Icma.az
close
up
RU
Günü 30 manata işçi tapmaq olmur Çıxış yolu nədir?

Günü 30 manata işçi tapmaq olmur Çıxış yolu nədir?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklik edilir. Məsələ Milli Məclisin plenar iclasında müzakirə olunub. Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üçün nağd qaydada ödənilən məbləğ 50 faiz artırılaraq 20 manatdan 30 manata qaldırılır. Ümumiyyətlə, son vaxtlar fermerlər muzdlu işçi cəlb etməkdə problemlərlə üzləşirlər. Tez-tez bu barədə onların şikayətlərini eşidirik. Bəs yeni qaydalardan sonra bu problem öz həllini tapacaqmı?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Fermerin qazancı məhsuldan asılıdır"

Fermer Rafət Abbasovun sözlərinə görə, əkin sahələri çox olduğundan son illərdə mövsümi işçi tapmaq problemi mövcuddur: "İşçi tapılmır" sözü düzgün deyil. Çünki işçi var. Sadəcə, əkin çox olduğundan yetəri qədər işçi olmaması problemi yaşayırıq. Cənub bölgəsində 40 mindən çox insan sahələrdə işləyir. İş çoxaldığı üçün işçi çatışmır. Həmçinin əvvəllər kəndlərdə əhali sayı çox olardı. Hər ailədə 10-dan yuxarı ailə üzvü vardı. İndi isə hər ailədən maksimum bir və ya iki nəfər gəlir. Amma bunun səbəbi pul deyil".

R.Abbasov bildirib ki, fermerin işçiyə verəcəyi məbləği qaydalar yox, məhsuldarlıq müəyyənləşdirir: "İşçinin maya dəyəri olur. Fermer də istəyər ki, işçisinə yaxşı pul ödəsin. Amma fermerin də qazancı məhsuldan asılıdır. Elə il ola bilər ki, fermer yaxşı qazansın. Elə il də olar ki, məhsuldarlıq azalar. Bu zaman fermer xeyir götürə bilmirsə, işçiyə 30 manatı necə verəcək? Məcburdur borca, xərcə girsin və işçinin pulunu ödəsin".

"Fermerlər var ki, məhsulu sahədə qalır"

Aqrar ekspert Eldar Hüseynov isə düşünür ki, bəzi bölgələrdə bu sahədə problem olmasa da, bəzi regionlarda işçi tapılmır: "Şimal bölgəmizdə işçi qıtlığı mövcuddur. Mil-Muğan zonasında işçi var. Amma pambıq əkinləri zamanı işçilər gəlmək istəmirlər. Qərb zonasında da işçi yoxdur. Çünki işçilər alma, fındıq kimi yüngül işlərə gedirlər. Kartof əkən işçilər də məbləği çox istəyirlər. Pomidorda da günü 30 manata işçi tapmaq çox çətindir. Salyan istiqamətində Pakistandan gələn işçiləri çalışdırırlar. Özbəkistandan da işçi gətirilməsi gözləniləndir".

E.Hüseynovun fikrincə, işçilərin olmaması kənd təsərrüfatına, məhsuldarlığa çox pis təsir edir: "Elə fermerlər var ki, məhsulu sahədə qalır, yığmağa işçi tapılmır. İşçilər briqadalar şəklindədir. Briqadalarla da qışda əlaqə yaratmaq lazımdır ki, mövsümə hazır olsunlar".

"30 manata işçi tapmaq olmur"

Ekspertin sözlərinə görə, hazırda insanlar sahələrdə heç günü 30 manata da işləmək istəmirlər: "Fermerə heç kim diktə edə bilməz ki, işçinin maaşını qaldır. Nazirlər Kabineti qərarı indi versə də, kənd təsərrüfatında işçilər bir ildir ki, günü 30 manata işləyirlər. Hətta heç günü 30 manata da işçi tapmaq olmur. Bu qərar vəziyyəti dəyişə bilməz. Məsələn, işçi briqadaları iş tapmasalar, boş qalsalar 15 manata da olsa, gəlib işləyəcəklər. Fermerə deməyəcəklər ki, 30 manatdan aşağı işləmirəm. Hər şey iş yükündən asılıdır".

E.Hüseynov bu məsələnin həllini əl əməyindən imtina etməkdə görür: "Əvvəllər köhnə aqreqatlardan istifadə olunurdusa, son iki ildə İtaliya sistemlərinə keçid edilib. Yeni əkin texnikalarından istifadə olunur. Yonca biçimi üçün yeni aqreqatlar gətirilir. Tək əlac əl əməyini azaltmaqdır. Elə sistemlər tətbiq olunmalıdır ki, əl əməyi azalsın. Məsələn, Avropa ölkələrində işçi əməyindən demək olar ki, istifadə olunmur. Kənd təsərrüfatı üçün xüsusi texnikalar mövcuddur. Çuğundur, turpu özü sərbəst əkən, yığan texnologiyalar kəşf olunub. Artıq insan əməyinə ehtiyac qalmır. Maşın toxumu səpir, torpağı hazırlayır, məhsul yetişəndə də yığır. Sadəcə o texnologiyaları idarə etməyə bilikli şəxslər lazımdır. Bir neçə adam hektarlarla ərazidə iş görə bilir. Biz də bu sistemlərə keçid etməliyik. Düşünürəm ki, gələcəkdə bizdə də fermerlər məcbur olub belə texnologiyalardan istifadə edəcəklər".

"Yeni mexanizmlər düşünülməlidir"

İqtisadçı Cəfər İbrahimli də düşünür ki, bu sahədə yeniliklər edilməsinə ehtiyac var: "Əvvəl muzdlu işçilərə günü 20 manat ödənilirdi. Bundan sonra bu məbləğ 30 manata qaldırılır. Yəqin gündəlik 20 manat muzdlu işçiləri qane etmədiyindən fermerlər tərəfindən təşəbbüs qaldırılıb. Bunun sayəsində ödəniş məbləği 30 manat təyin olunub. Amma mən işçi çatışmazlığı olduğu qənaətində deyiləm. Çünki ixtisaslaşmış işçi qrupları mövcuddur. İnsanlar qruplaşaraq özlərinə briqadalar yaradır və gündəlik işləri görə bilirlər. Düşünürəm ki, fermerin 10 gündən bir fərqli işçilər cəlb etməsi, mövsümi olaraq 20-30 nəfərlə müqavilə bağlaması, bu müqavilələri banka təqdim etmək, vəsaitin nağdlaşdırılması və vətəndaşlara paylanması çox da işlək bir mexanizm deyil. Ailə təsərrüfatı olanlar, orta fermer təsərrüfatları onsuz da bu kimi imkanlardan istifadə etmirlər. Amma hər bir halda kənd təsərrüfatında operativlik yaratmaq, fermerlərin problemini ortadan qaldırmaq üçün yeni mexanizmlər düşünülə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Oktyabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri