Avropalıların 71 faizi Aİ ordusunun yaradılmasını dəstəkləyir
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Avropada təhlükəsizliklə bağlı narahatlıqlar və müdafiə siyasəti ilə barədə müzakirələr davam edərkən, Aİ-nin müstəqil hərbi qüvvəyə sahib olması ideyası geniş ictimai dəstək qazanır.
"Cebheinfo.az" xəbər verir ki, "GLOBSEC" analitik mərkəzi bu barədə məlumat yayıb.Araşdırmaya əsasən, Avropa İttifaqının 11 üzv ölkəsində aparılan sorğuya əsasən, iştirakçıların böyük əksəriyyəti Avropa ordusunun yaradılmasını dəstəkləyiblər.
Sorğuda Ukrayna, Böyük Britaniya, eləcə də ABŞ-dən ümumilikdə 13 730 respondent iştirak edib. Nəticələrə görə, 11 üzv ölkədə Aİ ordusunun yaradılmasını dəstəkləyənlərin faizi orta hesabla 71 % təşkil edib.
Ən yüksək dəstək Rumıniyada 82 %, Litvada 78 % və Fransada 75 % olub. Polşa və Bolqarıstanda dəstək 70 faiz, Almaniyada isə 69 faiz olaraq qeydə alınıb. Tədqiqatda həmçinin Avropadakı NATO üzvlərinin ittifaqın gələcəyi ilə bağlı fikirləri də araşdırılıb.
Sorğuda iştirak edən Aİ ölkələrinin respondentlərinin 78 faizi Avropanın NATO ilə yanaşı, öz müdafiə imkanlarını da inkişaf etdirməsinin tərəfdarı olduğunu bildirib. Bununla yanaşı, müdafiə xərclərinin artırılmasına dəstək sosial təminat və səhiyyə xərclərinin azaldılması şərti ilə 61 faizdən 44 faizə düşüb.
Tədqiqat həmçinin Avropanın ABŞ ilə təhlükəsizlik münasibətləri ilə bağlı ictimai rəyini də ortaya çıxarıb. İştirakçıların 77 faizi ABŞ-nin Avropa təhlükəsizliyində mühüm rol oynadığına inanır, 54 faizi isə onu etibarlı tərəfdaş hesab edir. Araşdırma 11 Aİ üzvü, həmçinin ABŞ, Böyük Britaniya və Ukrayna daxil olmaqla 14 ölkəni əhatə edib.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 14 Noyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















