Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Avropanın və Qərbin süqutu: Tramp “Amerika dünyası“nı darmadağın edir“ BBC

“Avropanın və Qərbin süqutu: Tramp “Amerika dünyası“nı darmadağın edir“ BBC

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Tramp Amerikanın müttəfiqlərindən üz döndərir, hər çey sanki Kremlin və Pekinin göstərişi ilə baş verir..."

Demək olar ki, 90 il ərzində Amerika Avropanı dəstəkləyib və qoruyub. İndi isə Donald Tramp qərara alıb ki, ABŞ Avropanın düşməni olan Vladimir Putin Rusiyası ilə dostluq etməlidir.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşrində dərc edilən məqalədə deyilir.

Müəllif vurğulayır ki, Yeni Dünya ilə Köhnə Dünya arasındakı bu parçalanma "Pax Americana"nın- ABŞ-ın müharibədən sonra rəhbərlik etdiyi dünya nizamının sonunu gətirəcək. Bu nizam isə uzun müddətdir ki, Rusiya və Çin tərəfindən qəbul edilmir.

Qeyd edilir ki, onsuz da bu proses gedib, lakin Trampın ikinci dəfə hakimiyyətə gəlməsi Qərbin parçalanmasını sürətləndirib.Ekspertlər transatlantik alyansın çökdüyünü bildirir və xatırladırlar ki, məhz bu alyans Amerikaya onilliklər ərzində Roma və Britaniya imperiyalarına bərabər bir müasir imperiya qurmağa imkan verib.

Onlar bildirir ki, əgər Tramp Avropanın müttəfiqlərindən tamamilə üz çevirsə və Putinə Şərqi Avropada hökmranlıq etməyə icazə versə, bu, "Amerika dünyası"nın tam süqutu ilə nəticələnəcək.

Bunun nə Avropa, nə də Amerika üçün xeyri olacaq. Onların onilliklər boyu davam edən ittifaqı ABŞ-ın dünyanın aparıcı gücü olmasına və Avropanın müharibədən sonra bərpa olunmasına, demək olar ki, 30 ölkəni dünyanın ən böyük siyasi və iqtisadi ittifaqında birləşdirməsinə kömək edib. Tramp isə bütün bunları "Amerikanın böyüklüyü" naminə məhv etməyə hazırdır.

"Hər şey sanki Kremlin və Pekinin göstərişi ilə baş verir..."

Tramp "Amerika hər şeydən öncə" şüarı altında amansız şəkildə hərəkət edir. Bu, əsas problemdir, - tarixçilər, iqtisadçılar və ekspertlər xəbərdarlıq edir. "Amerikanın müttəfiqləri üçün "Pax Americana" güc nümayişindən daha artıq bir şey olub", - Almaniya Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun (SWP) eksperti Marko Overhaus xatırladır.

"Amerikan dünyası" üç sütun üzərində dayanıb: 1) bütün ölkələrin bərabər hüquqlara malik olduğu beynəlxalq təşkilatlar və ittifaqlar; 2) ABŞ-ın iqtisadi cəhətdən açıq siyasəti; 3) ortaq liberal-demokratik dəyərlər. Tramp isə bu prinsiplərə açıq şəkildə nifrətini bildirir. Buna görə də Overhaus yazır ki, onun Ağ Evə qayıdışı "Pax Americana"nın əsaslarını tamamilə məhv edə bilər.

Tramp təkcə ABŞ-ı təcrid etmir, alyansları və müqavilələri pozur, sərhədləri bağlayır, ticarəti məhdudlaşdırır, liberalları günahlandırır və demokratik təsisatlara - məhkəmələrə, mediaya, parlamentə hücum edir. O, güc prinsipini əsas götürür, "yumşaq gücü" zəiflədir, dostlarını (Avropa, Ukrayna) hədələyir, hətta NATO-dakı müttəfiqlərinə (Kanada, Danimarka) belə təzyiq göstərir.

ABŞ iqtisadçısı Pol Kruqman hesab edir ki, vurulan ziyan artıq geriyədönməzdir. "Biz əvvəlki müttəfiqlərimizə hörməti itirdik. Onlar isə bizə etibar etməyi dayandırdılar. Biz dostlarımızı itiririk. Bu isə bizi zəiflədir", - Kruqman yazır.

O, vurğulayır ki, hətta dünyanın ən varlı və güclü dövləti belə, əgər tək qalsa, məğlub olacaq: "Bu gün ABŞ-ın müttəfiqləri hətta "soyuq müharibə" dövründən də vacibdir. Çünki o zaman ABŞ iqtisadiyyatı bizim əsas düşmənimizin- SSRİ-nin iqtisadiyyatından qat-qat böyük olub".

İndi isə ABŞ-ın əsas rəqibi Çin SSRİ-dən qat-qat güclüdür. Kruqman qeyd edir ki, ABŞ və Avropa birgə hərəkət etsələr, onların iqtisadiyyatı Rusiya-Çin avtokratik oxundan daha güclü olacaq. Amma əgər Amerika Avropadan tam üz döndərərsə, avtokratik ölkələr dünyanın əsas iqtisadi və hərbi gücünə çevriləcək. "İndi demokratiyalarla münasibətləri pozmaq və Amerikanın etibarlı tərəfdaş kimi nüfuzunu məhv etmək üçün əsla zamanın yeri deyil", - Kruqman xəbərdarlıq edir.

O, vurğulayır ki, Tramp sanki ABŞ-ın düşmənlərinin- Çin və Rusiyanın göstərişi ilə hərəkət edir: "Baş verənlər elə təsir bağışlayır ki, guya Çin və Rusiya Amerikanın yüksək rəhbərliyinə ABŞ-ın dünyadakı mövqelərini sarsıtmaq istəyən insanları yerləşdirməyə nail olub".

"Avropanın müdafiəsi ABŞ-ın dünyadakı mövqeyini necə gücləndirib..."

İkinci Dünya müharibəsindən sonra ABŞ-ın SSRİ-dən kənarda nə hərbi, nə də iqtisadi rəqibi olub. Amerika istəsəydi, təkcə Qrenlandiyanı deyil, Avropadakı və Yaponiyadakı istənilən ərazini ələ keçirə bilərdi.

"Lakin o dövrün liderləri daha uzaqgörən olub. Onlar anlayıb ki, Amerikaya yeni ərazilər deyil, çiçəklənən müttəfiqlər lazımdır", - Kruqman xatırladır. Buna görə də ABŞ Almaniya və İtaliya da daxil olmaqla, hətta keçmiş düşmənlərinə belə kömək edib. Bu yanaşma ABŞ-a dünyada lider olmağa, "soyuq müharibə"də qalib gəlməyə və planetin ən güclü hərbi-iqtisadi qüvvəsinə çevrilməyə imkan verib.

ABŞ-ın təhlükəsizlik ekspertləri Piter Fiver və Hel Brends qeyd edirlər ki, "Pax Americana"nı qorumaq ABŞ üçün sərfəlidir və üstünlükləri xərclərini üstələyir. Onlar yazır ki, ABŞ-ın xaricdəki alyansları həm siyasi, həm də iqtisadi baxımdan üstünlük qazandırır. "Başqa sözlə, alyanslar ABŞ üçün yük deyil, əksinə, onu gücləndirir", - Fiver və Brends vurğulayır.

"ABŞ Avropanı tərk edərsə nə baş verəcək?.."

Fransa Strateji Tədqiqatlar Fondunun eksperti Brüno Tertre qeyd edir ki, Trampın siyasəti dünyada gərginliyi artıracaq. NATO-nun kollektiv təhlükəsizlik prinsipi təcavüzkarları çəkindirib. Məsələn, Rusiya Gürcüstana və Ukraynaya hücum edib, amma NATO üzvü olan Baltikyanı ölkələrə toxunmayıb.

Bundan əlavə, ABŞ-ın Avropadakı mövcudluğu nüvə silahının yayılmasının qarşısını alıb. Əgər Tramp Avropanı tərk edərsə, Almaniya, İtaliya və digər ölkələr nüvə silahı əldə etməyi düşünməyə başlayacaq. Bu isə sosial rifahın azalmasına və hərbi xərclərin artmasına səbəb olacaq.

Amerikalı tarixçi Benjamin Rod yazır ki, ABŞ-ın Avropanı qoruması 80 illik sabitlik və çiçəklənmə dövrü yaradıb. Lakin əgər bu sistem dağılsa, Avropa böyük iqtisadi və siyasi böhranla üzləşə bilər.

Müəllif: Aleksey Kalmıkov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri