Icma.az
close
up
RU
Avropanın iki ölkəsi qaranlığa qərq olub

Avropanın iki ölkəsi qaranlığa qərq olub

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Bu gün baş verən genişmiqyaslı elektrik kəsilməsi İspaniya və Portuqaliyanı iflic edib.
Reyting.az
xəbər verir ki, bu barədə İspaniyanın “Red Electrica” şəbəkə operatoru və Portuqaliyanın “E-Redes” operatoruna istinadla “Politico” məlumat yayıb.
İspaniyada bir çox şəhərlərdə - Madriddən Lissabona qədər elektrik enerjisi kəsilib. Həmçinin, Pireney yarımadasının çox hissəsi elektriksiz qalıb.
“Red Electrica” operatoru genişmiqyaslı fasilədən sonra enerji təchizatını bərpa etmək üçün protokolların işə salındığını bildirib. “Səbəblər təhlil edilir, onların aradan qaldırılması üçün bütün resurslar yönəldilir”, - məlumatda deyilir.
Nəşrin məlumatına görə, İspaniya və Portuqaliyada işıqların kəsilməsi işıqforların sönməsinə, metro və dəmir yolu hərəkətlərinin dayandırılmasına səbəb olub. Bildirilir ki, saat 12:30 radələrində elektrik enerjisi tam kəsilib. Hər iki ölkənin xəstəxanaları generatorlarla təchiz edilsə də, işçilərə kompüterləri söndürmək və elektrik enerjisinə qənaət etmək üçün digər tədbirlər görmək tapşırılıb. Elektrik enerjisinin nə qədər kəsiləcəyi ilə bağlı hələlik heç bir proqnoz yoxdur.
“İspaniyadakı vəziyyəti idarə etmək üçün böhran komitəsi yaradılıb. İndiki mərhələdə irimiqyaslı elektrik kəsilməsinin səbəbi ilə bağlı heç bir sübut mövcud deyil. Kiberhücum istisna oluna bilməz və araşdırma davam edir”, - adının açıqlanmasını istəməyən ispan rəsmi deyib.
İspaniya səlahiyyətliləri vətəndaşları məlumat üçün təcili xidmətlərə zəng etməməyə çağırıb. Onlar bunu çağrı mərkəzlərinin artıq yüklənməsi ilə izah ediblər.
Öz növbəsində portuqaliyalı “E-Redes” operatoru elektrik enerjisinin kəsilməsinin “Avropa elektrik şəbəkəsindəki problem”lə bağlı olduğunu açıqlayıb. İşıqların kəsilməsinin dəqiq səbəbləri müəyyənləşdirilir.
Eyni zamanda, “La Vanguardia” qəzeti şəbəkənin kəsilməsinin Andorra və Fransaya da təsir etdiyini yazıb.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Aprel 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri