Icma.az
close
up
RU
Avropalı liderlər Donald Trampın Rusiyaya qarşı sərt mövqe tutmasını alqışlayıblar

Avropalı liderlər Donald Trampın Rusiyaya qarşı sərt mövqe tutmasını alqışlayıblar

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 15 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın NATO-nun Baş katibi Mark Rutte ilə mətbuata bəyanatında Ukrayna ilə müharibənin 50 gün ərzində dayandırılmaması təqdirdə, Rusiyanı tariflərlə cəzalandıracağı barədə açıqlaması Avropadakı NATO müttəfiqlərinin liderləri tərəfindən məmnunluqla qarşılanıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə deyib: “Trampın Rusiyaya qarşı sərt mövqe tutması müsbət haldır. Digər tərəfdən, 50 gün çox uzun vaxtdır”.

Almaniyanın Kansleri Fridrix Merts də X platformasında etdiyi paylaşımda ABŞ Prezidentinə bu təşəbbüsə görə təşəkkürünü bildirib: “Prezident Tramp bu gün mühüm təşəbbüs irəli sürüb. Əgər Avropa tərəfdaşları maliyyələşdirsə, ABŞ Ukraynaya geniş miqyasda silahlar verəcək”.

Almaniyanın vitse-kansleri Lars Klinqbayl “ABŞ administrasiyasının Rusiyaya təzyiqi artırması və eyni zamanda, Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləməsini yaxşı hal olduğunu qeyd edib. O, real danışıqlar və sülh üçün Moskvaya təzyiqin artırılmasının vacibliyini vurğulayıb.

ABŞ-da səfərdə olan Almaniyanın müdafiə naziri Boris Pistorius hər iki ölkənin Ukraynaya iki “Patriot” sisteminin göndərməsi məsələsinə münasibət bildirib. İki milyard dollar dəyərindəki bu sistemlərin tədarükünün Almaniya tərəfindən maliyyələşdiriləcəyini qeyd edən B.Pistorius bəzi texniki, logistika və maliyyə detallarının hələ də dəqiqləşdirilməli olduğunu vurğulayıb. Lakin o, bunların hər iki tərəf üçün həll edilə bilən məsələlər olduğunu və buna görə tezliklə işə başlanacağını qeyd edib.

Almaniyalı nazir amerikalı həmkarı Pit Heqset ilə görüşdə ABŞ-ın rolunun kollektiv təhlükəsizlik üçün əvəzolunmaz olduğunu qeyd edərək bildirib ki, Almaniya Avropanın müdafiəsi üçün daha çox məsuliyyət daşımağa hazırdır. Almaniya bundan sonra da alyans daxilində lider və etibarlı tərəfdaş kimi qalacaq.

Qeyd edək ki, NATO-nun Baş katibi Mark Rutte ABŞ-ın Ukraynaya veriləcəyi silahların Almaniya, Finlandiya, Kanada, Norveç, İsveç, Böyük Britaniya və Danimarka tərəfindən maliyyələşdiriləcəyini bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 02:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri