Icma.az
close
up
RU
Avropanın qəlbində yeni savaş sədası yüksəlir Macar nazir etnik liderlə görüşdü, mərkəzi hakimiyyəti Sizi vuraraq , deyə hədələdi

Avropanın qəlbində yeni savaş sədası yüksəlir Macar nazir etnik liderlə görüşdü, mərkəzi hakimiyyəti Sizi vuraraq , deyə hədələdi

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Avropa ölkələrinin Ukrayna savaşına hakim kəsildiyi bir anda qoca qitənin qəlbində yeni müharibə sədası yüksəlməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Macarıstan xarici işlər nazirinin müavini Levente Magyar Bosniya və Herseqovinada serb kökənli əhalinin kompakt yaşadığı Banya Luka bölgəsinə qanunsuz səfər edərək, orada serb etnik qrupun lideri Milorad Dodiklə görüşüb.

Məlumata görə, macar nazir müavni Baş nazir Orbamın adından etik serb liderinə tam dəstək verəcəklərini açıq şəkildə dilə gətirib.

O, hətta Bosniya və Herseqovina mərkəzi hakimiyyətini müharibə ilə hədələyib: “Burada açıq və təəssüflə deyirəm ki, indiyədək Avropa İttifaqı Şərqi Avropa ilə bağlı hər zaman tarixi bilik və məlumatlı olmadan qərarlar qəbul edir. Serb xalqı qürurlu xalqdır və onlar bu yanlış qərarları  qəbul etmək məcburiyyətində deyil. Qərb Bosniya və Herseqovinanı öz əyaləti kimi görür. Onlar Ukraynadakı dəhşətli müharibəni dəstəkləyir. Biz artıq Qərbin Balkanlarda müharibəyə səbəb ola biləcək müəyyən tendensiyaları dəstəklədiyinin və həvəsləndirdiyinin şahidi oluruq. Bura onların bir vilayəti deyil, burada suveren dövlətdir və xatırlatmaq istərdik ki, Bosniya və Herseqovinanın son dövrlərdə özünü xarici maraqların plasdarmasına çevriməsi halı artıb. Hansı ki, vaxtilə bu rolu Avstriya-Macarıstan monarxiyası bu bölgədə oynayıb və bu, 1 milyon serbın öldürüldüyü Birinci Dünya Müharibəsinə gətirib çıxarıb. İndisə biz buna imkan verə bilmərik. Macarıstanın Serbiya kimi burada da Serblərə tam gücül ilə dəstək verəcək. Biz sizinləyik. Nə olursa olsun, biz sizinlə və Serb Respublikası xalqının yanındayıq. Macarıstan buradan cəmi 70 kilometr uzaqlıqdadır. Əgər sizə bir şey olarsa, bu, bizi də narahat edir. Və dərhal müdaxilə edərik. Macarıstanın baş verənlərlə seyrçi qladığı dövr geridə qaldı...".

Nazir müavini daha sonra Bosniya və Herseqovina mərkəzi hökumətindən serblərin yaşadğı bölgəəy müdaxilə olarsa, qarşı tərfi müharibə ilə, vurmaqla hədələyib. 

Magyarın açıqlamalarından sonra Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Zeljko Komşiç Macarıstanın Sarayevo səfiri Krisztian Posa ilə məsləhətləşmələr üçün görüşməyə çağırıb. 

Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez Macarıstandan gələn hərbi təyyarənin Bosniya və Herseqovina ərazisinə enməsinə icazə verməyib.

Qeyd edək ki, fevralın 26-da Bosniya və Herseqovina məhkəməsi serb lideri Dodikə Bosniya və Herseqovinada müharibənin sona çatması ilə bağlı qərarlara hörmət etmədiyinə görə 1 il həbs cəzası və 6 il müddətinə prezident postunu tutmağı qadağan edən qərar çıxarıb.

Qərardan sonra qonşu Serbiya prezidenti Aleksandr Vuçiç və Macarıstanın baş naziri Viktor Orban Bosniya serblərinin lideri Milorad Dodikə dəsətk bəyantı verib, bosniya liderlərini isə  "siyasi cadugər ovu"nda itiham ediblər.

Firudin Səfərli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Mart 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri