. Xüsusilə, Fransa müstəmləkəçilik siyasəti nəticəsində əldə etdiyi imkanlardan yararlanaraq iqtisadi və sosial vəziyyətini tənzimləyirdi. Lakin son illərdə Fransa Afrikadakı keçmiş təsir imkanlarını və mövqelərini bir-birinin ardınca itirməyə başlayıb. Afrika ölkələri Fransanın təsirindən uzaqlaşır və Paris həmin regiondakı mövqelərini qorumaqda çətinlik çəkir. Bu proses Fransanın həmin ölkələrin təbii sərvətlərindən faydalanmaq və onları öz iqtisadiyyatının inkişafına yönəltmək imkanlarını da məhdudlaşdırır. Alternativ xammal mənbələrinin tapılması və təminatının həyata keçirilməsi isə hələlik asan başa gəlmir. Nəticədə Fransada iqtisadi çətinliklər artır, böhran dərinləşir və Prezident Emmanuel Makronun siyasətinə qarşı kütləvi etirazlar daha geniş miqyas alır. Eyni zamanda, Belçika və İtaliyada da sosial xarakterli problemlər ön plana çıxır. Bu ölkələrdə narazılıqların əsas səbəblərindən biri əhalinin sosial rifah səviyyəsinin aşağı düşməsi, yaşayış xərclərinin artması və insanların gündəlik həyat şəraitinin ağırlaşmasıdır. Albaniyaya gəldikdə isə, ölkə rəhbərliyi sosial-iqtisadi problemlərin mövcudluğunu etiraf etsə də, etiraz dalğasının arxasında Rusiyanın dayana biləcəyi iddia olunur. Rəsmi Tirananın yanaşmasına görə, Rusiyanın xüsusi xidmət orqanları Albaniyada hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə mövcud sosial problemlərdən istifadə edərək ölkədə ictimai narazılığı artırmağa çalışırlar. Bununla belə, bu iddiaların müstəqil sübutlarla təsdiqlənməsi məsələsi ayrıca qiymətləndirilməlidir".

Ekspertin sözlərinə görə, ümumi mənzərə onu göstərir ki, Avropada etirazlar davamlı xarakter ala və coğrafi baxımdan daha geniş ərazilərə yayıla bilər:

"Sosial narazılıq dalğasının digər Avropa ölkələrinə də keçməsi mümkündür. Burada diqqət yetirilməli olan digər mühüm məqam Donald Trampın hakimiyyətə qayıtmasından sonra ABŞ-ın Avropanın təhlükəsizliyinin təmin edilməsindəki roluna yanaşmasının dəyişməsidir. Vaşinqtonun Avropanın müdafiəsi ilə bağlı məsuliyyətin daha böyük hissəsini Avropa dövlətlərinin öz üzərinə götürməli olduğu barədə mövqeyi qitənin təhlükəsizlik siyasətinə təsir göstərir. Tramp administrasiyası Avropa ölkələrinin öz təhlükəsizliklərini təmin etmək üçün daha çox vəsait ayırmalı, ordularını gücləndirməli, müdafiə sistemlərini təkmilləşdirməli və hərbi sənaye kompleksini inkişaf etdirməli olduğunu vurğulayır. Başqa sözlə, Avropa dövlətlərindən təhlükəsizlik məsələlərində ABŞ-dan daha az asılı olmaları və müdafiə xərclərini artırmaları gözlənilir. Avropa İttifaqı da bu məqsədlə müdafiə və təhlükəsizlik sahəsinə böyük həcmdə maliyyə vəsaiti yönəltməyə başlayıb. Nəticədə üzv ölkələr büdcələrinin daha böyük hissəsini müdafiə ehtiyaclarına ayırmaq məcburiyyətində qalırlar. Belə bir vəziyyətdə sosial xərclərin məhdudlaşdırılması riski də artır. Müdafiə və təhlükəsizlik xərclərinin yüksəlməsi fonunda sosial proqramlara ayrılan vəsaitin azaldılması əhalinin narazılığını daha da gücləndirə bilər. İnsanlar yaşayış səviyyəsinin aşağı düşməsindən, qiymət artımından və sosial təminat imkanlarının zəifləməsindən narazı qalaraq hökumətlərə qarşı kütləvi etiraz aksiyalarına qoşulurlar. Beləliklə, Avropada baş verən proseslər təkcə ayrı-ayrı ölkələrin daxili problemləri ilə məhdudlaşmır. Sosial-iqtisadi çətinliklər, təhlükəsizlik xərclərinin artması və siyasi gərginlik bir-birini gücləndirən amillərə çevrilir. Bu prosesin yaxın gələcəkdə daha da dərinləşməsi və bəzi Avropa ölkələrində hökumətlərin mövqeyini zəiflətməsi mümkündür. Lakin etirazların mütləq hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyini indidən demək olmaz".

Günəş Fərəh

Azpolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Oktyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri