Icma.az
close
up
RU
Avropanın enerji keçidində asılılıqlar və uzunmüddətli strateji manevr imkanları

Avropanın enerji keçidində asılılıqlar və uzunmüddətli strateji manevr imkanları

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Buxarest, 11 fevral, AZƏRTAC

Rumıniyanın “Calea Europeana” nəşrində PPC Romania şirkətinin institusional əlaqələr üzrə meneceri Luçian Mirçeskunun dərc etdirdiyi analitik məqalədə Avropa İttifaqının enerji keçidi prosesində yaranan yeni asılılıqlar, risklər və strateji imkanlar geniş təhlil olunur. Müəllif vurğulayır ki, yaşıl transformasiya yalnız iqlim hədəflərinə çatmaq vasitəsi deyil, eyni zamanda, Avropanın geoiqtisadi təhlükəsizliyini və uzunmüddətli dayanıqlığını müəyyən edən əsas amillərdən biridir.

Məqalədə qeyd edilir ki, Avropa İttifaqı fosil yanacaqlardan mərhələli şəkildə uzaqlaşaraq bərpaolunan enerji mənbələrinə yönəlsə də, bu proses özlüyündə yeni asılılıqlar formalaşdırır. Xüsusilə bərpaolunan enerji texnologiyalarında istifadə edilən kritik xammallar, nadir torpaq elementləri, batareya komponentləri və enerji avadanlıqlarının istehsalı üzrə yüksək dərəcədə xarici bazarlardan asılılıq Avropanı potensial çətinliklərə qarşı həssas vəziyyətə salır. Luçian Mirçescu yazır ki, köhnə enerji asılılıqlarının aradan qaldırılması yeni, daha mürəkkəb və daha az görünən asılılıqlarla əvəz oluna bilər.

Müəllifin fikrincə, enerji keçidinin uğurlu olması üçün Avropa yalnız istehlak strukturunu dəyişməklə kifayətlənməməli, eyni zamanda, istehsal, emal və tədarük zəncirlərində daha güclü mövqelər əldə etməlidir. Bu baxımdan daxili enerji istehsalının artırılması, enerji şəbəkələrinin inteqrasiyası, üzv dövlətlər arasında koordinasiyanın dərinləşdirilməsi və texnoloji innovasiyaların təşviqi prioritetlər kimi göstərilir. Məqalədə vurğulanır ki, enerji bazarlarında qiymət dalğalanmaları və geosiyasi qeyri-müəyyənliklər Avropanın çevik və qabaqlayıcı strategiyalar formalaşdırmasını zəruri edir.

Luçian Mirçescu enerji keçidinin geosiyasi ölçüsünə xüsusi diqqət ayıraraq bildirir ki, bu proses Avropanın qlobal enerji xəritəsindəki rolunu yenidən müəyyən edir. Enerji təhlükəsizliyi, iqtisadi rəqabətqabiliyyətlilik və strateji muxtariyyət bir-biri ilə sıx bağlıdır və bu amillər nəzərə alınmadan aparılan transformasiya uzunmüddətli risklər yarada bilər. Müəllif qeyd edir ki, Avropa üçün əsas məqsəd xarici asılılıqlara qarşı daha davamlı, şaxələndirilmiş və manevr imkanları geniş olan enerji sistemi qurmaqdır.

Beləliklə, analitik məqalədə Avropanın enerji keçidinin yalnız ekoloji deyil, eyni zamanda, strateji və geosiyasi mahiyyət daşıdığı ön plana çəkilir, uzunmüddətli perspektivdə risklərin azaldılması və qərarvermə azadlığının qorunmasının vacibliyi xüsusi olaraq vurğulanır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Fevral 2026 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri