Icma.az
close
up
RU
Avropanın 18 ilə etdiyini Azərbaycan iki ilə bacardı

Avropanın 18 ilə etdiyini Azərbaycan iki ilə bacardı

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tarix göstərir ki, müharibədə qələbə qazanmaqla dayanıqlı sülhə nail olmaq eyni şey deyil. Bir çox hallarda hərbi qələbə ilə sülh müqaviləsi arasında uzun illər keçir. Məsələn, İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında münasibətlərin yeni əsasları yalnız 1963-cü ildə Yelisey müqaviləsi ilə təsdiqləndi. Azərbaycan isə bu prosesi cəmi bir neçə ilə tamamladı. 2020-ci il Vətən müharibəsindəki qələbəmiz və 2023-cü ilin antiterror tədbirlərindən sonra Ermənistanı sülh danışıqlarına gətirən rəsmi Bakı, 2025-ci il avqustun 8-də sülh müqaviləsinin paraflanmasına nail oldu. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hərbi qələbənin diplomatik müstəvidə də davamı kimi qiymətləndirilir.

''Yeni Sabah'' xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Oxu.Az-a açıqlamasında qeyd edib ki, beynəlxalq münasibətlər sistemində və hüquq təcrübəsində silahlı münaqişələrin yekunlaşması ilə dayanıqlı sülhün hüquqi-siyasi təsbit olunması arasındakı vaxt intervalı dövlətlərin suveren iradəsindən, güclər balansından və postmünaqişə dövrünün geostrateji konfiqurasiyasından birbaşa asılıdır:

O xatırladıb ki, İkinci Dünya müharibəsinin 1945-ci ildə başa çatmasına baxmayaraq, Avropa təhlükəsizlik memarlığının əsasını təşkil edən Fransa və Almaniya arasında institusional sülh və barışıq modelinin yalnız 1963-cü il Yelisey Müqaviləsi ilə rəsmiləşməsi münaqişə sonrası transformasiyaların nə qədər mürəkkəb, uzunmüddətli və çoxşaxəli diplomatik mexanizmlər tələb etdiyini nümayiş etdirir: Pepperoni pizza

"Qərbi Avropada 18 illik tarixi vaxt kəsiyini əhatə edən bu uzunmüddətli sülh quruculuğu prosesi ilə müqayisədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən cəmi iki il sonra - 2025-ci il avqustun 8-də Ermənistanla sülh müqaviləsinin paraflanması səviyyəsinə çatılması müasir beynəlxalq hüquqda nadir rast gəlinən sürətli və effektiv "sülhə məcburetmə" diplomatik presedentini formalaşdırmışdır. Tarixi təcrübə göstərir ki, Yelisey Müqaviləsi Avropada transmilli inteqrasiyanın və supermilli strukturların yaranmasının başlanğıcı idisə, Azərbaycan və Ermənistan arasında paraflanan sülh sənədi Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada onilliklər boyu davam edən işğal faktına hüquqi nöqtə qoyan, dövlətlərin suveren bərabərliyi prinsipini bərpa edən lokal geostrateji arxitekturanın təməl daşıdır. Sülh müqaviləsinin paraflanması aktı beynəlxalq hüquqi müstəvidə, xüsusilə 1969-cu il "Müqavilələr hüququ haqqında" Vyana Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq, tərəflərin razılaşdırılmış mətnin yekun, dəyişməz və orijinal ("authentically") olduğunu rəsmən təsdiq etməsi anlamını daşıyır".

Onun sözlərinə görə, bu proses Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit edilmiş ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinin, habelə 1991-ci il Alma-Ata Bəyannaməsinin prinsiplərinin de-yure səviyyədə tam bərqərar olunmasının hüquqi təzahürüdür:

"BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş fərdi özünümüdafiə hüququ çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan beynəlxalq hüququn imperativ normalarına söykənərək qarşı tərəfi konstruktiv dialoqa və regional hüquqi nizamı tanımağa vadar etmişdir. Müqavilə mətninin paraflanması beynəlxalq hüquqda, daha konkret desək, Vyana Konvensiyasının 18-ci maddəsi ilə tərəflərin ratifikasiya mərhələsinə qədər sənədin obyekt və məqsədinə zidd hərəkətlərdən çəkinmək öhdəliyini yaradır ki, bu da regionda revanşizm cəhdlərinin hüquqi müstəvidə neytrallaşdırılması deməkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası göstərdi ki, hərbi zəfərin ardınca diplomatik təşəbbüsü tam şəkildə əldə saxlamaq və sülh gündəliyini diktə etmək müharibədəki qələbəni beynəlxalq hüquqi müstəvidə daimi akta çevirməyin yeganə yoludur. 2023-cü ildən 2025-ci ilin avqustuna qədər olan qısa zaman kəsiyində beynəlxalq təzyiqlərin və geostrateji təcrid cəhdlərinin dəf edilərək ikitərəfli formatda sülh sənədinin paraflanmasına nail olunması hərb meydanındakı mütləq suverenliyin masada diplomatik zəfərlə möhkəmləndirilməsinin bariz və tarixi nümayişidir".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Avqust 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri