“Əsas hədəf avtomobillərin deyil, insanların daha sürətli və rahat hərəkətini təmin etmək olmalıdır” Mütəxəssis
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Bakıda tıxacların həlli daha çox yol və körpü tikmək deyil, mövcud infrastrukturdan səmərəli istifadə etmək, ictimai nəqliyyata üstünlük vermək və nəqliyyat axınlarını düzgün idarə etməkdir. Əsas hədəf avtomobillərin deyil, insanların daha sürətli və rahat hərəkətini təmin etmək olmalıdır”.
Bunu nəqliyyat eksperti Rauf Ağamirzəyev 525.az-a söyləyib. Ekspertin dediyinə görə, şəhərin nəqliyyat imkanları qiymətləndirilərkən əsas diqqət avtomobillərin sayına deyil, mövcud infrastrukturun saat ərzində nə qədər sərnişin daşıya bilməsinə yönəldilməlidir. Onun sözlərinə görə, hər hansı körpünün və ya magistralın fəaliyyətini dayandırdığı halda alternativ marşrutların nə dərəcədə operativ işə salınması da əvvəlcədən müəyyənləşdirilməlidir.
Rauf Ağamirzəyev xüsusilə körpülərdə və əsas magistrallarda ictimai nəqliyyata üstünlük verilməsinin vacibliyini vurğulayıb:
"Belə ərazilərdə avtobusların hərəkəti üçün ayrıca imkanlar yaradılmalı, fövqəladə vəziyyətlərdə daha çox insanın daşınmasını təmin edən nəqliyyat vasitələrinin hərəkəti prioritet olmalıdır. Bu yanaşma Bakı-Sumqayıt istiqamətində, paytaxtın şimal və cənub girişlərində, eləcə də əsas nəqliyyat qovşaqlarında əhəmiyyət daşıyır”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 23 Noyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















