Avropanın kosmik imkanları zəifləyir
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropa raket buraxıcıları böhranını aradan qaldırıb, lakin peyk buraxılışlarına artan tələbat fonunda yeni buraxılış tutumu çatışmazlığı ilə üzləşir. Bunu Brüsseldə keçirilən 2-ci Aİ Kosmosa Çıxış Konfransında çıxış edən Avropa Müdafiə və Kosmos üzrə Komissarı Andrius Kubilius bildirib.
Xəbəri “Anadolu” verib.
Kubilius qeyd edib ki, növbəti 10 ildə dünya miqyasında orbitə təxminən 50.000 peykin buraxılması planlaşdırılır, halbuki mövcud buraxılış imkanları artan tələbatı ödəmir.
Avropa komissarının sözlərinə görə, Aİ 2034-cü ilə qədər Avropa peyk naviqasiya sistemi Galileo, Kopernik Yer müşahidə proqramı və IRIS² təhlükəsiz peyk rabitə sistemi kimi layihələri həyata keçirmək üçün 62 buraxılış həyata keçirməlidir.
Kubilius bildirib: “Biz bu çatışmazlığı aradan qaldırmalıyıq. Avropanın kosmik proqramları, müdafiəsi və təhlükəsizliyi bundan asılıdır”.
Avropa Komissarı Avropanın kosmosa müstəqil çıxışının təmin edilməsinin ən vacib məqsədlərindən biri olduğunu vurğulayaraq, xarici raket daşıyıcılarından asılılığın aradan qaldırılmasının vacibliyini qeyd etdi.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 23 Sentyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















