Icma.az
close
up
RU
Oğuz və Bolqarlarda Türk dastançılığı vahid mədəniyyət kimi

Oğuz və Bolqarlarda Türk dastançılığı vahid mədəniyyət kimi

Icma.az bildirir, Azertag portalına istinadən.

AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan silsilə yazıları davam etdirir

Bakı, 24 dekabr, AZƏRTAC

Bulqar-Tatar epik ənənəsinə aid olan, IX əsrdə Mikayıl Baştunun qələmə aldığı “San qızı dastanı”nda Qazan xan Hun xalqının xilaskar əcdadı, soyun yenidən bərpasında iştirak edən bahadır (alp) olaraq təsvir olunur. Dastanın “Hon xalqı necə yeniləşdi” fəslində Qazanın anası tərəfindən bir qazana qoyulub çaya buraxılması və bununla da onun soyunu tələf edən düşməndən xilas olması, soyuna uyğun olaraq adının Qazan qoyulması, nəhayətdə düşmənlə döyüşüb öz Hon (Hun) xalqını xilas etməsi yüksək poetik səviyyədə əks olunur. Hətta burada Qazan soyu Laiş nəsilləri adlanır ki, Laiş sözünün Ulaş sözünə nə qədər yaxın olması göz qabağındadır. Aydındır ki, Qazan xan oğuz abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunda Ulaş oğlu Salur Qazandır.

Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin Oğuz və Bolqarlarda Türk dastançılığı ilə bağlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Dastanda “Qazan soyu” anlayışı (“Salur Qazan eli” kimi) diqqət çəkir və bir az ondan qabaq işlənən Laiş nəsilləri ifadəsinin təzahürü olaraq ortaya çıxır: Xan tapılan uşağı saxladı, oğlanı öz soyunun adı ilə, Qazan adlandırdı”. Məlum olur ki, Qazan anlayışı Lais nəsilləri anlayışının davamıdır. Yəni Qazan Laiş (Ulaş) övladlarından olmaqla (DQK-də oğludur, “San qızı dastanı”nda isə törəməsidir) özü də soyu məhv olmaqdan qurtardığı, yeniləşdirdiyi üçün, daha doğrusu, ad ritualını keçdikdən sonra yeniləşdirəcəyi üçün məhz Qazan soyu ifadəsi işlənir. Bu bizi Hunlarla oğuzların tarixi və epik bağlantılarına gətirib çıxarır. Görünür, böyük Hun imperatoru Metenin Oğuz xan olması haqqında irəli sürülən fikirlərin də əsaslı elmi-tarixi və ədəbi qaynaqları vardır. Bu fikirlər haqqında B.Ögəldən oxuyuruq: “Y.Krikne Mətənin Oğuz xana bənzədiyini çox böyük bir ehtiyatla söyləmişdi. Lakin rus çinşünası Biçurin bu iki hökmdarın eyni ola biləcəyini qəti olaraq irəli sürdü. Rəhmətlik Ziya Göyalp “Millli Tətəbbölər Məcmuəsi”nin birinci cildində yazdığı “Əski türklərdə məntiqi təzahürlər” adlı məqaləsində bu mövzuya daha geniş toxunub və Biçurindən xəbəri olmadan Mətə ilə Oğuz xanın eyni adam ola biləcəyi fikrini irəli sürüb.

Təbiidir ki, B.Ögəl bu fikirlərə yer ayırsa da özü fərqli fikir nümayiş etdirmişdir: “Bizim fikrimizcə, Oğuz xan əfsanəsi Metedən də əvvəl Orta Asiyada mövcud idi”. Eyni fikri biz də qəbul edirik. Çünki Oğuz xanın Mete ilə eyniləşdirilməsi onu konkret tarixi dövrə daxil edir, miladdan öncənin III-II əsrində dondurur. Halbuki Oğuz xanın m.ö.-nin IV minilliyində yaşaması haqqında fikirlər mövcuddur. Əbülqazi Oğuz xanın təxminən bu dövrə düşdüyünü yazır. Ancaq biz Oğuzlarla Hunların bağlılığını təsdiq etməsi baxımından mənbələrin verdiyi məlumatları da inkar etmir, Bulqar dastanında təsvir olunan motiv səviyyəli bu hadisənin Qazan xanın əcdad funksiyası, soy daşıyıcısı qismində çıxış etməsini şərtləndirdiyini görürük. Məhz Qazan xanın DQK-də əcdad səviyyəsində Salur obrazında çıxış etməsi ilə bu dastanda soy yeniləşdirməsinin təsviri yaxınlığını, motiv bağlılığını mədəni qəhrəman statusunda çıxış edib ritual davranış kodeksu nümayiş etdirdiyini, statusdəyişmə funksiyasını həyata keçirdiyini analoji olaraq araşdırmamıza cəlb edirik. Elə DQK-də Beyrəyin Oğuz elini Qazan Oğuzu adlandırması da eyni status və funksiyadan xəbər verir. Qazan xanın bu funksional statusu Yazıçıoğlu Əlinin “Təvarixi-ali-Səlcuq” əsərində verilmiş Qazan öyüncləri təyin-titulları ilə də Oğuz epik ənənəsində Qazan kompleksi təşkil etməsini göstərir. Bu örnəyi O.Ş.Gökyay “Dədəm Qorqudun kitabı” əsərinə daxil edib. Bu mənbəni A.Duymaz, B.Abdulla eyniliklə Salur Qazan haqqında yazdıqları əsərlərə daxil ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri