Icma.az
close
up
RU
Avropalı liderlər Ukrayna müharibəsinə dair danışıqlarda Rusiyaya qarşı beş şərt irəli sürüblər

Avropalı liderlər Ukrayna müharibəsinə dair danışıqlarda Rusiyaya qarşı beş şərt irəli sürüblər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 13 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə görüşdən əvvəl Avropa ölkələrinin liderləri ilə birgə videokonfransda iştirak edib.

AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski onlayn müzakirələrdə iştirak etmək üçün Berlinə səfərə gəlib.

Berlində Ukrayna Prezidentini Almaniya Kansleri Fridrix Merts qarşılayıb. Fridrix Merts və Volodimir Zelenski ikitərəfli görüşdən sonra videokonfransda iştirak ediblər.

Yerli mediada yer alan xəbərlərə görə, görüşdə avropalı liderlər Rusiyaya qarşı beş şərt irəli sürüblər. Bu şərtlər növbəti mərhələdə keçiriləcək bütün danışıqlarda Ukraynanın da iştirak etməli olması, danışıqların başlanğıc nöqtəsi kimi dərhal atəşkəsin təmin olunması, ərazi məsələləri üzrə müzakirələrin yalnız mövcud “təmas xətti” əsasında aparılması, Rusiya tərəfindən həyata keçirilmiş hər hansı hərbi ilhaqın beynəlxalq-hüquqi baxımdan tanınmaması, Ukraynaya möhkəm təhlükəsizlik zəmanətləri verilməsi və Qərbin uzunmüddətli hərbi yardımının təmin olunması, eləcə də bütün prosesin Trans-Atlantik çərçivədə vahid strategiyanın tərkib hissəsi olması, irəliləyiş əldə edilmədiyi halda Rusiyaya qarşı təzyiqlərin artırılmasından ibarətdir.

Fridrix Merts görüşlə bağlı açıqlamasında bu mövqenin ABŞ Prezidenti Tramp tərəfindən böyük ölçüdə dəstəkləndiyini və məqsədin avqustun 15-də Alyaskada keçiriləcək Tramp–Putin görüşündə sülh istiqamətində konkret nəticələr əldə etmək olduğunu bildirib. Ukraynada sülh üçün ümid olduğunu vurğulayan Almaniya Kansleri deyib ki, əgər Alyaskadakı görüşdə Rusiyanın mövqeyində dəyişiklik baş verməsə, ABŞ və Avropa təzyiqi artırmalıdır.

Volodimir Zelenski isə mətbuata açıqlamasında Rusiyanın hazırda müharibəni bitirmək niyyətində olmadığını, əksinə, siyasi aldatma cəhdlərinin mümkün olduğunu vurğulayıb. O bildirib ki, Ukraynanın və tərəfdaşlarının təcrübəsindən dərs çıxarılmalı, Rusiyanın aldadıcı manevrlərinə imkan verilməməlidir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri