Icma.az
close
up
RU
Avropadan ultimatum: Rusiya bu ölkələrdən çıxmalıdır

Avropadan ultimatum: Rusiya bu ölkələrdən çıxmalıdır

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, “Azadlıq Radiosu”nun məlumatına görə, Aİ diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ-nin vasitəçilik etdiyi Ukrayna ilə bağlı diplomatik danışıqlar çərçivəsində Rusiyaya qarşı tələblərin siyahısını ehtiva edən sənədi birliyə üzv dövlətlərə göndərib.
Sənəddə təkcə Rusiya qoşunlarının qonşu ölkələrdən çıxarılması deyil, həm də Rusiya ordusunun sayının azaldılması, eləcə də təzminatların ödənilməsi və Rusiya cəmiyyətinin demokratikləşdirilməsi təklif olunur.
“Avropalıların özləri Aİ-nin şərtlərini maksimalist adlandırırlar - bu yanaşma Moskvanın Ukraynaya qarşı ilkin sərt tələbləri ilə tam uzlaşır”, - diplomatik dairələrdəki mənbələr bildirirlər.
Avropalı məmurlardan biri vurğulayıb ki, sülh yalnız Kiyevin güzəştlərindən deyil, həm də hər hansı bir sülh missiyası və ya danışıqlar başlamazdan əvvəl Moskvanın hərəkətlərindən asılıdır. Aİ səfirləri sənədi 17 fevralda müzakirə ediblər. Onun bəzi müddəalarının 23 fevralda Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə təqdim edilməsi planlaşdırılır.
Aİ-nin əsas tələblər siyahısına aşağıdakılar daxildir:
• Qoşunların simmetrik şəkildə çıxarılması: əgər Ukrayna qüvvələrini azaldarsa və ya onların yerini dəyişərsə, Rusiya da eyni addımı atmalıdır, hüquqi baxımdan tanınmayan işğal edilmiş ərazilər demilitarizasiya olunmalıdır.
• Avropanın təhlükəsizliyi: dezinformasiyaya, kiberhücumlara, sabotajlara, hava məkanının pozulmasına və seçkilərə müdaxiləyə son qoyulmalıdır.
• Nüvə silahları və hərbi mövcudluq: Belarus, Ukrayna, Moldova, Gürcüstan və Ermənistanda Rusiya qoşunlarının və nüvə silahlarının yerləşdirilməsinə qadağa; Rusiyanın nəzarətində olan separatçı Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgələrindən, eləcə də Ermənistan və Belarusdakı bazalardan qoşunların çıxarılması.
• Beynəlxalq hüquqa əməl olunması: müharibə cinayətlərinə görə əfv edilməməsi, beynəlxalq müstəntiqlərin iştirakı və beynəlxalq öhdəliklərin Rusiya qanunvericiliyindən üstünlüyü.
• Təzminatlar və kompensasiyalar: ətraf mühitə dəyən ziyan da daxil olmaqla, Ukraynaya, habelə Avropa ölkələrinə və şirkətlərinə dəyən ziyana görə ödənişlər.
• Rusiya Federasiyasına qarşı daxili tələblər: beynəlxalq nəzarət altında azad seçkilərin keçirilməsi, siyasi məhbusların azad edilməsi, deportasiya olunmuş vətəndaşların və uşaqların geri qaytarılması, media azadlığı, repressiv qanunların ləğvi və müxalifət üzvlərinin qətllərinin araşdırılmasında əməkdaşlıq.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Fevral 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri