Icma.az
close
up
RU
Avropanı gözləyən təhlükə: Avropa ordusu yaranacaq, NATO... Səxavət Məmməd yazır

Avropanı gözləyən təhlükə: Avropa ordusu yaranacaq, NATO... Səxavət Məmməd yazır

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bütün müharibələr kimi, Rusiya-Ukrayna müharibəsi də bir formada bitməlidir. Rusiya qarşısında qoyduğu strateji hədəfə 3 il ərzində, demək olar ki, çata bilmədi. Ukraynanın da heç bir planı baş tutmadı. Müharibə uzun zamandır ki, sürünən fazada davam edir. Heç Qərb də istədiyinə tam şəkildə nail olmadı. Rusiya dağılmadı, Putin devrilmədi, Rusiya çökmədi. Belə olan halda, bu yorucu, milyardlarla dollara başa gələn müharibə dayanmalı idi. Hətta iddia olunur ki, təkcə Qərb bu müharibəyə görə 2 trilyon xərcə düşüb.

Rusiya Ukrayna müharibəsinin uzanması onsuzda pozulmağa meylli olan İkinci Dünya müharibəsindən sonra yaranmış dünya nizamını pozdu. BMT-nin isə heç nəyə yaramayan bir qurum olduğu ortaya çıxdı. Hətta Ukrayna müharibəsinin dayandırılması üçün ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşünə belə BMT nümayəndəsi dəvət edilmədi. Böyük dövlətlər dolayısı BMT-yə yerini göstərdi ki, get, iqlimlə, xəstəliklərlə başını qat.

Trampın hakimiyyətə gəlişi ilə ABŞ-nin hədəfləri də açıq şəkildə ortaya çıxdı. Tramp göstərdi ki, o başqa dövlətlərin maraqları üçün əlini daşın altına qoymayacaq. Ukrayna-Rusiya müharibəsi ABŞ-nin digər regionlardakı planlarını həyata keçirmək üçün başını qatır, ləngidir. Ona görə də dayanmalıdır. Tramp birinci dönəmində də NATO ilə bağlı müəyyən fikirlər səsləndirmişdi. Görünən odur ki, Tramp qaldığı yerdən davam edir, edəcək də. Reallığa baxsaq, ABŞ-yə NATO lazımdır? ABŞ NATO-suz da istədiyi regiona hərbi baza yerləşdirə bilir. Əslində, ABŞ-dən əvvəl Avropa İttifaqı ölkələri öz təhlükəsizliyi barədə düşünməli idilər. Hər şeyin vahidini yaradan Avropa İttifaqı ordusunu da yaratmalı idi. Düzdür, bu iddia uzun zamandır ki, ortalıqda var, sadəcə olaraq avropalılar seyid cəddinə arxayın olan kimi, NATO-ya arxayın idi. Zelenski Avropa İttifaqı ordusunu yenidən gündəmə gətirdi və bildirdi ki, ordunun əsası da Ukraynadan təşkil olunsun. Zelenski bir şeyi unudur ki, Ukrayna Avropada yerləşsə də, Avropa üçün onlar “ikinci sort” sayılır, hətta yad. Avropa İttifaqı ölkələrinin rəhbərləri və NATO baş katibi görüş keçirir, oraya ABŞ-nin dəvət almaması anlaşılandır, ancaq Türkiyə dəvət olunmur. Avropa Türkiyəni bufer kimi görür və ən kritik anda özündən saymır və saymayacaq da. Əgər Avropa İttifaqı vahid ordusunu yaradacaqsa, o zaman NATO kimə və nəyə lazım olacaq? Ümumiyyətlə, NATO-nun SSRİ dağılandan sonra bir təşkilat kimi qalmasının özü də məntiqsiz idi. Sadəcə olaraq avropalılar ABŞ-dən öz təhlükəsizliyini qorumaq üçün geninə-boluna istifadə etdilər.

Rusiya-Ukrayna müharibəsi bir növ Birinci Qarabağ müharibəsini xatırladır. Ermənilərin gücü yox idi ki, əlavə torpaq işğal etsinlər, Azərbaycanda da o təpər yox idi ki, torpağını işğaldan azad etsin. Məhz bu mərhələdə son dərəcə ağır şərtlərlə Azərbaycan tərəfi məcbur oldu ki, atəşkəs müqaviləsinə imza atsın.

ABŞ-Rusiya nümayəndə heyəti Ukrayna müharibəsini həll etmək üçün görüş keçirdi. Ukrayna prezidenti əvvəlcə görüşə qatılacağını bəyan etsə də, sonradan Ər-Riyada getmək yerinə Ankaraya üz tutdu. Ərdoğan Zelenskiyə nə deyib, bilmirəm, ancaq Ərdoğan Zelenskiyə “İstanbul görüşündə bundan daha az itki ilə, daha yüngül şərtlərlə müharibəni bitirə bilərdin” deyibsə, sonuna qədər haqlıdır.

Artıq Ukraynada da siyasətçilər dilə gəlməyə başlayıblar və Zelenski ağır şəkildə tənqid olunur. Zelenski bildirir ki, Ukrayna 1991-ci ildəki sərhədlərinə çıxmalıdır. Qanla alınanı heç bir ölkə peşkəş etməz. Qanla da geri qaytarmalısan. Sual yaranır ki, Ukraynanın o torpaqlara çıxmağa gücü, qüvvəsi, potensialı var? Hazırkı Ukraynanın qətiyyən yoxdur. Ukrayna hərbi baxımdan SSRİ-dən ən güclü çıxan ölkələrdən biri idi. Rüşvət, korrupsiya, talançılıq Ukraynanı dilənçi vəziyyətinə salıb. Ukrayna öncə bundan dərs çıxarmalıdır.

Hazırda sahədə sürünə-sürünə olsa da, Rusiya hər gün Ukraynanın bir-iki yaşayış məntəqəsini işğal edir. Ukraynanın nəinki 1991-ci ildəki sərhədlərinə çıxacaq gücü yoxdur, heç müdafiə olunmaq qabiliyyəti də istənilən səviyyədə deyil.

Hazırkı ABŞ-nin təşəbbüsü elə Rusiya üçün də göydəndüşmədir. 3 il davam edən müharibə Rusiyanı yorub. Bundan əlavə, digər regionlarda gedən proseslərə Rusiya müdaxilə edə bilmir. Ona görə də Rusiya prosesə həvəsli görünür.

Rusiya-Ukrayna müharibəsi necə bitəcək, bunu görəcəyik. Hər halda, sahədə qazananın masada da əli güclü olacaq. Ancaq Rusiya-Ukrayna müharibəsinin bitməsi müharibələrin bitməsi anlamına gəlməyəcək. Əksinə, daha şiddətli müharibələr üçün hazırlığa start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Fevral 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri