Kürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Kür çayının Qazax rayonundan keçən hissəsində boğularaq həyatını itirən Yaqub Məmmədovun faciəli ölümü ilə bağlı təfərrüat müəyyənləşib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, mərhumun həyat yoldaşı Gülbəniz Məmmədova hadisənin necə baş verdiyini danışıb. Onun sözlərinə görə, 1963-cü il təvəllüdlü həyat yoldaşı Birinci Şıxlı kəndində sahədə işləyirmiş. Hadisə isə onun işdən evə qayıtdığı zaman baş verib.
G.Məmmədova bildirib ki, həyat yoldaşı uzun illərdir həmin ərazidə çalışırmış. Hadisə günü ona işə getməməyi desə də, Y.Məmmədov bu məsləhətə əməl etməyib.
Qadının sözlərinə görə, ərinin Kür çayında batdığını ilk olaraq nəvəsi görüb. Y.Məmmədov qışqıraraq kömək istəsə də, sakinlər köməyə çatana qədər artıq çayda batıb.
Qeyd edək ki, Birinci Şıxlı kənd sakini Yaqub Məmmədov çobanlıq fəaliyyəti ilə məşğul olub. Faciə ötən gecə onun Kür çayının digər sahilinə keçmək istəyərkən baş verib.
Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Baxış sayı:117
Bu xəbər 23 Noyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















