Azərbaycan klubunda maddi sıxıntı: Avqustdan maaş gözləyən futbolçular var
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Çempionatda işləri yolunda getməyən, məşqçi dəyişikliyinə əl atan "Cəbrayıl"da maliyyə sıxıntısı yaşanır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisində maaşlar yubanır.
AFFA köçürməni etsə də, klub sentyabrın maaaşı verməməklə yanaşı, avqustun məvacibini də yarımçıq ödəyib. Konkret, komandanın 60 faizi avqustun maaşını alıb, 40 faizi qalıb. Üstəlik, "Difai" üzərində qələbənin mükafatı da hələ verilməyib.
Göründüyü kimi, nəticələrin zəif olması sırf məşqçi işi ilə bağlı deyil.
Qeyd edək ki, 1-ci Liqa təmsilçisi 5 turdan sonra hazırda 3 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Mirağa

Azərbaycan klubunda maddi sıxıntı: Avqustdan maaş gözləyən futbolçular var
17 Oktyabr 2025 16:25
“Neftçi” onunla müqavilə imzaladı avqustdan…
02 İyul 2025 13:12
Avqustdan bu məhsullar bahalaşır AÇIQLANDI
08 İyul 2025 19:43
AFFA Məşqçilər Komitəsi üzvlərinin avqustdan bölgələrə səfərləri planlaşdırılıb
18 İyul 2025 16:16
KİV: İsrail avqustdan bəri Qəzzada 1 250 binanı dağıdıb
01 Oktyabr 2025 07:57

